Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır

15 Dekabr 2017, 09:33 (GMT +4)

Bakı, 15 dekabr, SalamNews. Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına dair bəyanat yayıb.

SalamNews Türkiyə XİN-in saytına istinadla xəbər verir ki, bəyanatda Edvard Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamasının əsassız olduğu bildirilir. Qeyd edilir ki, erməni nazirin protokolların təsdiqlənməsindəki gecikmələrin məsuliyyətinin Türkiyənin üzərinə düşdüyünə dair iddiaları həqiqəti əks etdirmir. Bəyanatda deyilir: “Protokollar İsveçrənin təşəbbüsü ilə aparılan danışıqlarda hazırlanıb və Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi daşıyırdı. Lakin ilk olaraq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində protokolların mətninə və ruhuna zidd və məhdudlaşdırıcı şərtlər irəli sürdü. Sonradan Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il 22 aprel tarixində protokolların ratifikasiyasının təxirə salındığını açıqlayıb. Ermənistan diasporunun da bu protokollara qarşı çıxdığı və protokolların təsdiqlənməməsi üçün Ermənistan hökumətinə təzyiq göstərdiyi də reallıqdır. Son olaraq, S.Sarkisyan 2017-ci il 19 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında protokolların gecikməsinin məsuliyyətini əsassız şəkildə Türkiyənin boynuna qoyaraq, tərəqqi olmadığı üçün protokolları qüvvədən düşmüş sayacaqlarını və 2018-ci ilin baharına bu protokollar olmadan girəcəklərini açıqlayıb”.

Bəyanatda bildirilir ki, Ermənistanın bu mənfi mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur. Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir. Bu protokolların ratifikasiyası üçün Cənubi Qafqazda uyğun siyasi mühitin və sülhün bərqərar olması zəruridir. “Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyişin əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır,- deyə açıqlamada vurğulanır.

Türkiyə XİN-in açıqlamasında E.Nalbandyanın çıxışında dilə gətirdiyi “soyqırımı” iddialarının həqiqəti əks etdirmədiyi bildirilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”,- deyə bəyanatda vurğulanır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gələn ildən Ermənistanda təbii qazın qiyməti bahalaşacaq

Ermənistan Bakıda keçiriləcək QDİƏT Nazirlər Şurasının iclasında təmsil olunacaq

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub

Ermənistanda hərbçi intihara cəhd edib

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 28 dəfə pozub

Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmağa hazırdır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 27 dəfə pozub

Ermənistan MSK-nın sədri: Seçicilərin çoxu ümumdövlət seçkilərinə məhəl qoymayıb

Analitik: Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər

Sabah Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Ermənistanda məhkəmə keçmiş prezident Robert Koçaryanın həbsinə qərar verib  

Ermənistan silahlı qüvvələri atəşkəsi 28 dəfə pozub

Ermənistanın KTMT-nin baş katib vəzifəsini özündə saxlamaqla bağlı səyləri iflasa uğrayıb - Hikmət Hacıyev

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Azərbaycan XİN: Ermənistanın addımları etimadı pozur

Ermənistan ordusunun hərbçiləri  qar uçqununun altında qalıb

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 26 dəfə pozub

Milanda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Ermənistan XİN başçıları bu gün Milanda görüşəcəklər

14 Dekabr 2018, 18:40 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

14 Dekabr 2018, 18:16 (GMT +4)
Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

14 Dekabr 2018, 18:08 (GMT +4)
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

14 Dekabr 2018, 18:03 (GMT +4)
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır

14 Dekabr 2018, 17:59 (GMT +4)
Mediada gender məsələlərinin işıqlandırılması mövzusunda təlim keçirilib

14 Dekabr 2018, 17:58 (GMT +4)
Dolların dekabrın 17-nə olan məzənnəsi açıqlanıb

14 Dekabr 2018, 17:55 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb

14 Dekabr 2018, 17:47 (GMT +4)
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14 Dekabr 2018, 17:41 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

14 Dekabr 2018, 17:33 (GMT +4)
Tovuzun iki kəndinə ilk dəfə təbii qaz verilib

14 Dekabr 2018, 17:31 (GMT +4)
Azərbaycan ilə Rusiya arasında memorandum imzalanıb

14 Dekabr 2018, 17:29 (GMT +4)
Artıq dünyanın mərkəzi Qərb deyil - İran xarici işlər naziri

14 Dekabr 2018, 17:26 (GMT +4)
ASK-nın Baş katibinin müavini beynəlxalq konfransda iştirak edib

14 Dekabr 2018, 17:23 (GMT +4)
Gənc rəssam Ruhulla Həsənzadənin fərdi sərgisi keçiriləcək

14 Dekabr 2018, 17:19 (GMT +4)
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

14 Dekabr 2018, 17:15 (GMT +4)
BDU-nun Hüquq fakültəsinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib (FOTO)

14 Dekabr 2018, 17:15 (GMT +4)
FHN əməkdaşlarına ali rütbələr və fəxri adlar verilib

14 Dekabr 2018, 17:10 (GMT +4)
İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ filminin nümayişi keçirilib

14 Dekabr 2018, 17:04 (GMT +4)
Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür

14 Dekabr 2018, 16:58 (GMT +4)
Nazir Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

14 Dekabr 2018, 16:55 (GMT +4)
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub

14 Dekabr 2018, 16:54 (GMT +4)
Babək prospektində aparılan yenidənqurma işləri yekunlaşıb

14 Dekabr 2018, 16:51 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

14 Dekabr 2018, 16:47 (GMT +4)
Bəzi turizm şirkətlərinin fəaliyyəti dayandırılıa bilər (SƏBƏB)

14 Dekabr 2018, 16:41 (GMT +4)
ABŞ Yəmən müharibəsindəki dəstəyə görə Səudiyyədən alacağı məbləğin bir qismini açıqlayıb

14 Dekabr 2018, 16:41 (GMT +4)
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir

14 Dekabr 2018, 16:36 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib

14 Dekabr 2018, 16:28 (GMT +4)
Bakıda 2 restoran bağlandı, 17-i isə bağlanma təhlükəsi ilə üzləşib (FOTO)

14 Dekabr 2018, 16:23 (GMT +4)
Ağcabədidə mənşəyi məlum olmayan 170 kiloqram ət aşkarlanıb

14 Dekabr 2018, 16:18 (GMT +4)
Hava proqnozlarını dəqiq müəyyən edəcək sistem tətbiq olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66