Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq

13 Dekabr 2017, 12:20 (GMT +4)

Bakı, 13 dekabr, SalamNewsBu il ICOM Azərbaycan Milli Komitəsi öz 25 illiyini qeyd edir. Bu münasibətlə 15 dekabr 2017-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir keçiriləcək.

SalamNews xəbər verir ki, tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin bütün üzvləri iştirak edəcəklər. 

Tədbir çərçivəsində 15 dekabr tarixində ICOM Azərbaycan Milli Komitəsinin illik plenar konfransı olacaq. Konfransda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, diplomatlar və rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı da olacaq. Konfrans zamanı ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş Nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olunacaq. Konfrans mədəni və əyləncəli proqramlarla başa çatacaq.

ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib, həmin ildə təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Beləliklə, postsovet məkanında ilk milli komitə məhz Azərbaycanda yaranıb. 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurası 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsini rəsmi olaraq təsdiq edib. 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan Milli Komitənin hazırda 106 nəfər fərdi və 1 institutsional üzvü var. Onlar 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil edirlər.
ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir.

Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.

Milli Komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalça müzeyində beynəlxalq simpozium keçirilib (FOTOLAR)

Xalça Muzeyi növbəti beynəlxalq simpoziuma hazırlaşır

Beynəlxalq Muzeylər Şurası: Xalça Muzeyi bütün standartlara cavab verir

Xalça Muzeyində keçirilən beynəlxalq konfrans uğurla yekunlaşıb

Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xalça Muzeyi ikinci dəfə “Mükəmməllik sertifikatı”na layiq görülüb

Baş İdarənin təşkilatçılığı ilə Xalça Muzeyinə ekskursiya təşkil olunub

İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunub (FOTO)

Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək

Prezident Xalça Muzeyinin direktorunu fəxri adla təltif edib

Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub (FOTOLAR)

Xalça Muzeyi Varşavada keçirilən konfransda təmsil olunub

Xalça Muzeyi yeni interaktiv instalyasiya hazırlayıb

14 Dekabr 2018, 10:43 (GMT +4)
Ankarada güclü qar səbəbindən məktəblər üçün tətil elan edilib

14 Dekabr 2018, 10:34 (GMT +4)
Strasburqda silahlı hücum törədən şəxs zərərsizləşdirilib

14 Dekabr 2018, 10:25 (GMT +4)
KOBİA-nın nümayəndələri Rusiyada səfərdədir

14 Dekabr 2018, 10:17 (GMT +4)
Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

14 Dekabr 2018, 10:04 (GMT +4)
SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

14 Dekabr 2018, 09:56 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

14 Dekabr 2018, 09:45 (GMT +4)
DİN: Ötən gün 99 cinayət faktı qeydə alınıb

14 Dekabr 2018, 09:45 (GMT +4)
Husilər Yəmən sülh danışıqlarının nəticələrinə münasibət bildiriblər

14 Dekabr 2018, 09:38 (GMT +4)
Atəşkəs rejimi 26 dəfə pozulub

14 Dekabr 2018, 09:30 (GMT +4)
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

14 Dekabr 2018, 09:19 (GMT +4)
ABŞ Konqresi Kaşıkçının ölümündə rəsmən Bin-Salmanı təqsirli bilib

14 Dekabr 2018, 09:15 (GMT +4)
ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyi təsdiqlənib

14 Dekabr 2018, 09:10 (GMT +4)
Vüqar Şixəmmədov yüksək vəzifəyə təyin edilib

14 Dekabr 2018, 09:01 (GMT +4)
Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edilib

13 Dekabr 2018, 18:10 (GMT +4)
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

13 Dekabr 2018, 18:06 (GMT +4)
Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

13 Dekabr 2018, 17:50 (GMT +4)
QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

13 Dekabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan  məzənnəsi açıqlanıb

13 Dekabr 2018, 17:38 (GMT +4)
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2018, 17:30 (GMT +4)
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

13 Dekabr 2018, 17:22 (GMT +4)
Britaniya Küveytdə hərbi qərargah inşa etməyə başlayır

13 Dekabr 2018, 17:21 (GMT +4)
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dekabr 2018, 17:18 (GMT +4)
İtaliya Senatında Azərbaycanla bağlı kitabın təqdimatı olub (FOTO)

13 Dekabr 2018, 17:12 (GMT +4)
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

13 Dekabr 2018, 17:06 (GMT +4)
Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

13 Dekabr 2018, 16:59 (GMT +4)
"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

13 Dekabr 2018, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

13 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti iclası keçirilib

13 Dekabr 2018, 16:40 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

13 Dekabr 2018, 16:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqları bitib – Nəticələr açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66