Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“İslam Dünyası Gənclər Paytaxtı-2017” proqramı çərçivəsində beynəlxalq müsabiqələr başa çatıb

20 Dekabr 2017, 11:13 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən  “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir.

SalamNews xəbər verir ki, proqamın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Bu proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunmuş, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib.

Proqramın gənclər arasında inkişafa xidmət edəcək bu ilki beynəlxalq müsabiqə və yarışma tədbirləri İranın Şiraz şəhərində keçirilmişdir. Belə ki, bu il ərzində “İslam Dünyası Gənclər Paytaxtı” proqramı daxilində beynəlxalq Quran qiraəti, qısa hekayə, qisa film, kalliqrafiya üzrə müsabiqələr təşkil edilib.

Dünən isə Şiraz şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun, İran Gənclər və İdman nazirliyini və digər dövlət qurumlarının rəhbərliyinin, beynəlxalq təşkilatların, İƏT üzv dövlətlərin gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə gənc xəttatlar üçün kalliqrafiya, gənc rejissorlar üçün “Qısa film” və gənc yazarlar üçün “Qısa hekayə” müsabiqələrinin təntənəli mükafatlandırma və bağlanış mərasimi keçirilmişdir. Bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov 2017-ci ildə proqram çərçivəsində Puytaraya, Fəs və Şirazda keçirilən 20-dən çox mədəni və elmi tədbirlər barədə məlumat verərək, bu proqramın islam dünyasının həmrəyliyinin gücləndirilməsinə hədəfləndiyini vurğulamış, eləcə də ərazi bütövlüyü, terrorizmlə mübarizədə müsəlman ölkələrinin həqiqi həmrəylik nümayiş etdirmələrinin vacib olduğunu vurğulamışdır. E.İskəndərov o cümlədən, 2017-ci ilin Azərbaycanda İslam həmrəylik ili olduğunu qeyd etmiş, 2018-ci ildə isə Azərbaycanın İƏT Gənclər və İdman Nazirlərinin 4-cü konfransına ev sahibliyi etməsinin önəmini də vurğulayıb.

Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırılması həyata keçirilib. Dünyanın hər yerindən mindən çox hekayənin göndərildiyi “Qısa hekayə” müsabiqəsində, beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycan təmsilçisi yazar Mirmehdi Ağaoğlu “85-ci gün” hekayəsi ilə 1-ci yerə layiq görülmüşdür. 2-ci yeri iranlı Atif Sədat Tavasoli (“Şənbə”), 3-cü yeri isə nigeriyalı Yusuf Osman  (“Qiyamdan sağ çıxan”) tutur. Azərbaycan təmsilçiləri olan yazarlar Sevda Məmmədova və Yusif Yusubov isə müsabiqənin xüsusi ödülü ilə təltif olunublar.

100-dən çox filmin göndərildiyi “Qısa film” müsabiqəsində ən yaxşı resjissor işinə görə ABŞ-da yaşayan  Məryəm Zahirimehr (“Balığa danış”), ən yaxşı ssenariyə görə Banqladeş təmsilçisi Sadiqpur Rəhman (“Allaha məktub”) və ən yaxşı cizgi filminə görə isə İran nümayəndəsi Leyla Novruzi (“Söz-söhbət”) qalib seçilmişlər. Qeyd etmək lazımdır ki, film müsabiqəsində Azərbaycan təmsilçisi gənc rejissor Kamran Səfərəlizadə də (“Bir sülh, bir şans”) xüsusi ödüllə təltif edilib.

Quran xəttatlığı üzrə keçirilən müsabiqədə isə Misir və Bosniya və Hersoqovina nümayəndələri xüsusi sertifikatlarla təltif edilmişlər. Hər üç nominasiya üzrə keçirilən müsabiqə qalibləri və xüsusi ödül alanlar üçün ayrılıqda seminarlar da keçirilib.

Xatırladaq ki, oktyabr ayında yekun vurulmuş beynəlxalq Quran qiraəti musabiqəsində də Azərbaycan təmsilçiləri 2-ci və 3-cü yerlərə layiq görülüb.

Bu ilki “İslam Dünyası Gənclər Paytaxtı” proqramına digər ölkələrdə nəzərdə tutulan bütün tədbirlər başa çatdıqdan sonra yekun vurulacaqdır. Növbəti 2018-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq isə İƏT Gənclər Forumunun qərarı ilə Fələstinin Qüds şəhəri seçilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

Dünya birjalarında neft bahalaşıb

Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

Dünya birjalarında neft ucuzlaşıb

Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

“Bakcell” gənclər üçün “DaimOnline” imkanı yaradıb

Bu gün Moskvada futbol üzrə dünya çempionatı start götürür

Şəkidə "Ümumdünya Qan Donorları Günü" qeyd olunub

Bakıda Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası mövzusunda konfrans keçirilmişdir

Dünya birjalarında qızıl ucuzlaşıb

Nazir Avropa gənclər Yay olimpiya festivalına hazırlığı müzakirə edib

Azərbaycan gənclərindən muğamın təbliğinə növbəti təşəbbüs

ATGTİ "Avropa Gənclər Kartı" Assosiasiyasının konfransında təmsil edilib

Artur Lopes: Bakıdakı dünya çempionatı ən yaxşı mundiallardan biridir

İlham Əliyev dünya çempionatının açılışı üçün Moskvaya səfər edəcək

AtaBank dünya çempionatında qonaqlara xidmət göstərib (FOTO)

Şərqi Avropa və Cənubi Qafqaz bölgəsinin Milli Gənclər Şuraları Bakıda toplaşacaq

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66