Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

11 Dekabr 2017, 17:07 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə tədbir keçirilib.

AMEA-dan SalamNews-a verilən məlumata görə, tədbirdə Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. AMEA rəhbəri tarixə ekskursiya edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırlayıb: "Heydər Əliyevin plenumda qaldırdığı məsələlər, çıxışı zamanı söylədiyi fikirlər onun strategiyasını, uzaqgörənliyini o vaxtdan müəyyənləşdirdi, həmin plenumda Azərbaycanın bugünkü inkişafının təməli qoyuldu".
Neftlə bağlı ümummilli lider Heydər Əliyevin iştirak etdiyi iclaslara Geologiya İnstitutunun direktoru kimi qatıldığını xatırladan Akif Əlizadə hələ o zamanlar Ulu öndər tərəfindən Azərbaycan neftinin idarəedilməsinə dair səsləndirilən fikirlərin düşünülmüş addım olduğunu bildirib. Alimlərimizin zəhmətini yüksək qiymətləndirən mərhum liderimizin elmə göstərdiyi diqqət və qayğıdan danışan akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası və elmin inkişafında Ulu öndərin xidmətlərindən söz açıb.

Anım tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan akademik İsa Həbibbəyli azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasının onun əvəzsiz xidmətlərindən olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti mərhum liderin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini, Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən qayğının bariz nümunəsi olaraq Azərbaycan ədiblərinə verilən qiymətin dəyişdiyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda məruzəylə çıxış edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs edən komitə sədri Ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.

Məruzəsində Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan natiq partiyanın bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.

Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev və İslam həmrəyliyi" mövzusunda məruzəylə çıxış edib. Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğunu deyən Mübariz Qurbanlı Ulu öndərin anım gününün bir çox ölkədə qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən Ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Mübariz Qurbanlı mərhum liderin Azərbaycan xalqı üçün böyük bir irs qoyduğunu diqqətə çatdırıb.

SalamNews


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında yer alıb

AMEA prezidenti Kiyevdə səfərdədir

Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

AMEA-nın adlı mükafatları fəxri medallarla əvəz ediləcək

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

12 Dekabr 2018, 18:25 (GMT +4)
Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

12 Dekabr 2018, 18:11 (GMT +4)
Nazirliyin kollektivi ulu Öndərin əziz xatirəsini yad ediblər

12 Dekabr 2018, 18:04 (GMT +4)
AQTA Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmişi zərərsizləşdirib

12 Dekabr 2018, 17:58 (GMT +4)
“Nar”dan Yeni il ərəfəsində sərfəli rouminq təklifləri

12 Dekabr 2018, 17:56 (GMT +4)
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

12 Dekabr 2018, 17:50 (GMT +4)
Ötən ay qlobal neft tədarükü sutkalıq 100,6 milyon barrelə çatıb

12 Dekabr 2018, 17:44 (GMT +4)
Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

12 Dekabr 2018, 17:35 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

12 Dekabr 2018, 17:23 (GMT +4)
Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

12 Dekabr 2018, 17:22 (GMT +4)
ABŞ Yəmən müharibəsində Səudiyyə və BƏƏ-ə verdiyi dəstəyin xərcini geri alır

12 Dekabr 2018, 17:10 (GMT +4)
BMT baş katibi Yəmən üzrə siyasi məsləhətləşmələrdə iştirak edəcək

12 Dekabr 2018, 16:52 (GMT +4)
Misirin Sinay Yarımadasında əməliyyat zamanı 27 silahlı zərərsizləşdirilib

12 Dekabr 2018, 16:47 (GMT +4)
Naxçıvan yenidən investisiya reytinqinin lideri olub

12 Dekabr 2018, 16:27 (GMT +4)
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırıb

12 Dekabr 2018, 16:15 (GMT +4)
Ermənistanda hərbçi intihara cəhd edib

12 Dekabr 2018, 16:12 (GMT +4)
Saxta sənədlərlə Azərbaycana keçmək istəyən 5 əcnəbi saxlanılıb

12 Dekabr 2018, 16:01 (GMT +4)
ABŞ İran qarşısında yeni tələb irəli sürüb: Süni peyk istehsal etməsinlər

12 Dekabr 2018, 15:58 (GMT +4)
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12 Dekabr 2018, 15:48 (GMT +4)
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

12 Dekabr 2018, 15:31 (GMT +4)
Ərdoğan: Suriyanın şimalında yeni hərbi əməliyyat üç gün ərzində başlayacaq

12 Dekabr 2018, 15:13 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti Atatürk parkında aparılan söküntü işləri ilə bağlı məlumat yayıb

12 Dekabr 2018, 15:06 (GMT +4)
Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı yeni layihəyə start verilib 

12 Dekabr 2018, 15:02 (GMT +4)
Tereza Mey vəzifəsi uğrunda mübarizə aparacağını bəyan edib

12 Dekabr 2018, 14:52 (GMT +4)
Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

12 Dekabr 2018, 14:51 (GMT +4)
Danışıqlara baxmayaraq Səudiyyə koalisiyası son 2 sutkada Yəmənə 52 aviazərbə endirib

12 Dekabr 2018, 14:37 (GMT +4)
MEK-də Heydər Əliyevin irsinə dair ümumilikdə 1000-dən çox sənəd mühafizə olunur

12 Dekabr 2018, 14:30 (GMT +4)
Gömrükçülər ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

12 Dekabr 2018, 14:23 (GMT +4)
UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

12 Dekabr 2018, 14:16 (GMT +4)
Yol polisi texniki baxışa görə sürücülərə müraciət edib

12 Dekabr 2018, 14:06 (GMT +4)
Tereza Meyə qarşı etimadsızlıq göstərilə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66