Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Donald Trampın Qüdslə bağlı qərarına qətiyyətlə etiraz edirik - QMİ

12 Dekabr 2017, 12:42 (GMT +4)

Bakı, 12 dekabr, SalamNewsQafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına etiraz olaraq bəyənat yayıb.

İdarənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bəyanatda bildirilib ki, səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.

Qeyd olunub ki, Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir: "Dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. O Bir Olan Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır. Odur ki, bu müqəddəsliyi, özəlliyi, önəmi nəzərə almayan hər hansı qərar ədalətli ola bilməz.

Bu gün dünyamızda baş verənlər bizi narahat edir. Dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir. Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər.

Beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmaması təhlükəli meyldir. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər.

Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edirik.

Uca Yaradanımızın bizlərə buyurduğu kimi: "Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (Maidə, 8)".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfərə gedir

Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət aparır - Gündüz İsmayılov

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti beynəlxalq səviyyədə təqdir edilir

Özbəkistan Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təşəkkür məktubu ünvanlayıb

Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləğini müəyyənləşdirib 

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətinə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Müqəddəs Payızov vəfat edib

“Vəhdət həftəsi” Qafqaz Müsəlmanları İdarəsində qeyd olunub (FOTO)

Prezident İlham Əliyev: Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini tədqirəlayiq hesab etmək olar

Qafqaz Müsəlmanları İdarəsinin sədri İordaniya Kralı ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Qurban bayramı münasibətilə tövsiyələr verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistanda beynəlxalq konfransda iştirak edib

Vatikan nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub

Ramazan Abdilatipov Qafqaz Müsəlmanları İdarəsinin sədrilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin saytı yenilənib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

20 İyul 2018, 17:50 (GMT +4)
Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

20 İyul 2018, 17:44 (GMT +4)
"İnter Arena" stadionunun adı dəyişdirilib

20 İyul 2018, 17:41 (GMT +4)
Dövlət qulluğuna qəbul üçün müsahibələrin nəticələri açıqlanıb

20 İyul 2018, 17:36 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

20 İyul 2018, 17:19 (GMT +4)
I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

20 İyul 2018, 17:13 (GMT +4)
Bakı sakinləri səyahət üçün Türkiyəni seçir (SORĞU)

20 İyul 2018, 17:05 (GMT +4)
ETSN-də 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüş keçirilib

20 İyul 2018, 16:57 (GMT +4)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

20 İyul 2018, 16:40 (GMT +4)
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66