Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Akademik Akif Hacıyevin yubileyinə həsr olunan konfransa yekun vurulub

08 Dekabr 2017, 17:42 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli riyaziyyatçı alim, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfransa yekun vurulub.

SalamNews xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada təşkil edilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezienti, akademik Akif Əlizadə bildirib ki, görkəmli alim Akif Hacıyev Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətləri olan, özündən sonra dərin iz qoyan şəxsiyyətlərdən biridir.

A.Əlizadə alimin 2001-ci ildə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2013-cü ildə isə AMEA-nın vitse-prezidenti təyin olunduğunu, ömrünün sonunadək bu vəzifələri uğurla icra etdiyini, fizika və riyaziyyat sahəsində bir sıra mühüm nailiyyətlərə imza atdığını söyləyib.

A.Hacıyevin elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi və təbliği sahəsində çoxşaxəli, gərgin və məhsuldar əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik Akif Əlizadə qeyd edib ki, alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Şöhrət" ordeni ilə təltif edilib, "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Akif Hacıyevlə bağlı xatirələrini bölüşən Akademiya rəhbəri onun elmimizdə özünəməxsus yeri olan əvəzedilməz alim olduğunu və xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildirib.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov mərhum Akif Hacıyevin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Akif Hacıyev ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində elmi fəaliyyəti başlayıb: "Akif Hacıyev 1961-ci ildə funksiyalar nəzəriyyəsi sahəsində elmi-tədqiqat işlərini davam etdirməklə, Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi vəzifəsinə təyin olunub və altı il bu vəzifədə çalışıb. 1962-ci ildən başlayaraq funksiyaların yaxınlaşması nəzəriyyəsinə aid bir sıra məqaləsi çap olunub. O, 1964-cü ildə aspiranturada oxumadan Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib".

N.Məmmədov vurğulayıb ki, 1964-1974-cü illərdə A.Hacıyev xətti müsbət operatorlarla yaxınlaşma nəzəriyyəsi üzrə tədqiqatlarında bir sıra mühüm nəticələrə imza atıb. O, 1970-ci ildə İ.İ.İbrahimovla birlikdə sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının qurulmasına aid ümumi bir üsul təklif edib. Məşhur amerikan riyaziyyatçısı B.Wood bu operatorlara Gadzhiev-İbragimov operatorları adı verib və bu adla da onlar riyazi ədəbiyyata daxil olunub.

Natiq qeyd edib ki, A.Hacıyev 100-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 27 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib. N.Məmmədov mərhum akademikin Azərbaycan Riyaziyyat Cəmiyyətinin fəaliyyətinin bərpa edilməsi və bu Cəmiyyətin nəzdində Azərbaycan Riyaziyyat Jurnalının təsis edilməsi üçün gördüyü təşkilati işləri də xüsusi qeyd edib.

Sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nizaməddin İsgəndərov, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev akademik Akif Hacıyevin elmi-pedaqoji fəaliyyətindən danışıblar, alimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov alimin elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, Akif Hacıyev XX əsrin 70-ci illərində yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm elmi nəticələr alıb. Natiq vurğulayıb ki, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremləri isbatlayan görkəmli alim vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində böyük uğurlar qazanıb.

Natiq bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə dekabın 6-da akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda Türkiyə, Rusiya və İrandan olan alimlərin iştirak etdiyini diqqətə çatdıran M.Mərdanov vurğulayıb ki, bölmə iclaslarında 250-dən çox elmi məruzə dinlənilib. İnstitut direktoru qeyd edib ki, Türkiyədən gələn qonaqlar arasında Akif Hacıyevin tələbələri olmuş alimlər də var. O, iki gün davam edən beynəlxalq konfransda iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Sonda mərhum akademikin qardaşı Aqil Hacıyev çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb. O, konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında yer alıb

AMEA prezidenti Kiyevdə səfərdədir

Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

AMEA-nın adlı mükafatları fəxri medallarla əvəz ediləcək

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

12 Dekabr 2018, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2018, 18:20 (GMT +4)
AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

11 Dekabr 2018, 18:09 (GMT +4)
Balıqçılığın inkişafı ilə bağlı beynəlxalq seminar keçirilib

11 Dekabr 2018, 18:00 (GMT +4)
DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

11 Dekabr 2018, 17:52 (GMT +4)
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

11 Dekabr 2018, 17:47 (GMT +4)
UNEC-də Ümumilli liderin anım gününü qeyd olunub 

11 Dekabr 2018, 17:38 (GMT +4)
Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

11 Dekabr 2018, 17:30 (GMT +4)
Türkiyədə polis rəisi silahlı hücumda öldürülüb

11 Dekabr 2018, 17:27 (GMT +4)
ABŞ-ın “Time” jurnalı Camal Kaşıkçını ilin adamı elan edib

11 Dekabr 2018, 17:24 (GMT +4)
"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

11 Dekabr 2018, 17:13 (GMT +4)
Azərbaycan son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirib

11 Dekabr 2018, 17:06 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

11 Dekabr 2018, 16:57 (GMT +4)
İrəvan Ankara ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır

11 Dekabr 2018, 16:45 (GMT +4)
İran İsveçdə keçirilən Yəmən sülh danışıqlarına münasibət bildirib

11 Dekabr 2018, 16:40 (GMT +4)
Gömrük Akademiyasında Ulu Öndərin xatirəsi anılıb

11 Dekabr 2018, 16:34 (GMT +4)
AQTA sədri Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda iştirak edib

11 Dekabr 2018, 16:27 (GMT +4)
Heydər Əliyev Aeroportu dörd milyon sərnişinə xidmət göstərib

11 Dekabr 2018, 16:20 (GMT +4)
DGK-da insan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edilib

11 Dekabr 2018, 16:06 (GMT +4)
Birinci vitse-prezident verdiyi tapşırıqların icrasına şəxsən nəzarət edir

11 Dekabr 2018, 15:58 (GMT +4)
Fransadakı aksiyaların tez bir zamanda sona çatmasının tərəfdarıyıq -Türkiyə XİN rəhbəri

11 Dekabr 2018, 15:49 (GMT +4)
Moskvada ulu öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib

11 Dekabr 2018, 15:45 (GMT +4)
BMT təcili yardım məqsədilə Yəmənə lazım olan məbləği açıqlayıb

11 Dekabr 2018, 15:40 (GMT +4)
Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşüb

11 Dekabr 2018, 15:33 (GMT +4)
Azərbaycan narının brendi yaradılır

11 Dekabr 2018, 15:31 (GMT +4)
ABŞ-ın Suriyadakı YPG terrorçularına təlim verməsi bölgənin maraqlarına xəyanətdir - Çavuşoğlu

11 Dekabr 2018, 15:25 (GMT +4)
“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

11 Dekabr 2018, 15:19 (GMT +4)
İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

11 Dekabr 2018, 15:10 (GMT +4)
Beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlara müraciət edilib

11 Dekabr 2018, 15:04 (GMT +4)
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

11 Dekabr 2018, 15:04 (GMT +4)
Türkiyə və AB iqtisadi dialoqu davam etdirəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66