Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

"Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi başa çatıb

07 Dekabr 2017, 15:22 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan İntellektual Birİncisi” layihəsi başa çatıb.

SalamNews xəbər verir ki, “Azərbaycan İntellektual Birİncisi” layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

"Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. “İrəli” İctimai Birliyi Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsini həyata keçirdi.

“İrəli” İctimai Birliyinin silsiləvi layihələrindən olan, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan "Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Layihə zamanı regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib.

Beləliklə Azərbaycanın 11 regional turniri 70 rayonda yekunlaşıb. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

Bu baxımdan belə layihələr gənclərin inkişafında mühüm rol oynayır. İctimai Birliyin sədri MirHəsən Seyidov çıxışında “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. O, “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini deyib. Bildirib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub. Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Sabirabad, Qobustan və Naxçıvan gəncləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Axtar tap” oyununun nəticələrinə görə Abşeron rayonunun təmsilçiləri ilk sırada yer alıblar. İkinci yerə Biləsuvar, üçüncü yerə isə Sabunçu gəncləri layiq görülüblər. “Nə, harada, nə zaman?” oyunu üzrə birinci yerə Abşeron, ikinci yerə Gəncə, üçüncü yerə Naxçıvan gəncləri sahib olublar. “Xəmsə” oyunu üzrə isə Şabran, Lənkəran və Goranboy rayonlarının gənc intellektualları qalib adını qazanıblar. Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar.

Tədbirdə rayon gənclər və idman idarələrinin nümayəndələri də iştirak edib. "Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub Qeyd edilib ki, layihənin digər tərəfdaşları Kapitalbank, “Azərbaycanın İntellektual Oyunlar Klubu”, Xəmsə Milli İntellektual Oyunu, Carabao-dur.



Əlaqəli Xəbərlər

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır - Adil Əliyev

Lavrov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birbaşa dialoq təəssüf ki, indiyədək ciddi irəliləyişlə nəticələnməyib

Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq ciddi irəliləyişlə nəticələnmir - Sergey Lavrov

HSŞ Hesabatı çox sahələrdə MHŞT standartlarından irəlidədir

Reks Tillerson: “Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik”

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

“İrəli”-nin təşkilatçılığı ilə regional turnirlər davam edir

“İrəli” regional turnirlərə davam edir (FOTO)

Tvinninq layihəsi həyata keçirildiyi müddətdə böyük irəliləyişlərə nail olunub - Əbülfəs Qarayev

Türkiyə Afrində birgə fəaliyyət planı ilə bağlı Rusiyaya təklif irəli sürüb 

“İrəli” regional turnirlərə başlayıb (FOTO)

Azərbaycan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyib

“İrəli” intellektual yarışlara start verib (FOTOLAR)

ABŞ-dakı seçkilərdə  “Rusiya müdaxiləsi” ilə bağlı ilk ittihamlar irəli sürülüb  

“İrəli” Azərbaycanın 70 rayonunun gəncləri üçün intellektual yarışlara başlayır

Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda konfrans keçirilir

“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib

Yuliya Timoşenko Ukraynada növbəti prezidenti seçkilərində namizədliyini irəli sürəcək

AmCham ilə Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda irəliləməsi müzakirə olunub

Səhiyyə naziri Oqtay Şirəliyev belarusiyalı həmkarını qəbul edib

16 Dekabr 2017, 17:04 (GMT +4)
Vodafone İtaliyada 5G layihəsinə start verir

16 Dekabr 2017, 16:56 (GMT +4)
Suraxanı ərazisində 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb

16 Dekabr 2017, 16:52 (GMT +4)
Bakıda intihara cəhd olub

16 Dekabr 2017, 16:49 (GMT +4)
Rusiya və Fransa XİN rəhbərləri Suriya məsələsini müzakirə ediblər

16 Dekabr 2017, 16:44 (GMT +4)
İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

16 Dekabr 2017, 16:37 (GMT +4)
Donald Trampın addımı sivilizasiyalararası münasibətlərə çox böyük bir zərbədir - politoloq

16 Dekabr 2017, 16:22 (GMT +4)
Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

16 Dekabr 2017, 16:11 (GMT +4)
Aslan Aslanov "Kazinform"-un baş redaktoru ilə görüşüb

16 Dekabr 2017, 16:00 (GMT +4)
Müdafiə Nazirliyində ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

16 Dekabr 2017, 15:37 (GMT +4)
Kaliforniyada meşə yanğınları min kvadrat kilometrdən çox əraziyə yayılıb

16 Dekabr 2017, 15:20 (GMT +4)
Yaponiya, müdafiə xərcləri üçün 46 milyard dollarlıq vəsait ayıracaq  

16 Dekabr 2017, 15:09 (GMT +4)
Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində itirilmiş ildir - deputat

16 Dekabr 2017, 14:47 (GMT +4)
İtaliyaya Liviyadan qaçan 900-dən çox miqrant gəlib

16 Dekabr 2017, 14:28 (GMT +4)
Ermənistanı sülhə məcbur etmək istiqamətində ciddi addımlar atılmır - deputat

16 Dekabr 2017, 14:15 (GMT +4)
Məktəblilər elmi-tədqiqatlara cəlb olunur

16 Dekabr 2017, 13:52 (GMT +4)
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

16 Dekabr 2017, 13:27 (GMT +4)
Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib

16 Dekabr 2017, 13:09 (GMT +4)
Yol Polisi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib

16 Dekabr 2017, 12:53 (GMT +4)
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu evində ölü tapılıb

16 Dekabr 2017, 12:49 (GMT +4)
Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın doğum günüdür

16 Dekabr 2017, 12:37 (GMT +4)
Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

16 Dekabr 2017, 12:19 (GMT +4)
Dağıstanın Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Suvar” folklor qrupunun çıxışı olub

16 Dekabr 2017, 12:16 (GMT +4)
Azərbaycan neftinin qiyməti 66 dollar/barrelə çatır

16 Dekabr 2017, 12:08 (GMT +4)
Bakıda bu yol sürücülər üçün məhdudlaşdırılacaq

16 Dekabr 2017, 11:57 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

16 Dekabr 2017, 11:56 (GMT +4)
FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər

16 Dekabr 2017, 11:45 (GMT +4)
Paytaxtda 17 saylı marşrut "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb 

16 Dekabr 2017, 11:33 (GMT +4)
İran, Rusiya və Türkiyə energetika sahəsində əməkdaşlıqlarını genişləndirəcəklər

16 Dekabr 2017, 11:19 (GMT +4)
Regionlarda kino nümayişinin genişləndirilməsi vacibdir - Əbülfəs Qarayev

16 Dekabr 2017, 11:07 (GMT +4)
Bu gün Vaqif Mustafazadənin anım günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66