Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan BƏƏ-dəki səfiri Etihad Airways şirkətinin vitse-prezidenti ilə görüşüb

20 Dekabr 2017, 16:18 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews, A.Bayramova. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Etihad Airways şirkətinin vitse-prezidenti Amer Xan ilə görüşüb.

SalamNews xəbər verir ki, Amer Xan əsasən uzun məsafəli uçuşlara üstünlük verən Etihad Hava Yollarının 2018-ci ilin mart ayının 2-dən etibarən Abu Dabi-Bakı reysinin açılması barədə qərarının səfirliyin təşəbbüsü və çoxsaylı səyləri nəticəsində mümkün olduğunu bir daha diqqətə çatdırıb.

O, qısa müddət öncə Bakıda olduğunu və onun gözəlliyinə valeh qaldığını, şəhər və insanların çox xoş təəssürat yaratdığını qeyd edib. Vitse-prezident reyslərin həyata keçirilməsinə qədər görüləcək işlər, şirkətin rəsmilərinin Bakıya çoxsaylı səfərlərinin planlaşdırıldığı barədə məlumat verib. 

Səfir qeyd olunan reysin açılması ilə bağlı görülmüş işlər və keçirilmiş görüşlər, şirkətin öncələr bu istiqamətdə maraqlı olmadığı barədə məlumat verib, nəhayət ki, artıq həyata keçiriləcək reyslərin cəlbediciliyinin artırılması barədə müzakirələr aparılmasının çox sevindirici hadisə olduğunu diqqətə çatdırıb.

O, görüşdən bir gün öncə səfirliyin məsul əməkdaşının şirkətin hökumət qurumları ilə iş üzrə nümayəndəsi ilə görüşdüyünü, Etihad Hava Yollarının Bakıya uçuşları ilə bağlı səfirliyin göstərə biləcəyi konsulluq və digər məsələlər üzrə dəstək barədə müzakirə apardığını bildirib.

D.Şikarov dünyanın ən yaxşı beş hava yolları şirkətlərindən olan Etihad Airways şirkətinin Bakıya birbaşa reyslərə başlamasının qürur hissi yaratdığını bildirib, qısa müddət fəaliyyətdən sonra reyrləsinin sayının artırılacağına əminliyini ifadə edib.

O, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsindən ölkənin inkişaf etdiyini, Bakı ilə yanaşı ölkənin bir çox görməli yerlərinin olduğunu, Fly Dubai şirkətinin Qəbələyə də uçuşlar həyata keçirdiyini, BƏƏ-dən olan turistlərin Azərbaycanın müxtəlif yerlərində istirahət etdiyini bildirib. Səfir Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xüsusi gözəlliyə malik olduğunu, burada zəngin və əsrarəngiz təbiətlə yanaşı çoxlu tarixi abidələrin, Quranda adı keçən Əshabi Kəf mağarasının, Duzdağ, Batabat gölü kimi təbiət möcüzələrinin mövcudluğunu vurğulayaraq, gələcəkdə Etihad Hava Yollarının Naxçıvana uçuşların həyata keçirilməsinin nəzərdən keçirməsini təklif edib, Naxçıvanın zəngin potensialını nəzərə alaraq bu reyslərin BƏƏ turistləri tərəfindən böyük maraqla qarşılanacağına əminliyini də diqqətə çatdırıb.

D.Şikarov Azərbaycanın Dubay əmirliyi ilə iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini, lakin Abu Dabi əmirliyində istər qeyd olunan, istərsə də mədəni, təhsil və səhiyyə sahələrində əməkdaşlıq üçün potensialın yüksək olduğunu, səfirliyin Abu Dabi ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını bildirərək  birbaşa uçuşların bu sahədə görülən tədbirlərə xüsusi töhfə verəcəyini və yeni imkanlar yaradacağını da vurğulayıb.

Görüşdə Abu Dabi-Bakı reyslərinin açılması ilə bağlı əlavə tədbirlər, ilk reysin həyata keçiriləcəyi gün Abu Dabi və Bakıda keçiriləcək mərasimlər və bununla əlaqədar digər məsələlər müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Azərbaycan Prezidenti Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Prezidenti Malinin dövlət başçısını təbrik edib

Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

Azərbaycan brendi Uqanda Respublikasında tətbiq olunacaq

Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

Azərbaycanın sığorta bazarı 40% böyüyüb

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidenti: Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir

Azərbaycan məktəblərinə təhsil robotları paylanılıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb -YENİLƏNİB

Səudiyyə 2 il öncə Tehrandakı səfirliyinə hücumu özü planlayıb – İran rəsmisi

Azərbaycanda daha 119 qanunsuz miqrant saxlanılıb

23 Sentyabr 2018, 16:00 (GMT +4)
Kərbəla və Qarabağ şəhidləri anılıb

23 Sentyabr 2018, 13:25 (GMT +4)
ABAD iki yaşını qeyd edir (FOTOLAR)

23 Sentyabr 2018, 13:12 (GMT +4)
Yağışlı hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət açıqlanıb (FOTO, VİDEO)

23 Sentyabr 2018, 13:07 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejimində çalışır

23 Sentyabr 2018, 13:00 (GMT +4)
Bakıya aylıq normadan artıq yağıntı düşüb

23 Sentyabr 2018, 12:51 (GMT +4)
Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 24-dək davam edəcək

23 Sentyabr 2018, 12:40 (GMT +4)
Bakıda palçıq vulkanında püskürmə baş verib (FOTO, VİDEO)

22 Sentyabr 2018, 16:54 (GMT +4)
Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22 Sentyabr 2018, 16:40 (GMT +4)
Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib

22 Sentyabr 2018, 16:23 (GMT +4)
Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

22 Sentyabr 2018, 16:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

22 Sentyabr 2018, 16:04 (GMT +4)
İran hərbi parad zamanı 21 ballistik raketini nümayiş etdirib (FOTO)

22 Sentyabr 2018, 15:54 (GMT +4)
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

22 Sentyabr 2018, 15:39 (GMT +4)
Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib

22 Sentyabr 2018, 15:22 (GMT +4)
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

22 Sentyabr 2018, 15:05 (GMT +4)
Vladimir Putin Həsən Ruhaniyə başsağlığı verib

22 Sentyabr 2018, 14:55 (GMT +4)
Türkiyədə məktəblilərin olduğu avtobusun aşması nəticəsində 2 nəfər ölüb

22 Sentyabr 2018, 14:50 (GMT +4)
Müəllimə verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar - Aygün Məcidova

22 Sentyabr 2018, 14:46 (GMT +4)
Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub

22 Sentyabr 2018, 14:40 (GMT +4)
İranda hərbi parad zamanı törədilən terrorda ölənlərin sayı 24-ə çatıb (VİDEO)

22 Sentyabr 2018, 14:35 (GMT +4)
İranda hərbi parada hücum edən terror qruplaşması müəyyənləşib

22 Sentyabr 2018, 14:15 (GMT +4)
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

22 Sentyabr 2018, 14:08 (GMT +4)
İrandan Əhvaz terror hücumuna ilk reaksiya: Məsuliyyəti Amerika və bölgədəki terrorçu himayədarları daşıyır

22 Sentyabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək

22 Sentyabr 2018, 13:47 (GMT +4)
Polis əməliyyat keçirdi, qanunsuz silah-sursat yığıldı

22 Sentyabr 2018, 13:30 (GMT +4)
“Caspian Energy Forum Baku– 2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib 

22 Sentyabr 2018, 13:20 (GMT +4)
Azərbaycan Prezidenti Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

22 Sentyabr 2018, 13:16 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

22 Sentyabr 2018, 13:10 (GMT +4)
Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib

22 Sentyabr 2018, 12:53 (GMT +4)
Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66