Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan prezidenti İran XİN rəhbərini qəbul edib

20 Dekabr 2017, 09:03 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SalamNews-un məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu deyib. İstanbulda İran prezidenti Həsən Ruhani ilə qısa söhbətini xatırladan prezident İlham Əliyev söhbət zamanı ikitərəfli münasibətlərimizin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib.

İran xarici işlər nazirinin Azərbaycana bir ayda ikinci dəfə səfər etməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu deyən dövlət başçısı bu səfərin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan prezident İlham Əliyev bu görüşlərin artıq mütəmadi xarakter almasının önəmini qeyd edib, qardaş qonşu dövlətlərin nazirləri arasında keçirilən bu görüşü yaxşı bir təşəbbüs kimi dəyərləndirib.

İranın xarici işlər naziri isə ölkəmizə son ayda ikinci dəfə səfər etməsinin və Azərbaycan prezidenti ilə görüşünün ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini vurğulayıb. O, Həsən Ruhaninin prezidentliyi dövründə əlaqələrimizin çox yüksək səviyyəyə qalxmasından İran tərəfinin böyük məmnunluq hissi keçirdiyini bildirib.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Cavad Zərif bu formatda görüşlərin əhəmiyyətini vurğulayıb və gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Söhbət zamanı ölkələrimiz arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidentinin səyi nəticəsində Aİ bəyanatında Dağlıq Qarabağla bağlı mövqeyə dəyişiklik edilib - politoloq

Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə dəvət edilib

Azərbaycan Prezidenti bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul edib

Rusiya patriarxı Kirill Azərbaycan prezidentinə məktub göndərib

Rafael Qvaladze Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

Azərbaycan prezidenti sabah MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türkiyə prezidenti Azərbaycan prezidentini təbrik edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Azərbaycan prezidenti Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan prezidenti: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb 

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti Estoniya XİN rəhbərini qəbul edib

Azərbaycan prezidenti İran XİN rəhbərini qəbul edib

Biz Əfqanıstana töhfə verməyə hazırıq - Azərbaycan prezidenti

20 Yanvar 2018, 06:35 (GMT +4)
Bu gün Azərbaycanda "20 Yanvar" Ümumxalq Matəm Günüdür

19 Yanvar 2018, 18:15 (GMT +4)
Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19 Yanvar 2018, 18:09 (GMT +4)
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının bu ilki qalibi “Sumqayıt” komandası olub

19 Yanvar 2018, 18:00 (GMT +4)
MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 17:52 (GMT +4)
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

19 Yanvar 2018, 17:45 (GMT +4)
Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

19 Yanvar 2018, 17:40 (GMT +4)
Gənclər arasında yeni Proqrama start verilib (FOTOLAR)

19 Yanvar 2018, 17:33 (GMT +4)
Dolların gələn həftəyə olan məzənnəsi açıqlanıb

19 Yanvar 2018, 17:25 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

19 Yanvar 2018, 17:04 (GMT +4)
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb (FOTOLAR)

19 Yanvar 2018, 16:53 (GMT +4)
Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib

19 Yanvar 2018, 16:50 (GMT +4)
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018, 16:46 (GMT +4)
Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

19 Yanvar 2018, 16:35 (GMT +4)
Caspian European Club-un CEO-un yeni müavinləri təyin olunub

19 Yanvar 2018, 16:23 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

19 Yanvar 2018, 16:12 (GMT +4)
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018, 15:50 (GMT +4)
Tovuz-Qovlar mənzilində 7,8 km dəmir yolu əsaslı təmir olunur 

19 Yanvar 2018, 15:41 (GMT +4)
Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

19 Yanvar 2018, 15:32 (GMT +4)
ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

19 Yanvar 2018, 15:19 (GMT +4)
İraq BP ilə neft müqaviləsi imzalayıb

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66