Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

2017 Formula 1 Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı seçilib

12 Dekabr 2017, 16:15 (GMT +4)

Bakı, 12 dekabr, SalamNews. 2017-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) SalamNews-a verilən məlumata görə, yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Xatırladaq ki, Bakıda baş tutan son yarışda Red Bull komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanmışdı. Onu ardıcıl olaraq Mercedes və Williams komandalarının pilotları Valteri Bottas ilə Lens Stroll izləmişdilər. Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə ilə Formula 1 tarixində debüt ilində podiuma çıxan ən gənc pilot ünvanına məhz bu yarışda yiyələnmişdi.

Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, Formula 1 şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub. Red Bull pilotu da bu ötməni özünün yarış mövsümündə reallaşdırdığı ən yaxşı ötmə kimi qiymətləndirir.

2017 Formula 1 Azərbaycan Qran Prisi bir sıra beynəlxalq media qurumları tərəfindən yarış mövsümünün nəticələrinə dair keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb:

Daily Mail – İlin Yarışı

The Times – Ən Yaxşı Yarış

The Guardian – Ən Möhtəşəm An

Sky Sports – İlin Yarışı

 

“Azərbaycan Qran Prisi. Hər il elə bir yarış baş tutur ki, həmin yarışda hər şey olur, həm də adətən ən az ümid edilən yerdə. Azərbaycan Qran Prisi məhz 2017-ci ilin belə bir yarışıdır.”

Bild am Sonntag – İlin Yarışı

“Fettelin toqquşması, yeddi pilotun yarışı axıradək başa vura bilməməsi, saysız toqquşma anları, Rikkardonun gözlənilməz qələbəsi və gənc pilot Strollun podiuma çıxışı 2017 Azərbaycan Qran Prisini mükəmməl Formula 1 şousuna çevirdi”.

ViaSat – Ən Yaxşı Yarış

https://www.viasatsport.se/sport/motor/nyheter/vilken-ar-arets-grand-prix-i-f-1

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov ötən mövsümün Bakı yarışına dair beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: “Biz çox şadıq ki, ötən yay Bakıda baş tutmuş Azərbaycan Qran Prisi bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burada fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində biz 2017-ci ildə belə bir möhtəşəm yarışı reallaşdırdıq. Bakıda baş tutan ikinci Formula 1 yarışı onu göstərdi ki, trek bizim uzun müddətdir həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa ev sahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin 2017-ci ilin ən yaxşı yarışını reallaşdırmaqla yanaşı Formula 1 həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik. Biz əminik ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək. Yeri gəlmişkən bütün Formula 1 azarkeşlərini gələn ilin aprelində Bakı şəhərinə gəlib yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: Gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1-də 2019-cu il mövsümü dekabr ayınadək uzadılacaq

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTOLAR)

Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisi başa çatdı - Qalib müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında qəzalar baş verib (FOTO)

İlham Əliyev Formula 1 Azərbaycan Qran-prisinin açılış mərasimində iştirak edir (FOTOLAR)

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Bakıda Formula 1 pilotlarının sonuncu sərbəst yürüşü başlayıb (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

Formula 1 yarışının ilk sərbəst yürüşündə Valtteri Bottas birinci olub

Bütün dünyanın gözü Azərbaycanda - Formula 1 başladı

Formula 1 yarışının keçirilməsi üçün yüklər Bakıya gətirildi (FOTO)

"Bakcell" Formula 1 yarışı ilə bağlı 4G şəbəkə tutumunu artırıb 

Formula 1 yarışı ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək

Formula 1 yarışları ərəfəsində 17 avtobusun hərəkət sxemində dəyişiklik ediləcək

19 İyun 2018, 17:00 (GMT +4)
Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək

19 İyun 2018, 16:52 (GMT +4)
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

19 İyun 2018, 16:43 (GMT +4)
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

19 İyun 2018, 16:34 (GMT +4)
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

19 İyun 2018, 16:29 (GMT +4)
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19 İyun 2018, 16:16 (GMT +4)
Azərbaycanda sənaye məhsulları barədə statistika açıqlanıb

19 İyun 2018, 16:09 (GMT +4)
Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

19 İyun 2018, 15:56 (GMT +4)
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək- Çavuşoğlu

19 İyun 2018, 15:51 (GMT +4)
Azərbaycandan 94 ölkəyə məhsul ixrac edilib

19 İyun 2018, 15:38 (GMT +4)
Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

19 İyun 2018, 15:25 (GMT +4)
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

19 İyun 2018, 14:50 (GMT +4)
Ermənistan parlamenti deputatının toxunulmazlığı ləğv edilib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyənin başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

19 İyun 2018, 12:59 (GMT +4)
Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

19 İyun 2018, 12:47 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

19 İyun 2018, 12:36 (GMT +4)
Kürdə 16 yaşlı gənc batıb

19 İyun 2018, 12:25 (GMT +4)
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

19 İyun 2018, 11:53 (GMT +4)
Türkiyədə İyi partiyanın 250 üzvü istefa edib

19 İyun 2018, 11:38 (GMT +4)
Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

19 İyun 2018, 11:32 (GMT +4)
Lavrov və Pompeo Şimali Koreya  məsələsini müzakirə edib

19 İyun 2018, 11:27 (GMT +4)
Azərbaycanda ana və azyaşlı qızı itkin düşüb

19 İyun 2018, 11:15 (GMT +4)
Yol polisi Qubada reyd keçirib - sərxoş sürücülər saxlanılıb

19 İyun 2018, 11:02 (GMT +4)
Moskvada xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66