Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Qubada Bayraq Muzeyi istifadəyə verilib

07 Dekabr 2017, 13:46 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.

Qeyd edək ki, bu cür layihələrin icrası Azərbaycanda dövlət atributlarına yüksək diqqət və qayğını aydın şəkildə nümayiş etdirir. Belə muzeylər gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onlarda dövlət rəmzlərinə, o cümlədən üçrəngli bayrağımıza olan məhəbbətin daha da artırılmasında mühüm rol oynayır.

Azərbaycanda dövlət atributlarına, o cümlədən üçrəngli, ay-ulduzlu bayrağımıza hörmət, sevgi və ehtiram ümummilli lider Heydər Əliyevin bizə ən böyük əmanətidir. Azərbaycanın şanlı bayrağının ucalarda dalğalanması üçün dahi şəxsiyyət tarixi işlər görüb. Məhz Ümummilli Liderin səyləri nəticəsində bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib.

Prezident İlham Əliyev də dövlət atributlarına xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan paytaxtla yanaşı, bölgələrimizdə də müvafiq tədbirlər görülür. Belə işlər arasında Bayraq meydanları və muzeylərinin yaradılmasının böyük əhəmiyyəti var. Qubada yaradılan Bayraq Muzeyi də bu mənada xüsusi önəm daşıyır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan və İtaliya prezidentləri polipropilen zavodunun açılışında iştirak ediblər

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna indiyədək 35 milyon manat ayrılıb

Prezident: “Əminik ki, İtaliya ATƏT-in sədri kimi Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”

Prezident Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı Sərəncam imzalayıb

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

Prezident Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayırıb

Azərbaycanda İtaliya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb

Prezident İlham Əliyev Kolinda Qrabar-Kitaroviçə məktub ünvanlayıb

Azərbaycan Prezidenti Putini Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

Somalidə prezident sarayı qarşısında partlayış olub

Prezident “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu imzalayıb

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fransa Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident Gəncədə şəhid olan polis zabitlərini təltif edib

Azərbaycan prezidenti Gəncə hadisələrinə münasibət bildirib

18 İyul 2018, 18:03 (GMT +4)
DİM: Qaydaları pozan abituriyentlərin nəticələri ləğv edilib

18 İyul 2018, 17:55 (GMT +4)
Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

18 İyul 2018, 17:52 (GMT +4)
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 36 şəxslə bağlı Baş Prokurorluğa müraciət edib

18 İyul 2018, 17:45 (GMT +4)
Dini icmalarda “Quran” kursları fəaliyyət göstərəcək

18 İyul 2018, 17:39 (GMT +4)
Xaçmazda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği ” adlı tədbir keçirilib

18 İyul 2018, 17:32 (GMT +4)
734 kq narkotik dövriyyədən çıxarılıb

18 İyul 2018, 17:23 (GMT +4)
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar

18 İyul 2018, 17:12 (GMT +4)
THY sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir

18 İyul 2018, 17:06 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb (FOTO)

18 İyul 2018, 16:55 (GMT +4)
İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

18 İyul 2018, 16:43 (GMT +4)
Slovakiya Basayevin dəstəsinin üzvünü Rusiyaya təhvil verib

18 İyul 2018, 16:35 (GMT +4)
Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

18 İyul 2018, 16:24 (GMT +4)
Bərdənin daha iki kəndinə qaz verilib

18 İyul 2018, 16:18 (GMT +4)
Binəqədidə mənzildən qadın meyiti tapılıb

18 İyul 2018, 16:03 (GMT +4)
AMEA Mərkəzi Elmi Kitabxanası SalamNews-u təltif edib

18 İyul 2018, 15:50 (GMT +4)
DİN və ETSN birgə reydlər keçirib

18 İyul 2018, 15:30 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri polipropilen zavodunun açılışında iştirak ediblər

18 İyul 2018, 15:23 (GMT +4)
Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

18 İyul 2018, 15:12 (GMT +4)
Bakıda 4 min manatlıq ərzaq məhsulları oğurlandı

18 İyul 2018, 14:54 (GMT +4)
Jurnalistlər Gəmiçiliyin Tədris Mərkəzinin fəaliyyəti ilə maraqlanıblar (FOTO)

18 İyul 2018, 14:39 (GMT +4)
Media nümayəndələri üçün göz müayinəsi təşkil olunacaq

18 İyul 2018, 14:32 (GMT +4)
Zərdabda intihara cəhdin qarşısı alınıb

18 İyul 2018, 14:25 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

18 İyul 2018, 14:10 (GMT +4)
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna indiyədək 35 milyon manat ayrılıb

18 İyul 2018, 14:07 (GMT +4)
Prezident: “Əminik ki, İtaliya ATƏT-in sədri kimi Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”

18 İyul 2018, 14:02 (GMT +4)
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

18 İyul 2018, 13:58 (GMT +4)
Bakıda Beynəlxalq Media Forumu keçiriləcək

18 İyul 2018, 13:47 (GMT +4)
Gənc developerlər “AppLab” sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər

18 İyul 2018, 13:39 (GMT +4)
Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub

18 İyul 2018, 13:10 (GMT +4)
Azərbaycanda yeni Olimpiya İdman Kompleksi yaradıldı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66