Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsinə start verilir

11 Dekabr 2017, 09:02 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü, İmprotex Motors, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Garden Shop-un birgə təşkilatçılığı ilə “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsinə start verilir.

SalamNews xəbər verir ki, müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 200 AZN, II yer – 150 AZN, III yer – 100 AZN).

“Yaşıl sərgi” rəsm sərgi-müsabiqəsinin məqsədimüasir incəsənətdə mənzərə, natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir.

Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı asanschool.az@gmail.com ünvanına göndərə bilərlər.Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.

Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.

Müsabiqənin şərtləri:
16-29 yaş arası

1. Müsabiqəyə mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

2. Rəsmlər A3 və A4 formatında olmalıdır. Material – kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.

3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

4. Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə, çərçivədə təqdim olunmalıdırlar.

5. Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, familiyası, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
Tel: (+994)124447444 (+994) 704080108 www.asanschool.az

6. Sərginin açılış mərasimi 18 yanvar 2018-ci il tarixində, saat 18:00 -da baş tutacaqdır
Sərginin hazırlığı və işi prosesinə gənc rəssamların incəsənətini Azərbaycanda təbliğ etmək məqsədilə 150 könüllü cəlb olunacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyul 2018, 15:42 (GMT +4)
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

20 İyul 2018, 17:50 (GMT +4)
Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

20 İyul 2018, 17:44 (GMT +4)
"İnter Arena" stadionunun adı dəyişdirilib

20 İyul 2018, 17:41 (GMT +4)
Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlanıb

20 İyul 2018, 17:36 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

20 İyul 2018, 17:19 (GMT +4)
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

20 İyul 2018, 17:13 (GMT +4)
Bakı sakinləri səyahət üçün Türkiyəni seçir (SORĞU)

20 İyul 2018, 17:05 (GMT +4)
ETSN-də 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib

20 İyul 2018, 16:57 (GMT +4)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66