Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakıda türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin fərdi sərgisi keçirilib (FOTOLAR)

21 Dekabr 2017, 11:18 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adlı fərdi sərgisi keçirilib.

SalamNews xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşan sərgidə rəssamın Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə həsr etdiyi 25 əsəri nümayiş olunub.

Sərgidə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, rəsmi şəxslər, deputatlar, mədəniyət xadimləri iştirak ediblər. Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun üzv dövlətlərindən olan Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışıb.

G.Əfəndiyeva türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Nə mutlu türküm deyənə” və Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirib. Fondun prezidenti Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan təfərindən uğurla inkişaf etdirildiyini xüsisi vurğulayıb. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham verdiyini söyləyən G.Əfəndiyeva gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adı altında çəkdiyi rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd edib.

Sərgidə çıxış edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyi bildirib, ikitərəfli əməkdaşlığın yalnız regionda deyil, onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi vurğulayıb. Azərbaycan və Türkiyə mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğulayıb, təşkilatın həyata keçirdiyi layihələrin önəmindən söz açıb. Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yalnız üzv dövlətləri arasında deyil, beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb.

Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını qeyd edib və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkür edib.



Əlaqəli Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasında əməkdaşlıq genişlənir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Asiyanın Qəlbi” – İstanbul Prosesi konfransını dəstəkləyib

Mevlüt Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

20 Yanvar 2018, 06:35 (GMT +4)
Bu gün Azərbaycanda "20 Yanvar" Ümumxalq Matəm Günüdür

19 Yanvar 2018, 18:15 (GMT +4)
Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19 Yanvar 2018, 18:09 (GMT +4)
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının bu ilki qalibi “Sumqayıt” komandası olub

19 Yanvar 2018, 18:00 (GMT +4)
MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 17:52 (GMT +4)
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

19 Yanvar 2018, 17:45 (GMT +4)
Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

19 Yanvar 2018, 17:40 (GMT +4)
Gənclər arasında yeni Proqrama start verilib (FOTOLAR)

19 Yanvar 2018, 17:33 (GMT +4)
Dolların gələn həftəyə olan məzənnəsi açıqlanıb

19 Yanvar 2018, 17:25 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

19 Yanvar 2018, 17:04 (GMT +4)
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb (FOTOLAR)

19 Yanvar 2018, 16:53 (GMT +4)
Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib

19 Yanvar 2018, 16:50 (GMT +4)
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018, 16:46 (GMT +4)
Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

19 Yanvar 2018, 16:35 (GMT +4)
Caspian European Club-un CEO-un yeni müavinləri təyin olunub

19 Yanvar 2018, 16:23 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

19 Yanvar 2018, 16:12 (GMT +4)
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018, 15:50 (GMT +4)
Tovuz-Qovlar mənzilində 7,8 km dəmir yolu əsaslı təmir olunur 

19 Yanvar 2018, 15:41 (GMT +4)
Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

19 Yanvar 2018, 15:32 (GMT +4)
ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

19 Yanvar 2018, 15:19 (GMT +4)
İraq BP ilə neft müqaviləsi imzalayıb

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66