Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları

14 Dekabr 2017, 17:15 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews.  “Media və zamanın çağırışları” – AZƏRTAC-ın geniş oxucu auditoriyasına təqdim etdiyi kitab belə adlanır. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl – 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun – Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.

Müasir dövrümüzdə media, xüsusən xəbər agentlikləri hansı çağırışlarla üzləşirlər? Hazırda qlobal informasiya məkanında nələr baş verir, redaksiyalar və jurnalist kollektivləri öz işlərini zamanın tələbinə necə uyğunlaşdırırlar? Bu sahədə nə kimi təcrübə və yeniliklər var?

Nəfis tərtibatla nəşr olunmuş kitabda oxucular, xüsusən media mütəxəssisləri və jurnalistlər, informasiya agentliklərinin və xəbər portallarının əməkdaşları onları maraqlandıran bu və digər suallara cavab tapa bilərlər. Belə ki, dünyanın informasiya siyasətini müəyyənləşdirən tanınmış simaların, məsələn, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Saudi Press agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Düeyc Əl-İbrahim Əl-Sabah, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və başqalarının Konqresdə və Baş Assambleyadakı çıxışlarında, habelə media üzrə ekspertlərin təqdimatlarında KİV-in üzləşdiyi çağırışlar, yeni həllər, müasir informasiya texnologiyalarının tətbiqi barədə bir çox maraqlı fikirlər və diqqətçəkən məqamlar var. Təbii ki, bütün bunlar Azərbaycanın media işçiləri üçün də aktualdır və həyati əhəmiyyət daşıyır.

Konqresdə və Baş Assambleyada səslənən çıxışları və təqdimatları, rəyləri və digər informasiyaları bir yerə toplayaraq nəşr etmək ideyası təsadüfən yaranmayıb. Tərtibatçının məqsədi, ilk növbədə, hər iki qlobal miqyaslı tədbirin Azərbaycan üçün böyük əhəmiyyətini nəzərə alaraq bu hadisəni tarixləşdirməkdir.

Prezident İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ölkəmiz üçün böyük şərəf adlandırıb, bunu, eyni zamanda, müasir medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi səciyyələndirib. BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forumlara müraciətlər ünvanlaması da, tədbirlərin qlobal əhəmiyyətindən xəbər verir.

Bakı ilk dəfə belə irimiqyaslı, geniş tərkibli media forumlarına ev sahibliyi edib. AZƏRTAC həm Konqresə, həm də OANA-ya rəhbərlik etmək hüququ qazanıb. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adları dünya media tarixinə həkk olunub. İştirakçıların sayı və tərkibi haqqında statistika özü hər şeyi deyir: Bakıya 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, habelə regional media qurumlarının rəhbərləri gəlmişdi. Onların sırasında Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77, Afrikadan 16 agentliyin 25, Amerika qitəsindən 9 agentliyin 17, Avstraliyadan 3 agentliyin 4 nümayəndəsi vardı. Kitabı vərəqlədikcə aydın görmək olur ki, Azərbaycana informasiya işinin əsl biliciləri, peşəkarları toplaşmışdılar.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı, geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupunu qəbul etməsi bu genişmiqyaslı, dünyanın beş qitəsini əhatə edən tədbirlərə xüsusi ahəng və məna verdi. V Konqres və XVI Baş Assambleya nəticə etibarilə müasir media institutları, jurnalistlər üçün bir məktəb, qabaqcıl təcrübəni bölüşmək üçün bənzərsiz platforma oldu.

Oxucuya təqdim olunan kitaba Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin və Baş Assambleyanın birgə açılış mərasimindəki nitqinin tam mətni, habelə tədbir iştirakçılarının bir qrupu ilə görüşünün xülasəsi daxil edilib. Dövlətimizin başçısı nitqində demokratiya və mətbuat azadlığı, medianın müasir dövrdəki missiyası və məsuliyyəti barədə maraqlı fikir və mülahizələr irəli sürüb. İştirakçılardan bir qrupu ilə görüşü zamanı onların suallarını cavablandırıb və yeri gəldikcə açıq söhbət edərək polemikaya girib, KİV-in beynəlxalq hadisələrdəki roluna dair baxışlarını bölüşüb. Bunlar əslində, jurnalistika dərsləridir və burada diqqətəlayiq bir çox məqamlar var.

Konqresin aktuallığını beş sessiya çərçivəsində müzakirəyə çıxarılan mövzulardan aydın görmək olar: “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları”. Kitabda bu sessiyaların hər birinin materialları ayrı-ayrılıqda dərc olunub.

Topluda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi ilə işləyən Bakı Konqresində, OANA-nın Baş Assambleyasında səslənən bütün çıxış və təqdimatlar, habelə BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına ünvanlanan müraciətlərinin mətni yer alıb. Kitabda, həmçinin hər iki forumla bağlı çoxsaylı rəylər, müsahibələr, dünya mediasında yer alan informasiyalar ilə tanış olmaq mümkündür. Bütün bu materiallar fotolarla müşayiət olunur.

AZƏRTAC tədbirlərin qlobal əhəmiyyətini, müzakirə olunan mövzuların bütün KİV-lər üçün aktuallığını nəzərə alaraq, V Konqresin və XVI Baş Assambleyanın materiallarını bir kitabda toplamağı, maraqlanan hər kəs üçün əlçatan olmasını təmin etməyi lazım bilib. Doğrudan da burada öyrəniləsi, nəticə çıxarılası bir çox məsələlər, jurnalistlər üçün faydalı məqamlar, düşünmək üçün yetərincə mövzu var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Memorandum imzalanıb 

İRNA AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir

Dünyanın nüfuzlu nəşri AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır (FOTO)

AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb

AZƏRTAC ilə Sinxua agentlikləri arasında əməkdaşlıq genişlənir (FOTO)

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb

Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar 

AZƏRTAC 98 yaşını qeyd edir

AZƏRTAC-ın baş direktoru Koreyanın Yonhap agentliyinə təbrik ünvanlayıb

Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

AZƏRTAC FAAPA-nın Baş Assambleyasında iştirak edir

Piter Teys: AZƏRTAC-ın beynəlxalq media məkanında artan rolunun şahidiyik

AZƏRTAC 9 mindən çox fotosənədi arxivə təhvil verib

AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyi təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

AZƏRTAC-ın baş direktoru “Microsoft”-un MDB İdarə Heyətinin üzvü ilə görüşüb

AZƏRTAC və OANA-nın nümayəndəsi AMAN-ın Baş Assambleyasında çıxış edib

12 Dekabr 2018, 18:25 (GMT +4)
Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

12 Dekabr 2018, 18:11 (GMT +4)
Nazirliyin kollektivi ulu Öndərin əziz xatirəsini yad ediblər

12 Dekabr 2018, 18:04 (GMT +4)
AQTA Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmişi zərərsizləşdirib

12 Dekabr 2018, 17:58 (GMT +4)
“Nar”dan Yeni il ərəfəsində sərfəli rouminq təklifləri

12 Dekabr 2018, 17:56 (GMT +4)
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

12 Dekabr 2018, 17:50 (GMT +4)
Ötən ay qlobal neft tədarükü sutkalıq 100,6 milyon barrelə çatıb

12 Dekabr 2018, 17:44 (GMT +4)
Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

12 Dekabr 2018, 17:35 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

12 Dekabr 2018, 17:23 (GMT +4)
Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

12 Dekabr 2018, 17:22 (GMT +4)
ABŞ Yəmən müharibəsində Səudiyyə və BƏƏ-ə verdiyi dəstəyin xərcini geri alır

12 Dekabr 2018, 17:10 (GMT +4)
BMT baş katibi Yəmən üzrə siyasi məsləhətləşmələrdə iştirak edəcək

12 Dekabr 2018, 16:52 (GMT +4)
Misirin Sinay Yarımadasında əməliyyat zamanı 27 silahlı zərərsizləşdirilib

12 Dekabr 2018, 16:47 (GMT +4)
Naxçıvan yenidən investisiya reytinqinin lideri olub

12 Dekabr 2018, 16:27 (GMT +4)
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırıb

12 Dekabr 2018, 16:15 (GMT +4)
Ermənistanda hərbçi intihara cəhd edib

12 Dekabr 2018, 16:12 (GMT +4)
Saxta sənədlərlə Azərbaycana keçmək istəyən 5 əcnəbi saxlanılıb

12 Dekabr 2018, 16:01 (GMT +4)
ABŞ İran qarşısında yeni tələb irəli sürüb: Süni peyk istehsal etməsinlər

12 Dekabr 2018, 15:58 (GMT +4)
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12 Dekabr 2018, 15:48 (GMT +4)
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

12 Dekabr 2018, 15:31 (GMT +4)
Ərdoğan: Suriyanın şimalında yeni hərbi əməliyyat üç gün ərzində başlayacaq

12 Dekabr 2018, 15:13 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti Atatürk parkında aparılan söküntü işləri ilə bağlı məlumat yayıb

12 Dekabr 2018, 15:06 (GMT +4)
Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı yeni layihəyə start verilib 

12 Dekabr 2018, 15:02 (GMT +4)
Tereza Mey vəzifəsi uğrunda mübarizə aparacağını bəyan edib

12 Dekabr 2018, 14:52 (GMT +4)
Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

12 Dekabr 2018, 14:51 (GMT +4)
Danışıqlara baxmayaraq Səudiyyə koalisiyası son 2 sutkada Yəmənə 52 aviazərbə endirib

12 Dekabr 2018, 14:37 (GMT +4)
MEK-də Heydər Əliyevin irsinə dair ümumilikdə 1000-dən çox sənəd mühafizə olunur

12 Dekabr 2018, 14:30 (GMT +4)
Gömrükçülər ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

12 Dekabr 2018, 14:23 (GMT +4)
UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

12 Dekabr 2018, 14:16 (GMT +4)
Yol polisi texniki baxışa görə sürücülərə müraciət edib

12 Dekabr 2018, 14:06 (GMT +4)
Tereza Meyə qarşı etimadsızlıq göstərilə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66