Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

19 Dekabr 2017, 17:24 (GMT +4)

Bakı, 19 dekabr, SalamNews, A.Bayramova. Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvada Azərbaycan diaspor təşkilatları silsilə tədbirlərin həyata keçirilməsinə başlayıb. Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərşivəsində Vilnüsdə Beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata  görə, layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə bir sıra tədbirlər artıq həyata keçirilib.

Oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına gimnaziyada Litva dövlətinin bərpa edilməsinin qarşıdan gələn 100 illik yubileyinə və Litva ədəbiyyatının məşhur klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarixi üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V. Kreve-Mitskəviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.

Daha sonra bu mövzunun davamı olaraq Litvanın “Delfi” xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı “Litvanın Bakıdakı konsulu V. Krevenin verdiyi “həyat vizaları” başlıqlı tarixi essesi dərc olunub. Esse həmçinin, litvaca nəşr edilən nüfuzlu “Kulturos barai” jurnalında da çap edilib.

Bundan başqa, Litva Yazıçılar İttifaqının “Metai” aylıq bədii dərgisinin 2017-ci ilin noyabr-dekabr aylarında çapdan çıxmış 11-ci və 12-ci saylarında Mahir Həmzəyevin bu mövzuda daha bir geniş tədqiqat işi – litvalı yazıçı, dramaturq, pedaqoq və konsul Vintsas Krevenin Cümhuriyyət dövründə Bakı şəhər Dumasının üzvü və Litva konsulu olaraq burada göstərdiyi ictimai-siyasi, kulturoloji və təşkilati fəaliyyəti haqqında tarixi oçerkləri dərc olunub. Tədqiqatın növbəti hissəsi jurnalın 2018-ci ilin yanvar buraxılışınd işıq üzü görəcək. Həmçinin, bu materiallarla bağlı Vilnüsdə Litva Yazıçılar İttifaqının klubunda ölkənin yaradıcılıq ittifaqları və akademik dairələri təmsilçilərinin iştirakilə gələn ilin yanvar ayında dəyirmi masanın keçirilməsi və ətraflı fikir mübadiləsi çərçivəsində tarixi-kulturoloji müzakirələrin aparılması planlaşdırılır.

Bu tədbirlərlə yanaşı eyni zamanda həm də Facebook sosial şəbəkəsində Litva ictimaiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, eləcə də həmin dövr Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin tarixi ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

“Gələcəyə doğru” adlı tədbir keçirilib

Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

“Excelsior Hotel” daha bir tədbirə ev sahibliyi edib

Maliyyə Nazirliyi ARPA ilə birgə qanuna dəyikliklə bağlı tədbir keçirib

Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Milli ailə dəyərlərinin təbliği mövzusunda tədbir keçirilib

Qərbi Kaspi Universitetində dini maarifləndirmə tədbiri keçirilib

AMB və “Mastercard” Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsinə dair tədbirlərə başlayıb

Gəncədə “Azərbaycan Xalq Cümhuriyyəti: 100 il” mövzusunda konfrans keçirilib

UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd edilib

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

23 İyun 2018, 16:23 (GMT +4)
Azərbaycanda dəniz nəqliyyatı işçiləri təltif olunublar

23 İyun 2018, 16:14 (GMT +4)
Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

23 İyun 2018, 16:10 (GMT +4)
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

23 İyun 2018, 15:57 (GMT +4)
DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

23 İyun 2018, 15:43 (GMT +4)
Yunan əsgərləri türk gəmisinə atəş edib, xəsarət alan var

23 İyun 2018, 15:31 (GMT +4)
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib

23 İyun 2018, 15:20 (GMT +4)
Ukraynada Azərbaycan Ticarət Evi açılıb

23 İyun 2018, 15:04 (GMT +4)
Səhiyyə işçilərinə fəxri adlar verilib

23 İyun 2018, 14:56 (GMT +4)
Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

23 İyun 2018, 14:40 (GMT +4)
Azərbaycandan Ukrayna iqtisadiyyatına 362 milyon dolla investisiya yatırılıb

23 İyun 2018, 14:28 (GMT +4)
Prezident Əkif Əlizadə ilə bağlı sərəncam imzalayıb

23 İyun 2018, 14:17 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

23 İyun 2018, 14:08 (GMT +4)
Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

23 İyun 2018, 13:57 (GMT +4)
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

23 İyun 2018, 13:42 (GMT +4)
Beynəlxalq layihədə “İrəli” gəncləri iştirak edir

23 İyun 2018, 13:34 (GMT +4)
Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

23 İyun 2018, 13:27 (GMT +4)
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

23 İyun 2018, 13:11 (GMT +4)
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

23 İyun 2018, 12:53 (GMT +4)
"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

23 İyun 2018, 12:44 (GMT +4)
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərlə görüşüb

23 İyun 2018, 12:35 (GMT +4)
Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxıb

23 İyun 2018, 12:23 (GMT +4)
İlahiyyat İnstitutunda ilahiyyatçı alimlərlə görüş keçirilib

23 İyun 2018, 12:15 (GMT +4)
Prezident Əlcəzairin ədliyyə nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66