Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

21 Dekabr 2017, 09:37 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “İslam Həmrəyliyi İli” çərçivəsində çap etdirdiyi nəşrlərin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kitab sərgisi keçirilib.

SalamNews xəbər verir ki, sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin müavini Gündüz İsmayılov sərginin açılışında çıxış edərək “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materiallarının hazırlanaraq çap edildiyini bildirib. Hazırda 100-dən çox kitabın nümayiş etdirildiyini vurğulayan Dövlət Komitəsi sədrinin müavini sərgidə Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində siyasətini, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimiz, tolerantlıq mühiti ilə bağlı çıxışlarını əks etdirən kitabların da yer aldığını diqqətə çatdırıb.

Gündüz İsmayılov sərgidə, eyni zamanda, islami dəyərləri, ölkəmizdəki multikultural və tolerant mühiti, dini abidələri haqqında məlumatları, fotoşəkilləri özündə əks etdirən müxtəlif dillərdə nəşrlərin olduğunu qeyd edib. Bildirib ki, bu həm də maarifləndirmə nöqteyi-nəzərdən, Azərbaycanın tolerantlığının dünyada geniş miqyasda yayılması baxımından əhəmiyyət kəsb edir.

Nəşrlərin çoxunun DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, din xadimləri, imamlar, axundlar tərəfindən hazırlandığını deyən sədr müavini onların
əksəriyyətinin Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ildə imzaladığı Sərəncama əsasən ayrılan maliyyə vəsaiti hesabına çap olunduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov kitabların həyatımızdakı rolundan, mütaliənin vacibliyindən danışıb. Bildirib ki, biz oxuyaraq oxuduqlarımızı təbliğ etməliyik. Bu baxımdan bu nəşrlər böyük əhəmiyyətə malikdir. Professor qeyd edib ki, Azərbaycan xalqı bu gün həm özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, həm də İslam həmrəyliyinə mühüm töhfələr verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylu deyib ki, müasir dövrdə dini dəyərlərə dəyər vermək hər birimizin mənəvi borcumuzdur. Sərvətimiz olan kitablar bizim tariximizdir, keçmişimizdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla sərginin əhəmiyyətini qeyd edib. İl ərzində Fond tərəfindən məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunduğunu bildirib.

AMEA-nın Fəlsəfə İnstitutunun Dinşünaslıq, mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov vurğulayıb ki, Komitənin təşəbbüsü ilə çap edilən kitablar geniş ictimaiyyət üçün böyük maraq doğurur. Bu kitablar vasitəsilə hər kəs dinimiz haqqında düzgün bilik əldə edə bilər və onlar din sahəsində bilik boşluğunu doldurmaq üçün gözəl vasitədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Analitika şöbəsinin müdiri Rəşad İlyasov bildirib ki, müasir dövrdə informasiyanın bolluğu müsbət cəhətləri ilə yanaşı, keyfiyyətsiz məlumatların ortaya çıxmasına da imkan yaradır.

Lakin Dövlət Komitəsinin bu nəşrləri ilə Azərbaycanda dini maarifçilik sahəsində keyfiyyətsiz məlumatların qarşısı ciddi şəkildə alınır. BBMM bu istiqamətdə öz töhfələrini əsirgəmir. Mərkəzin “Azərbaycanda multikulturalizm” dərsliyinin yarım fəsli dövlət-din münasibətlərinə həsr olunub.
Sonra iştirakçılar sərgidə nümayiş etdirilən kitablarla tanış olublar.



Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66