Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda 43 mənzili təkrar 48 nəfərə satan şirkət rəhbərliyi həbs edilib

18 Dekabr 2017, 17:31 (GMT +4)

Bakı, 18 dekabr, SalamNews. Baş Prokurorluq tikinti təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə rəsmi məlumat yayıb.

SalamNews xəbər verir ki, məlumatda bildirilir ki, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə C.Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əfv Məsələləri Komissiyası və Baş Prokurorluq birgə məlumat yayıb

DTX və Baş Prokurorluq birgə məlumat yayıb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edilib

MDB seçki müşahidə missiyası qərargahının rəhbəri Baş Prokurorluqda olub

Baş Prokurorluqda İşçi qrupu yaradılıb

Baş Prokurorluq bir ailənin 6 üzvünün dəm qazından ölməsi ilə bağlı məlumat yayıb

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb

Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar yayılan məlumatlarla bağlı KİV-ə xəbərdarlıq edib

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Baş Prokurorluq və FHN itkin düşən alpinistlərlə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və DİN Etibar Məmmədovun zərəsizləşdirilməsi barədə məlumat yayıb

Tacikistanın Azərbaycandakı səfiri Baş Prokurorluqda olub

Ədliyyə Nazirliyi və Baş Prokurorluq məhbusların qaçması ilə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq internet portalının rəhbərinə xəbərdarlıq edib

Baş Prokurorluq: “Turan” agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir

Baş Prokurorluq və DİN beş ay qabaq Kürdəmirdə törədilmiş qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq Ağdaş RİH başçısının müavinin oğlunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

Baş Prokurorluq və DİN Lerikdə üç nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib

20 İyun 2018, 18:09 (GMT +4)
İsmayıllıda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

20 İyun 2018, 18:01 (GMT +4)
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

20 İyun 2018, 17:50 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

20 İyun 2018, 17:43 (GMT +4)
DİN ətrafı zibilləyən 206 fiziki və hüquqi şəxsi cərimələyib

20 İyun 2018, 17:32 (GMT +4)
Bakcell sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

20 İyun 2018, 17:19 (GMT +4)
SOCAR Estoniya ofisini bağlayacaq

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

20 İyun 2018, 16:34 (GMT +4)
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20 İyun 2018, 16:23 (GMT +4)
Türkiyədə hərbçilərə hücum edilib, ölən və yaralananlar var

20 İyun 2018, 16:10 (GMT +4)
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018, 16:03 (GMT +4)
AQTA idxal-ixrac əməliyyatları ilə bağlı tələbləri açıqlayıb

20 İyun 2018, 15:57 (GMT +4)
Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20 İyun 2018, 15:44 (GMT +4)
Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

20 İyun 2018, 15:30 (GMT +4)
ABŞ kosmosa silah çıxarmaq istəyir - Rusiya XİN

20 İyun 2018, 15:23 (GMT +4)
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

20 İyun 2018, 15:12 (GMT +4)
Estetik lazer texnologiyaları mövzusunda konfrans keçiriləcək

20 İyun 2018, 15:03 (GMT +4)
İndoneziyada gəmi qəzası: itkin düşənlərin sayı 180 nəfərə çatıb

20 İyun 2018, 14:55 (GMT +4)
Göyçayda Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur (VİDEO)

20 İyun 2018, 14:29 (GMT +4)
Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb

20 İyun 2018, 14:17 (GMT +4)
Azərbaycan Vyetnamla Protokol imzalayıb

20 İyun 2018, 14:10 (GMT +4)
Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

20 İyun 2018, 14:05 (GMT +4)
Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir

20 İyun 2018, 13:57 (GMT +4)
"Taliban" Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum edib, ölənlər var 

20 İyun 2018, 13:46 (GMT +4)
XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018, 13:39 (GMT +4)
FHN Lerik sakininin göldə batması barədə məlumat yayıb

20 İyun 2018, 13:26 (GMT +4)
Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub

20 İyun 2018, 13:18 (GMT +4)
Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

20 İyun 2018, 12:55 (GMT +4)
Sabah paytaxtda 32 dərəcə isti olacağı gözlənilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66