Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

“Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimatı keçirilib (FOTOLAR)

09 Dekabr 2017, 10:56 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews. Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib.

SalamNews  xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.

Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.

Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb”, - deyə müəllif vurğulayıb.

Kitabdakı fotoların peşəkar fotoqraflar tərəfindən çəkildiyini bildirən müəllif deyib: “Təəssüflər olsun ki, bir sıra məscidlər dağıntılara məruz qaldığından biz arxiv materiallarından da istifadə etmişik”.

Leyla Uluxanlı vurğulayıb ki, kitabın müqəddiməsini şahzadə Amin Ağa Xan yazıb.

Kitabın beynəlxalq layihələr üzrə redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. Otuz il ərzində belə bir layihə reallaşdırılmayıb: “Biz bu işlə məşğul olarkən məscidlərin gözəlliyini geniş ictimaiyyətə çatdırmaq istədik. Bu layihə üzərində dünyanın nüfuzlu universitetlərinin, təşkilatlarının aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab bundan sonra fransız və rus dillərində çap olunacaq, həmçinin üç ölkədə - ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək”.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.

Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Tolerantlığın Azərbaycan modelinin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə yürüdülən siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.

Ədalət Vəliyev diqqətə çatdırıb ki, sovet dövründə ölkəmizdə cəmi 17 məscid var idisə, bu gün müstəqil Azərbaycanda 2100-dən çox məscid fəaliyyət göstərir.

Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məscidlərin memarlıq üslubundan söz açaraq bu mənada yeni kitabı zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı məscidlərində Ramazan bayramı namazı qılınıb (FOTO)

Fuad Muradov Tbilisidəki Cümə məscidində olub

“Hacı Cavad” məscidində ehtimal edilən 3-cü Qədr gecəsi keçirilib (FOTO)

Avstriyada yeddi məscid bağlanacaq

"Fatiməyi-Zəhra" məscidində ikinci qədr gecəsi keçirilib (FOTO)

"Hacı Cavad" məscidində 1-ci Qədr gecəsi keçirilib (FOTO)

Corat qəsəbəsində “Cümə” məscidi təmirdən sonra istifadəyə verilib (FOTO)

Binə qəsəbəsində qeyri-qanuni məscid aşkarlanıb

Əfqanıstanda məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

"Hacı Cavad" məscidində Quran Gecəsi keçiriləcək

Seçkilərdən sonra məscidin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir - prezident

Prezident Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Istanbulda dünyanın ən böyük məscidi tikilib

Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib

Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Liviyada məscid yaxınlığında partlayış törədilib, ölənlər var

Ağdaşda məsciddə yanğın olub

Türkiyədə məscid raket atəşinə tutulub

Pakistan mətbuatı: Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz

İtaliyada kilsə ərazisində məscid tikiləcək

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

23 İyun 2018, 16:23 (GMT +4)
Azərbaycanda dəniz nəqliyyatı işçiləri təltif olunublar

23 İyun 2018, 16:14 (GMT +4)
Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

23 İyun 2018, 16:10 (GMT +4)
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

23 İyun 2018, 15:57 (GMT +4)
DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

23 İyun 2018, 15:43 (GMT +4)
Yunan əsgərləri türk gəmisinə atəş edib, xəsarət alan var

23 İyun 2018, 15:31 (GMT +4)
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib

23 İyun 2018, 15:20 (GMT +4)
Ukraynada Azərbaycan Ticarət Evi açılıb

23 İyun 2018, 15:04 (GMT +4)
Səhiyyə işçilərinə fəxri adlar verilib

23 İyun 2018, 14:56 (GMT +4)
Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

23 İyun 2018, 14:40 (GMT +4)
Azərbaycandan Ukrayna iqtisadiyyatına 362 milyon dolla investisiya yatırılıb

23 İyun 2018, 14:28 (GMT +4)
Prezident Əkif Əlizadə ilə bağlı sərəncam imzalayıb

23 İyun 2018, 14:17 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

23 İyun 2018, 14:08 (GMT +4)
Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

23 İyun 2018, 13:57 (GMT +4)
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

23 İyun 2018, 13:42 (GMT +4)
Beynəlxalq layihədə “İrəli” gəncləri iştirak edir

23 İyun 2018, 13:34 (GMT +4)
Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

23 İyun 2018, 13:27 (GMT +4)
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

23 İyun 2018, 13:11 (GMT +4)
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

23 İyun 2018, 12:53 (GMT +4)
"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

23 İyun 2018, 12:44 (GMT +4)
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərlə görüşüb

23 İyun 2018, 12:35 (GMT +4)
Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxıb

23 İyun 2018, 12:23 (GMT +4)
İlahiyyat İnstitutunda ilahiyyatçı alimlərlə görüş keçirilib

23 İyun 2018, 12:15 (GMT +4)
Prezident Əlcəzairin ədliyyə nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66