Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Prezident “Azərxalça” ASC-nin Quba filialının açılışında iştirak edib

07 Dekabr 2017, 13:36 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə “Azərxalça”-nin bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.

Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” yeni fabrik və emalatxanaların tikintisini davam etdirir

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib (FOTO)

Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar

“Azərxalça”nın Şəmkir filialı martın sonunda fəaliyyətə başlayacaq (FOTO)

"Halı" jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək

“Azərxalça” ASC-nin səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub (FOTO)

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılır

18 İyul 2018, 18:03 (GMT +4)
DİM: Qaydaları pozan abituriyentlərin nəticələri ləğv edilib

18 İyul 2018, 17:55 (GMT +4)
Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

18 İyul 2018, 17:52 (GMT +4)
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 36 şəxslə bağlı Baş Prokurorluğa müraciət edib

18 İyul 2018, 17:45 (GMT +4)
Dini icmalarda “Quran” kursları fəaliyyət göstərəcək

18 İyul 2018, 17:39 (GMT +4)
Xaçmazda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği ” adlı tədbir keçirilib

18 İyul 2018, 17:32 (GMT +4)
734 kq narkotik dövriyyədən çıxarılıb

18 İyul 2018, 17:23 (GMT +4)
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar

18 İyul 2018, 17:12 (GMT +4)
THY sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir

18 İyul 2018, 17:06 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb (FOTO)

18 İyul 2018, 16:55 (GMT +4)
İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

18 İyul 2018, 16:43 (GMT +4)
Slovakiya Basayevin dəstəsinin üzvünü Rusiyaya təhvil verib

18 İyul 2018, 16:35 (GMT +4)
Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

18 İyul 2018, 16:24 (GMT +4)
Bərdənin daha iki kəndinə qaz verilib

18 İyul 2018, 16:18 (GMT +4)
Binəqədidə mənzildən qadın meyiti tapılıb

18 İyul 2018, 16:03 (GMT +4)
AMEA Mərkəzi Elmi Kitabxanası SalamNews-u təltif edib

18 İyul 2018, 15:50 (GMT +4)
DİN və ETSN birgə reydlər keçirib

18 İyul 2018, 15:30 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri polipropilen zavodunun açılışında iştirak ediblər

18 İyul 2018, 15:23 (GMT +4)
Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

18 İyul 2018, 15:12 (GMT +4)
Bakıda 4 min manatlıq ərzaq məhsulları oğurlandı

18 İyul 2018, 14:54 (GMT +4)
Jurnalistlər Gəmiçiliyin Tədris Mərkəzinin fəaliyyəti ilə maraqlanıblar (FOTO)

18 İyul 2018, 14:39 (GMT +4)
Media nümayəndələri üçün göz müayinəsi təşkil olunacaq

18 İyul 2018, 14:32 (GMT +4)
Zərdabda intihara cəhdin qarşısı alınıb

18 İyul 2018, 14:25 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

18 İyul 2018, 14:10 (GMT +4)
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna indiyədək 35 milyon manat ayrılıb

18 İyul 2018, 14:07 (GMT +4)
Prezident: “Əminik ki, İtaliya ATƏT-in sədri kimi Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”

18 İyul 2018, 14:02 (GMT +4)
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

18 İyul 2018, 13:58 (GMT +4)
Bakıda Beynəlxalq Media Forumu keçiriləcək

18 İyul 2018, 13:47 (GMT +4)
Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər

18 İyul 2018, 13:39 (GMT +4)
Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub

18 İyul 2018, 13:10 (GMT +4)
Azərbaycanda yeni Olimpiya İdman Kompleksi yaradıldı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66