Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan ilə Qazaxıstan arasında iqisadi əlaqələr müzakirə edilib

07 Dekabr 2017, 13:30 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews, A.Bayramova. Azərbaycan-Qazaxıstan ticarət- iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. 

SalamNews xəbər verir ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında iştirak etmək məqsədilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərlə yanaşı, geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamların yaxınlaşdırdığını qeyd edib. Bildirib ki, hər iki ölkə enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına çıxarılması kimi məsələlərdə oxşar mövqedən çıxış edirlər. Pərviz Şahbazov Iki ölkə arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında yüksələn xətt üzrə inkişaf etdiyini deyib.

Bildirilib ki, qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlər, çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiya bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Pərviz Şahbazov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Hökumətlərarası Komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verildiyini xatırladıb və əlavə edib ki, bu müddət ərzində 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb. ”Hesab edirəm ki, xəritədə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bu günkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəkdir.”-deyə nazir bildirib.

Qazaxıstanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev isə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, bu günkü iclasın bir çox sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfat və sənayenin inkişafına təkan verəcəyini bildirib. O, hazırlanmış strateji yol xəritəsinin hədəflərə çatmaqda, Azərbaycanla Qazaxıstanın potensialını gerçəkləşdirməyə kömək edəcəyini diqqətə çatdırıb.
Sonra Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 faiz artaraq 102,5 mln ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3 faiz artaraq, 21,8 milyon ABŞ dolları, idxal isə 2,7 faiz yüksələrək, 80,7 mln ABŞ dolları olub.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycanla Qazaxıstanın enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin nümunəsində uzun bir yol qət etdiyi vurğulanıb. Qazaxıstanın neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə mayeləşdirilmiş qazın daşınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, yanacaq-energetika sahəsində əməkdaşlıqda karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi və Kulevi neft terminalına nəqli əsas yer tutur. 2016-cı ildə “SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton, bu ilin 10 ayı ərzində isə 3,500 ton Qazaxıstan nefti nəql olunub. İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Bakı Beynəlxalq Dəniz Limanı, yaxın vaxtlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlərin nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracağı ilə bağlı fikirlər səsləndirilib.
Bundan başqa kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda ticarət – iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.

Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair jurnalistlər üçün brifinq keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyi və BP Niyyət Məktubu imzalayıb

Energetika Nazirliyi və Azərenerji yeni proqramın icrasına başlayıb

Energetika Nazirliyi vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə elan edib

ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub

Energetika Nazirliyi Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Milli Əlaqələndirici qismində çıxış edəcək

Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib

Energetika Nazirliyində CAREC proqramı çərçivəsində görüş keçirilib

Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Energetika Nazirliyi: Avqustda Texniki Şuralar vasitəsilə 142 müraciətə baxılıb

Energetika Nazirliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

Energetika Nazirliyi: “ASAN Xidmət” mərkəzi vasitəsilə 131 hüquqi şəxsə icazə verilib

Energetika Nazirliyi ilə “Tekfen İnşaat” şirkəti arasında anlaşma memorandumu imzalanıb

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Energetika Nazirliyində olub

Energetika Nazirliyi “ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verib

Energetika Nazirliyi: Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 814,6 min barrel olub

Energetika Nazirliyi ötən il 344 hüquqi şəxsə idxal-ixrac üzrə lisenziya və icazələr verib

Energetika Nazirliyi icazələri “ASAN xidmət “mərkəzləri vasitəsilə verəcək

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

22 Oktyabr 2018, 18:02 (GMT +4)
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında  memorandum imzalanıb

22 Oktyabr 2018, 17:53 (GMT +4)
Zakir Qaralov Ağdaşda vətəndaşlar üçün qəbul keçirəcək

22 Oktyabr 2018, 17:46 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

22 Oktyabr 2018, 17:38 (GMT +4)
Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

22 Oktyabr 2018, 17:35 (GMT +4)
Tsaritsino tarix muzeyində Azərbaycan mədəniyyəti təmsil olunub

22 Oktyabr 2018, 17:28 (GMT +4)
Azərbaycan fransalı merin adını arzu olunmayan şəxslər siyahısına daxil edəcək

22 Oktyabr 2018, 17:19 (GMT +4)
Tanınmış yazar Türkiyədə keçirilən kitab festivalında iştirak edib

22 Oktyabr 2018, 17:11 (GMT +4)
“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

22 Oktyabr 2018, 17:02 (GMT +4)
Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir (VİDEO)

22 Oktyabr 2018, 16:57 (GMT +4)
Gəmiçilik 4 yeni tanker sifariş edəcək

22 Oktyabr 2018, 16:43 (GMT +4)
Sepah oğurlanan sərhədçilərə görə generallarından birini Pakistana göndərib

22 Oktyabr 2018, 16:41 (GMT +4)
Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlanıb

22 Oktyabr 2018, 16:30 (GMT +4)
"Mübarızə" bədii filmin qala-gecəsi keçiriləcək (VİDEO)

22 Oktyabr 2018, 16:22 (GMT +4)
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

22 Oktyabr 2018, 16:16 (GMT +4)
“UNEC-də bir gün” layihəsinə yenidən start verilir

22 Oktyabr 2018, 15:57 (GMT +4)
"Nar" Tərtərdə 4G şəbəkəsini qurub

22 Oktyabr 2018, 15:41 (GMT +4)
Almaniyalı nazir Avropa dövlətlərini Səudiyyəyə silah satmamağa çağırıb

22 Oktyabr 2018, 15:36 (GMT +4)
Kaşıkçı cinayəti ilə bağlı diplomatik missiyanın əməkdaşları dindirilir

22 Oktyabr 2018, 15:20 (GMT +4)
Gün ərzində 99 cinayət faktı qeydə alınıb

22 Oktyabr 2018, 15:12 (GMT +4)
"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

22 Oktyabr 2018, 15:03 (GMT +4)
“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

22 Oktyabr 2018, 14:53 (GMT +4)
Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

22 Oktyabr 2018, 14:49 (GMT +4)
Kaşıkçının paltarını geyinib konsulluqdan çıxan Səudiyyə kəşfiyyatçısının görüntüləri yayımlanıb (FOTO)

22 Oktyabr 2018, 14:45 (GMT +4)
Səyyar “ASAN xidmət” davam edir

22 Oktyabr 2018, 14:37 (GMT +4)
Səudiyyəli nazir İrana qarşı sanksiyaların neftin qiymətinə təsirindən danışıb

22 Oktyabr 2018, 14:18 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

22 Oktyabr 2018, 14:06 (GMT +4)
Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

22 Oktyabr 2018, 13:45 (GMT +4)
Sığorta şirkəti rekord ödəniş həyatə keçirib

22 Oktyabr 2018, 13:36 (GMT +4)
Paytaxt məktəbliləri daha bir uğura imza atıblar

22 Oktyabr 2018, 13:22 (GMT +4)
Doqquz ayda rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66