Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Zaqatala Beynəlxalq hava limanı istifadəyə verilib (FOTOLAR)

14 Dekabr 2017, 18:05 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews. Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak ediblər. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enib.

Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunub ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radio-naviqasiya, metereoloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 000 kub metrdən çox torpaq işləri görülmüşdür. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 km uzunluğunda mühafizə hasarı çəkilmiş, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan 3x2 metr ölçüdə tunel tikilib.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxıbmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.

Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilmiş, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.

Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib

Zaqatalada baş verən zəlzələdə insan tələfatı qeydə alınmayıb

Zaqatalada fındıq istehsalı və emalı təşviq olunur

Qax-Zaqatala yolunda yenidənqurma işləri yekunlaşır

UNEC-in Zaqatala filialında ən yüksək nəticə göstərən tələbə Bakıda təhsil alacaq

Zaqatalada 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (VİDEO, FOTO)

Zaqatala şəhərində yeni yeraltı piyada keçidi inşa edilib

Zaqatala-Balakən-Mazımçay yolunun yenidən qurulması davam etdirilir

“ABAD” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi imzalanıb

Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

Zaqatalada Fındıq festivalı keçiriləcək

Zaqatalada dini maarifçiliklə bağlı konfrans keçirilib

Zaqatalada evlərdən qızıl oğurlayan dəstə üzvləri tutulub

Zaqatala meşəsində yanğın baş verib

Zaqatalada müəllim intihar edib

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşların müraciətlərini dinləyib

Zaqatala Gömrük Laboratoriyasının rəsmi açılış mərasimi olub (FOTO)

Ədliyyə naziri Fikrət Məmmədov Zaqatalada vətəndaşlarla görüşəcək

Bakıda evi qarət etmək istəyən Zaqatala sakinləri tutulublar

Zaqatalanın Vöhtala kəndində birmərtəbəli evdə yanğın olub

14 İyul 2018, 16:58 (GMT +4)
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb

14 İyul 2018, 16:50 (GMT +4)
Bakıda tikinti şirkətinə ağacların qorunması üçün məcburi göstəriş verilib

14 İyul 2018, 16:31 (GMT +4)
Azərbaycan Sığortaçılar Assosiasiyasının PR strategiyası hazırlanıb

14 İyul 2018, 16:20 (GMT +4)
Miqrasiya ilə bağlı qanunvericiliyə dəyişikliklər qüvvəyə minib

14 İyul 2018, 16:16 (GMT +4)
SKMF sahibkarlara 3,3 milyon manat güzəştli kredit verib

14 İyul 2018, 15:57 (GMT +4)
Somalidə prezident sarayı qarşısında partlayış olub

14 İyul 2018, 15:53 (GMT +4)
Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb

14 İyul 2018, 15:50 (GMT +4)
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib

14 İyul 2018, 15:38 (GMT +4)
Fuad Muradov Almaniyada azərbaycanlılarla görüş keçirib

14 İyul 2018, 15:28 (GMT +4)
Azərbaycanda neft hasilatı 1% artıb, qaz hasilatı 5% azalıb

14 İyul 2018, 15:11 (GMT +4)
Azərbaycan Alpaqut Federasiyası İdarə Heyətinin iclası keçirilib (FOTOLAR)

14 İyul 2018, 15:08 (GMT +4)
Yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət edilib

14 İyul 2018, 14:52 (GMT +4)
AQTA Bakı və Sumqayıtda monitorinq keçirib

14 İyul 2018, 14:44 (GMT +4)
Anar Sarıyev: Son nailyyətlər ASAN idarəçilik modelinin yerli dövlət idarəçiliyinə tədbiqini zəruri edir

14 İyul 2018, 14:27 (GMT +4)
ABŞ 12 rusiyalıya qarşı ittiham irəli sürüb

14 İyul 2018, 14:19 (GMT +4)
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

14 İyul 2018, 14:10 (GMT +4)
Prezident “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu imzalayıb

14 İyul 2018, 14:03 (GMT +4)
Mərkəzi Bank 350 milyon manat cəlb edir

14 İyul 2018, 13:55 (GMT +4)
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

14 İyul 2018, 13:47 (GMT +4)
Sabah bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

14 İyul 2018, 13:40 (GMT +4)
Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək

14 İyul 2018, 13:30 (GMT +4)
Azərbaycanda metanol istehsalı 60 faizədək azalıb

14 İyul 2018, 13:18 (GMT +4)
Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

14 İyul 2018, 12:40 (GMT +4)
Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

14 İyul 2018, 12:35 (GMT +4)
ETSN yanında İctimai Şuranın iclası keçirilib

14 İyul 2018, 12:07 (GMT +4)
Bakıda Misirin milli bayramı qeyd edilib

14 İyul 2018, 11:45 (GMT +4)
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 209-a çatıb

14 İyul 2018, 11:34 (GMT +4)
Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 132-yə çatıb

14 İyul 2018, 11:23 (GMT +4)
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəydə humanitar oftalmoloji müayinələr aparıb

14 İyul 2018, 11:01 (GMT +4)
Tayvanda 4,6 bal gücündə zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66