Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Xaçmazda dini maarifçilik mövzusunda konfrans keçirilib

15 Dekabr 2017, 14:43 (GMT +4)

Bakı, 15 dekabr, SalamNewsDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şagirdlər, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Konfransda çıxış edən Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini İlhamə Nəzərova rayondakı mövcud dini durum barədə məlumat verib. Natiq “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir. Respublikamızda nə dini, nə də milli və irqi ayrı-seçkilik müşahidə edilir. Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə mütəmadi olaraq “dəyirmi masa”ların və konfransların keçirildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini bildirib ki, bu tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin, ölkəmizin tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. "Dini kimlik" dedikdə İslam, "milli kimlik" dedikdə isə Azərbaycançılıq nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə "dini kimliyimiz"lə "milli kimliyimizi" qarşı-qarşıya qoyurlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmin müasir dövrün ən böyük problemlərindən biri olduğunu vurğulayıb. Onunla mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Konfrans müzakirələrlə davam etdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

23 Oktyabr 2018, 16:54 (GMT +4)
Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

23 Oktyabr 2018, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

23 Oktyabr 2018, 16:39 (GMT +4)
Ərdoğanın çıxışından sonra Səudiyyə Kaşıkçı ilə bağlı son mövqeyini açıqlayıb

23 Oktyabr 2018, 16:35 (GMT +4)
"Yelk" fraksiyası Baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb

23 Oktyabr 2018, 16:23 (GMT +4)
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

23 Oktyabr 2018, 16:10 (GMT +4)
Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018, 15:56 (GMT +4)
Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

23 Oktyabr 2018, 15:44 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

23 Oktyabr 2018, 15:30 (GMT +4)
Suriya və İraq sərhəd keçidlərini açmaq üçün danışıqlara başlayıblar

23 Oktyabr 2018, 15:26 (GMT +4)
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

23 Oktyabr 2018, 15:11 (GMT +4)
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutulub

23 Oktyabr 2018, 15:02 (GMT +4)
Kaşıkçı məsələsinin ört-basdırı üçün Səudiyyə Ərdoğana maraqlı təkliflər verib – New-York Times

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66