Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Şura yeni qrant müsabiqəsi elan edib

07 Dekabr 2017, 18:04 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

SalamNews xəbər verir ki, Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub. Vüsal Quliyev ölkəmizdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, ümumilikdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq uğurla həyata keçirilən dövlət strategiyasının mövcud olduğunu deyib.

Şura sədrinin müavini bildirib ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə 5 aprel 2017-ci ildə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini və müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir. Bu baxımdan Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) proseslərində vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirakı vacibdir. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin şərt və qaydaları barədə ətraflı məlumat verib. Şura üzvləri Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Nərgiz Xələf çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra Şuranın “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında qərar qəbul edilib.

QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərlər.



Əlaqəli Xəbərlər

16 Dekabr 2017, 17:04 (GMT +4)
Vodafone İtaliyada 5G layihəsinə start verir

16 Dekabr 2017, 16:56 (GMT +4)
Suraxanı ərazisində 40-dan artıq cinayət törədən şəxslər saxlanılıb

16 Dekabr 2017, 16:52 (GMT +4)
Bakıda intihara cəhd olub

16 Dekabr 2017, 16:49 (GMT +4)
Rusiya və Fransa XİN rəhbərləri Suriya məsələsini müzakirə ediblər

16 Dekabr 2017, 16:44 (GMT +4)
İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

16 Dekabr 2017, 16:37 (GMT +4)
Donald Trampın addımı sivilizasiyalararası münasibətlərə çox böyük bir zərbədir - politoloq

16 Dekabr 2017, 16:22 (GMT +4)
Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

16 Dekabr 2017, 16:11 (GMT +4)
Aslan Aslanov "Kazinform"-un baş redaktoru ilə görüşüb

16 Dekabr 2017, 16:00 (GMT +4)
Müdafiə Nazirliyində ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

16 Dekabr 2017, 15:37 (GMT +4)
Kaliforniyada meşə yanğınları min kvadrat kilometrdən çox əraziyə yayılıb

16 Dekabr 2017, 15:20 (GMT +4)
Yaponiya, müdafiə xərcləri üçün 46 milyard dollarlıq vəsait ayıracaq  

16 Dekabr 2017, 15:09 (GMT +4)
Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində itirilmiş ildir - deputat

16 Dekabr 2017, 14:47 (GMT +4)
İtaliyaya Liviyadan qaçan 900-dən çox miqrant gəlib

16 Dekabr 2017, 14:28 (GMT +4)
Ermənistanı sülhə məcbur etmək istiqamətində ciddi addımlar atılmır - deputat

16 Dekabr 2017, 14:15 (GMT +4)
Məktəblilər elmi-tədqiqatlara cəlb olunur

16 Dekabr 2017, 13:52 (GMT +4)
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

16 Dekabr 2017, 13:27 (GMT +4)
Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib

16 Dekabr 2017, 13:09 (GMT +4)
Yol Polisi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib

16 Dekabr 2017, 12:53 (GMT +4)
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu evində ölü tapılıb

16 Dekabr 2017, 12:49 (GMT +4)
Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın doğum günüdür

16 Dekabr 2017, 12:37 (GMT +4)
Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

16 Dekabr 2017, 12:19 (GMT +4)
Dağıstanın Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Suvar” folklor qrupunun çıxışı olub

16 Dekabr 2017, 12:16 (GMT +4)
Azərbaycan neftinin qiyməti 66 dollar/barrelə çatır

16 Dekabr 2017, 12:08 (GMT +4)
Bakıda bu yol sürücülər üçün məhdudlaşdırılacaq

16 Dekabr 2017, 11:57 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

16 Dekabr 2017, 11:56 (GMT +4)
FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər

16 Dekabr 2017, 11:45 (GMT +4)
Paytaxtda 17 saylı marşrut "BakuBus" avtobusları ilə fəaliyyətə başlayıb 

16 Dekabr 2017, 11:33 (GMT +4)
İran, Rusiya və Türkiyə energetika sahəsində əməkdaşlıqlarını genişləndirəcəklər

16 Dekabr 2017, 11:19 (GMT +4)
Regionlarda kino nümayişinin genişləndirilməsi vacibdir - Əbülfəs Qarayev

16 Dekabr 2017, 11:07 (GMT +4)
Bu gün Vaqif Mustafazadənin anım günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66