Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında memorandumu imzalanıb

08 Dekabr 2017, 15:27 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. 2017-ci ilin payızından başlayaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq əlaqələri qurulmuş, bu məqsədlə Əlyazmalar İnstitutunda hər iki müəssisənin səlahiyyətli nümayəndələri görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, bu gün isə Əlyazmalar İnstitutunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq memarandumunun rəsmi imzalanma mərasimi baş tutub.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, imzalanan müqavilənin hər iki elm ocağında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq üçün əhəmiyyətli baza olacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov səmimi qəbula görə məmnunluğunu bildirib. Qeyd edib ki, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanması təşkilatlar arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasıdır.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov tərəflər arasında əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumda elmi fəaliyyət sahəsində beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçiriləcəyini, o cümlədən tərəflər arasında doktorant mübadiləsinin nəzərdə tutulduğunu da qeyd edib.

Sonda əməkdaşlıq memorandumunu fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Samir Abbasov imzalayıblar.

Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin əlyazma sənədlərin mübadiləsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əlyazmalar İnstitutu Tehranın Məclis kitabxanasından yeni əlyazmalar toplusu əldə edib

Əlyazmalar İnstitutunda “Süruri. Divan” kitabı çapa hazırlanır

Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunan tədbir keçirilib

Əlyazmalar İnstitutunun yeni elmi jurnalları təqdim olunub

Misir Mədəniyyət Mərkəzi Əlyazmalar İnstitutuna 5 min adda kitab hədiyyə edib

Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

20 İyun 2018, 17:19 (GMT +4)
SOCAR Estoniya ofisini bağlayacaq

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

20 İyun 2018, 16:34 (GMT +4)
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20 İyun 2018, 16:23 (GMT +4)
Türkiyədə hərbçilərə hücum edilib, ölən və yaralananlar var

20 İyun 2018, 16:10 (GMT +4)
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018, 16:03 (GMT +4)
AQTA idxal-ixrac əməliyyatları ilə bağlı tələbləri açıqlayıb

20 İyun 2018, 15:57 (GMT +4)
Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018, 15:44 (GMT +4)
Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

20 İyun 2018, 15:30 (GMT +4)
ABŞ kosmosa silah çıxarmaq istəyir - Rusiya XİN

20 İyun 2018, 15:23 (GMT +4)
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

20 İyun 2018, 15:12 (GMT +4)
Estetik lazer texnologiyaları mövzusunda konfrans keçiriləcək

20 İyun 2018, 15:03 (GMT +4)
İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

20 İyun 2018, 14:55 (GMT +4)
Göyçayda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur (VİDEO)

20 İyun 2018, 14:29 (GMT +4)
Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

20 İyun 2018, 14:17 (GMT +4)
Azərbaycan Vyetnamla Protokol imzalayıb

20 İyun 2018, 14:10 (GMT +4)
Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

20 İyun 2018, 14:05 (GMT +4)
Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir

20 İyun 2018, 13:57 (GMT +4)
"Taliban" Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum edib, ölənlər var 

20 İyun 2018, 13:46 (GMT +4)
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018, 13:39 (GMT +4)
FHN Lerik sakininin göldə batması barədə məlumat yayıb

20 İyun 2018, 13:26 (GMT +4)
Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub

20 İyun 2018, 13:18 (GMT +4)
Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

20 İyun 2018, 12:55 (GMT +4)
Sabah paytaxtda 32 dərəcə isti olacağı gözlənilir

20 İyun 2018, 12:33 (GMT +4)
Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıblar

20 İyun 2018, 12:13 (GMT +4)
Gömrükçülər avtomobilin təkərlərindən 80 ədəd mobil telefon tapıblar

20 İyun 2018, 12:04 (GMT +4)
SDL Nobel şirkətinin əməkdaşları Milli Qurtuluş gününü qeyd edib

20 İyun 2018, 11:55 (GMT +4)
London məhkəməsi “Qazprom”un aktivlərini dondurdu   

20 İyun 2018, 11:48 (GMT +4)
Kanadada marixuana leqallaşdırıldı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66