Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Yaqub Mahmudov beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışıb

08 Dekabr 2017, 12:25 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. “Qondarma “Dağlıq Qarabağ problemi”, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və bu gün Azərbaycanda yaşananlar Birinci Dünya müharibəsindən qalan miraslardır. Təəssüf edirəm ki, simpoziumun proqramında bu məsələlərə lazımınca yer ayrılmayıb”.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Yaqub Mahmudov bildirib: “Birinci Dünya müharibəsinin tarixi araşdırılarkən qalib dövlətlərin tarixçiləri saxta tarix yaradıblar. Əsil tarix isə diqqətdən kənarda qalıb. Birinci Dünya müharibəsinin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq, bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırımı həyata keçiriblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. İcraçılar və bu siyasəti yeridən qüvvələr dünya xalqlarına açıq bildirilməlidir”.

Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib: “1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat- Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddiaları irəli sürdülər. Bu məsələlər də hüquqi baxımdan araşdırılmalıdır”.

Yaqub Mahmudov çıxışının sonunda Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçasını və institutun soyqırımlar tarixinə həsr olunan çoxlu sayda nəşrlərini hədiyyə edib. Qeyd edək ki, beynəlxalq simpozium Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaqub Mahmudov: Türk dünyasını qafalarda birləşdirmək lazımdır

Yaqub Mahmudov: “İrəvan xanlığı” türk və alman dillərində də çap olunacaq”

1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb - Yaqub Mahmudov

Yaqub Mahmudov: Universitetin adı mənim təklifimlə dəyişdirilib

Yaqub Mahmudov: “Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir”

Yaqub Mahmudov: İlham Əliyev şüurlarda inqilab etdi

Yaqub Mahmudov: Kiçik Ermənistana təzyiq yoxdur (VİDEO)

YAP Azərbaycanın müstəqilliyinin itirilməsinə yol vermədi - Yaqub Mahmudov

Türk xalqlarının vətəni Avrasiya məkanıdır - Yaqub Mahmudov

Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır - Yaqub Mahmudov

İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir - Yaqub Mahmudov

Yaqub Mahmudov: Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir - Yaqub Mahmudov  

Yaqub Mahmudov Lənkəran ictimaiyyətinə minnətdarlıq edib

Türk xalqları arasında islamı ilk qəbul edib yayan Azərbaycan xalqı olub - Yaqub Mahmudov 

Yaqub Mahmudov: Xocalı həqiqətlərilə bağlı hərbi prokurorluqla birgə çalışırıq

Bu gün AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun 78 yaşı tamam olur (VİDEO)

İndiki Ermənistan ərazisində dəyişdirilmiş Azərbaycan toponimlərinə diqqət ayrılmalıdır - Yaqub Mahmudov

Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb

Oqtay Əfəndiyevin milli ruhlu tarixçilərin yetişməsində həlledici rolu olub - Yaqub Mahmudov 

26 Aprel 2018, 18:15 (GMT +4)
Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub

26 Aprel 2018, 18:02 (GMT +4)
Yanvar-mart aylarında 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib

26 Aprel 2018, 17:58 (GMT +4)
66 uşaq sosial sığınacaq və reabilitasiya müəssisəsinə yerləşdirilib

26 Aprel 2018, 17:50 (GMT +4)
Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə işçi qrup yaradacaq

26 Aprel 2018, 17:50 (GMT +4)
ASA-da PR menecerlərlə görüş keçirilib

26 Aprel 2018, 17:46 (GMT +4)
Beynəlxalq “İKT-də qızlar” günü ölkəmizdə geniş qeyd olunub

26 Aprel 2018, 17:40 (GMT +4)
İran “Telegram Messenger”in lisenziyasını ləğv edib

26 Aprel 2018, 17:30 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

26 Aprel 2018, 17:22 (GMT +4)
Lavrov və Nalbandyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti müzakirə edib

26 Aprel 2018, 17:10 (GMT +4)
İtaliyada terror aktı hazırlayan miqrant saxlanılıb

26 Aprel 2018, 16:58 (GMT +4)
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək

26 Aprel 2018, 16:45 (GMT +4)
Nikol Paşinyan Yerevanda yollar bağlı olduğundan aksiyaya gecikib

26 Aprel 2018, 16:29 (GMT +4)
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

26 Aprel 2018, 16:15 (GMT +4)
Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb

26 Aprel 2018, 16:01 (GMT +4)
Uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir - Toro Rosso komandasının pilotu

26 Aprel 2018, 15:49 (GMT +4)
"Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub

26 Aprel 2018, 15:40 (GMT +4)
İran müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb

26 Aprel 2018, 15:30 (GMT +4)
İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:22 (GMT +4)
Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:15 (GMT +4)
Ramiz Mehdiyev Soçidə beynəlxalq tədbirdə iştirak edir

26 Aprel 2018, 15:07 (GMT +4)
NETTY 2018 müsabiqəsində iştirak etmək üçün əsas səbəblər

26 Aprel 2018, 14:59 (GMT +4)
BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

26 Aprel 2018, 14:52 (GMT +4)
Ermənistanda daha bir neçə nazir istefa verib

26 Aprel 2018, 14:43 (GMT +4)
Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb

26 Aprel 2018, 14:40 (GMT +4)
“CinemaPlus”da “Ol” filminin qalası keçirilib

26 Aprel 2018, 14:33 (GMT +4)
Ermənistanda baş nazirin seçimi mayın 1-nə təyin olunub

26 Aprel 2018, 14:21 (GMT +4)
Dramatik anların, sürət və cəsarətin şahidi olacağımıza əminik - Azad Rəhimov

26 Aprel 2018, 14:10 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 14 hərbçi həlak olub

26 Aprel 2018, 14:05 (GMT +4)
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb (FOTO)

26 Aprel 2018, 13:49 (GMT +4)
Heydər Əliyev prospektində ağır yol qəzası baş verib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66