Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Sahib Ələkbərov ölkə çempionatının mükafatçıları ilə görüşüb

20 Dekabr 2017, 17:33 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews. 14-18 dekabr 2017-ci il tarixdə sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

SalamNews AGF-ə istiandla xəbər verir ki, Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən çempionatda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. On çəki dərəcəsi üzrə ilk 3 yeri tutmuş idmançılar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və 2018-ci il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Çempionatın son günü yarışlar başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşüb. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirdi: "Azərbaycan Güləş Federasiyası tərəfindən yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışılıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşır. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür." Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğur arzulayan Sahib Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğuladı:

"Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışlarınız başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz çalışmalısınız ki, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənəsiniz. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır."

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov da idmançılar və Federasiya rəhbərliyi qarşısında çıxış edərək bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlar: "Biz hər zaman dövlətimizin və Federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Biz də çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələn nə varsa edirik və edəcəyik. Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, Qitə və Dünya çempionatlarının heyətini müəyyənləşdirəcəyik."



Əlaqəli Xəbərlər

Son 10 il vergi daxilolmaları 7 dəfəyədək artıb - Sahib Ələkbərov

Sahib Ələkbərov: Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bildik

2017-ci ildə vergi daxilolmaları 7,5 milyard manat olacaq - Sahib Ələkbərov

Sahib Ələkbərov: Bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları azalıb

Supermarketlər öz dövriyyələrini 40 dəfəyədək gizlədiblər - Sahib Ələkbərov

Azərbaycanda kameral vergi yoxlamaları 60% azalıb - Sahib Ələkbərov

Ötən il vergi proqnozuna 101,1 faiz əməl edilib - Sahib Ələkbərov

Ölkəmizin Avropa Oyunlarına hazır olduğunu göstərdik - Sahib Ələkbərov

“Tour d’Azerbaidjan” ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm tədbirdir - Sahib Ələkbərov

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66