Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyinə həsr edilmiş tədbir keçirilib

15 Dekabr 2017, 13:30 (GMT +4)

Bakı, 15 dekabr, SalamNews. Dekabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir çərçivəsində ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin illik plenar konfransı keçirildi. Konfransda ICOM Azərbaycan Milli Komitəsinin bütün üzvləri iştirak edirdilər.

SalamNews xəbər verir ki, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova konfransın plenar iclasında çıxış edərək, qurumun 25 illik tarixindən danışdı. O, bildirdi ki, ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib, həmin il təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Postsovet məkanında ilk milli komitənin məhz Azərbaycanda yaradıldığını vurğulayan Şirin Məlikova 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurasının 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsinin rəsmi olaraq təsdiq edildiyini dedi. Milli Komitənin 25 il ərzində fəaliyyətinin genişləndiyini bildirən Şirin Məlikova 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan qurumun hazırda 106 nəfər fərdi və 2 institutsional üzvü olduğunu diqqətə çatdırdı. Onların 39 muzeyi, o cümlədən Bakıda 26, regionlarda 13 muzeyi və 17 digər təşkilatı təmsil etdiyini də bildirdi. “ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir” - deyə Şirin Məlikova qeyd etdi.

O, Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırdi. Milli Komitənin prioritetlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

Şirin Məlikova bildirdi ki, ICOM hər şeydən əvvəl muzeyə, eləcə də əməkdaşlara praktiki xeyir gətirən məsləhətlər, dəstəklər, birgə layihələrin keçirilməsi, bir-biri ilə əlaqədə olaraq, birgə əməkdaşlıqdan bir çox imkanlar əldə edən, muzey işində çalışan peşəkarların cəmiyyətidir. Milli komitə bütün Azərbaycanda muzey işində peşəkarları bir-biri ilə birləşdirir və eyni zamanda, bir-birinə kömək edərək inkişaf edə, bilik və təcrübə mübadiləsi aparıla bilər, kadrların hazırlanması üzrə birgə proqramlar, sərgi, maarifləndirici və digər sferalarda muzey layihələri həyata keçirilə bilər. Bu istiqamətdə Milli Komitənin fəaliyyətinə toxunan Şirin Məlikova dedi ki, beynəlxalq arenada biz öz ölkəmizi təqdim etməli, muzey fəaliyyətimizin keyfiyyətini göstərməli, kolleksiyamızı nümayiş etdirməli, Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etməli, ölkəmizin müsbət imicini formalaşdırmalıyıq. Beynəlxalq mütəxəssisləri ölkəmizə cəlb etmək, Bakıda və ölkənin regionlarında illik konfransların keçirilməsinə imkan yaratmaq məqsədi ilə beynəlxalq konfransların işində təşəbbüs göstərmək, beynəlxalq komitələrin heyətinə seçilməyə çalışmaq lazımdır. O, vurğuladı ki, muzeylər bu gün öz ölkəsinin ictimai həyatında aktiv iştirak etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər”  tarixi muzeyinin direktoru Cavid Kazımov plenar iclasda çıxış edərək, konfransın işində və Milli Komitənin gələcək fəaliyyətində uğurlar arzuladılar.

Tədbirdə İCOM-un prezidenti Suay Aksoyun və Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun “ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi ilə bağlıtəbrik məktubu səsləndirildi.

Konfransda ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş veb-saytının təqdimatı oldu.

Sonra ICOM Azərbaycan Milli Komitəsinin üç nəfər fəal üzvü diplomlarla təltif edildilər.

Plenar iclasdan sonra konfrans öz işini davam etdirdi. Konfransda ICOM Azərbaycan Milli Komitəsinin ən fəal üzvləri təqdimatlarla çıxış etdilər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “25 il ərzində fəaliyyətimin nəticəsi: iki beynəlxalq komitənin idarə heyətinin üzvü necə seçildim”, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun əməkdaşları İradə Qasımova və Həcər Alxasova “Arxeologiya və Tarix Muzeyləri və Kolleksiyaları üzrə Beynəxlaq Komitənin (ICMAH) İllik Konfransının Bakıda keçirilməsinin tarixçəsi (4-6 oktyabr 2017)”, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Məhfuzə Zeynalova “Tarix Muzeyi və ICOM”, “QALA” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Məlahət Fərəcova “Çəkinmə, özünü bir daha sına!”, Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova “Şəhər Muzeylərinin Kolleksiya və Fəaliyyətləri üzrə Beynəlxalq Komitə (CAMOC) ilə uzun və faydalı əməıkdaşlığım”, “QƏSR Mədəni İrsin və Tarixi Abidələrini Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini Pərvin Gözəlov “Mədəni irsin tədqiq və təbliğində ICOM Azərbaycan Milli Komitəsinin əhəmiyyəti”, Azərbaycan Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalova “ICOM-un qrantları haqqında məlumat” mövzularında çıxışlarını təqdim etdilər.

Konfrans zamanı  ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş Nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi,  ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olundu.

Konfransın sonunda Azərbaycanın milli musiqi aləti olan kamançanın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə əlaqədar Muzey Mərkəzində “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” adlı tədbir və  Muzey Mərkəzinin sərgi qalereyasında “Mələyin qanadları” adlı gürcü kukla rəssamlarının sərgisi keçirildi.



Əlaqəli Xəbərlər

Şirin Məlikova: “2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib” 

Xalça Muzeyində “Ailə günü” təşkil olunacaq

Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” mükafatına namizəddir

Xalça Muzeyində “Muzey və könüllülər” adlı tədbir keçirilib

Xalça Muzeyində III-V əsrə aid parça qalıqları bərpa edilib

Azərbaycan Xalça Muzeyinin əməkdaşları təltif ediliblər

Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb

Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub (FOTOLAR)

Gənclər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər

Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın fərdi sərgisi açılıb

Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində “Macarıstanda toxuculuq” sərgisi açılıb

Xalça Muzeyində “Novruz ənənələri” adlı seminar təşkil olunacaq

“YAP Xalça Muzeyi” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Xalça Muzeyində ustad dərsləri təşkil ediləcək

Xalça Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək

Xalça Muzeyində mühazirə təşkil olunub

Xalça Muzeyində mühazirə təşkil olunacaq

Xalça Muzeyində zərgərlik mövzusunda regional seminar keçiriləcək

Xalça Muzeyində ustad dərsləri keçirilir

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

18 Yanvar 2018, 13:23 (GMT +4)
Azər Türk Bankın aktivləri açıqlanıb

18 Yanvar 2018, 13:16 (GMT +4)
Rusiya Çinə S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb

18 Yanvar 2018, 12:58 (GMT +4)
Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır - Azərbaycan MN

18 Yanvar 2018, 12:54 (GMT +4)
Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub

18 Yanvar 2018, 12:49 (GMT +4)
DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

18 Yanvar 2018, 12:43 (GMT +4)
Balakəndə piyadanı vuraraq qaçan sürücü tutulub

18 Yanvar 2018, 12:39 (GMT +4)
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb

18 Yanvar 2018, 12:30 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi fransız qida şirkətinin Azərbaycana idxal etdiyi məhsullarla bağlı araşdırma aparıb

18 Yanvar 2018, 12:22 (GMT +4)
Bakının məşhur "Çapayev" küçəsi 10 il sonra təmir edilir

18 Yanvar 2018, 12:13 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti olacaq

18 Yanvar 2018, 11:58 (GMT +4)
Paytaxt əhalisi ən çox pulu ərzağa xərcləyir (SORĞU)

18 Yanvar 2018, 11:51 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub

18 Yanvar 2018, 11:40 (GMT +4)
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib

18 Yanvar 2018, 11:27 (GMT +4)
Avropada davam edən münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər - Lukas Parizek

18 Yanvar 2018, 11:18 (GMT +4)
İsveçdə polis məntəqəsinin qarşısında güclü partlayış olub

18 Yanvar 2018, 11:05 (GMT +4)
Qazaxıstanda avtobusun yanması nəticəsində 52 nəfər ölüb

18 Yanvar 2018, 10:53 (GMT +4)
Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

18 Yanvar 2018, 10:45 (GMT +4)
Bakıda yük maşını 20 metr hündürlükdən aşıb (FOTOLAR, VİDEO)

18 Yanvar 2018, 10:41 (GMT +4)
Ötən il sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

18 Yanvar 2018, 10:37 (GMT +4)
Sabah paytaxt məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

18 Yanvar 2018, 10:31 (GMT +4)
Edvard Nalbandyan Polşada həmsədrlərlə görüşüb

18 Yanvar 2018, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Davos forumunda iştirak edəcək

18 Yanvar 2018, 10:20 (GMT +4)
Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

18 Yanvar 2018, 10:12 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

18 Yanvar 2018, 10:09 (GMT +4)
Nəzarətçi-müəllimlər üçün seminar məşğələlər keçirilir

18 Yanvar 2018, 09:58 (GMT +4)
Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur

18 Yanvar 2018, 09:49 (GMT +4)
“YARAT” Müasir İncəsənət Mərkəzində Zabit Səmədovla görüş keçirilib

18 Yanvar 2018, 09:43 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Yanvar 2018, 09:39 (GMT +4)
Xalq artisti Eldar Quliyevin doğum günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66