Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar iclas keçirilib

13 Dekabr 2017, 17:33 (GMT +4)

Bakı, 13 dekabr, SalamNews.  2018-ci ilin iyununda Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin dekabrın 13-də ilk iclası keçirilib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, iclası açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov dövlətimizin başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il iyunun 5-9-da Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniştərkibli Təşkilat Komitəsi yaratması dövlətimizin başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına diqqət və qayğısının daha bir bariz nümunəsidir.

“Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda ilk Avropa, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, şahmat üzrə dünya kuboku yarışları, Avropa və dünya çempionatları yüksək səviyyədə təşkil olunub və qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq siyasi arenada, iqtisadi sahədə apardığı uğurlu və məqsədyönlü siyasətin göstəricisidir”, - deyə Yaqub Eyyubov əlavə edib.

Sonra vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edib ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan dünya sınaq yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatını qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Sahib Ələkbərov deyib: “Ölkəmiz gələn il sayca böyüklər arasında dördüncü dünya çempionatına ev sahibliyi edəcək. Bundan əvvəl Bakıda güləş, boks və gimnastika üzrə dünya çempionatları təşkil olunub. BMX üzrə dünya çempionatının təşkilində məsul olan aidiyyəti qurumlarda artıq işçi qruplar yaradılıb. Velosiped idmanının bu növünün geniş tamaşaçı auditoriyasının olmasını və dünyada populyarlığını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə mundiala yüksək səviyyədə ev sahibliyi etmək missiyasını öz üzərimizə götürdük. Dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar 2016-cı ildə qəbul olunub və həmin vaxtdan biz mötəbər yarışın hazırlığına start vermişik. UCİ Azərbaycanda idmana göstərilən dövlət qayğısını, idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işləri həmişə yüksək qiymətləndirir”.

Yarışa hazırlığın plana uyğun davam etdiyini deyən Sahib Ələkbərov 2015-ci ildə ölkəmizdə təşkil olunan ilk Avropa Oyunları zamanı velosiped idmanının üç növü üzrə yarışların təşkil edildiyini diqqətə çatdırıb.

Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib, dünya çempionatının təşkilinə cəlb olunmuş dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclas müzakirələrlə davam edib.

Qeyd edək ki, mundialda 30 ölkə iştirakını təsdiq edib və yarışadək iştirakçı sayının artacağı gözlənilir. İki mindən çox velosipedçinin birincilik uğrunda mübarizə aparacağı yarışı 3500 tamaşaçı tribunlardan izləyə biləcək. Yarışa biletlərin satışına gələn ilin əvvəllərində start veriləcək. Cari ildə Fransada təşkil olunan Avropa, ABŞ-da isə dünya çempionatı zamanı Bakıda keçiriləcək mundialla bağlı təqdimatlar olub.



Əlaqəli Xəbərlər

Bakıda BMX üzrə Dünya Test Yarışı keçiriləcək

BMX velosiped idmanı yarışlarının qalibləri müəyyən olunub (FOTOLENT)

17 Yanvar 2018, 18:24 (GMT +4)
Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb

17 Yanvar 2018, 18:00 (GMT +4)
Novruzəli Orucovun oğluna hökm oxunub

17 Yanvar 2018, 17:51 (GMT +4)
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

17 Yanvar 2018, 17:42 (GMT +4)
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

17 Yanvar 2018, 17:34 (GMT +4)
Rusiya XİN rəhbəri türkiyəli həmkarı ilə telefon danışığı keçirib

17 Yanvar 2018, 17:27 (GMT +4)
DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

17 Yanvar 2018, 17:22 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 Yanvar 2018, 17:15 (GMT +4)
JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

17 Yanvar 2018, 17:06 (GMT +4)
Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik - rəsmi Bakı

17 Yanvar 2018, 16:56 (GMT +4)
Koreyanın Azərbaycandakı səfiri BDU-da olub

17 Yanvar 2018, 16:50 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin Sakit Qocayev küçəsi ilə bağlı layihə təklif edib

17 Yanvar 2018, 16:44 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi tender elan edib

17 Yanvar 2018, 16:37 (GMT +4)
Şahin Bağırov CEO Lunch Baku-da iştirak edib

17 Yanvar 2018, 16:32 (GMT +4)
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

17 Yanvar 2018, 16:26 (GMT +4)
Qubada modul tipli məktəb istifadəyə verilib

17 Yanvar 2018, 16:22 (GMT +4)
Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

17 Yanvar 2018, 16:16 (GMT +4)
PAŞA Bank Euromoney beynəlxalq forumunda iştirak edib

17 Yanvar 2018, 16:15 (GMT +4)
Zaqatala şəhərində yeni yeraltı piyada keçidi inşa edilib

17 Yanvar 2018, 16:13 (GMT +4)
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

17 Yanvar 2018, 16:07 (GMT +4)
Ali məktəblərə qəbul və buraxılış imtahanlarının tarixləri müəyyən olunub

17 Yanvar 2018, 15:58 (GMT +4)
“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” proqramına başlanılıb

17 Yanvar 2018, 15:45 (GMT +4)
Azərbaycanda yenə doğulan körpələrin çoxu oğlandır

17 Yanvar 2018, 15:33 (GMT +4)
Salyanda ev yanıb

17 Yanvar 2018, 15:20 (GMT +4)
Çin BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq edib

17 Yanvar 2018, 15:08 (GMT +4)
Azərbaycanda əhalinin sayı açıqlanıb

17 Yanvar 2018, 14:58 (GMT +4)
İtaliyalı tədqiqatçı: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər”

17 Yanvar 2018, 14:43 (GMT +4)
Suriya Milli Dialoq Konqresi bu ayın 30-da keçiriləcək

17 Yanvar 2018, 14:36 (GMT +4)
Bu il 2 min km-dən artıq olan yolların icrası həyata keçiriləcək - Saleh Məmmədov

17 Yanvar 2018, 14:30 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb

17 Yanvar 2018, 14:23 (GMT +4)
Tacikistan Azərbaycanın gömrük xidməti təcrübəsini öyrənəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66