Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda 2018-ci il üçün bayram günləri təsdiq edilib

21 Dekabr 2017, 12:50 (GMT +4)

Baki, 21 dekabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir.

ƏƏSMN-in Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. 2018-ci ilin İş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.

Sənəddə qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).

Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

2018-ci ilin İş vaxtı normasında həmçinin bildirilir ki, Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün də 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Qeyd edək ki, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir. 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi ƏƏSMN-in rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “2018-ci ilin İstehsalat təqvimi” bölməsində də təqdim olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

ƏƏSMN: Bu il 2158 məcburi köçkün işlə təmin edilib

ƏƏSMN-nin kollegiyasının yeni tərkibi təsdiq edilib

ƏƏSMN və Dövlət Agentliyi arasında memorandum imzalanıb (FOTOLAR)

ƏƏSMN yanında İctimai Şuranın üzvləri ilə görüş olub

ƏƏSMN-də BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə olunub

ƏƏSMN-də Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

ƏƏSMN-dəki 519 vakant vəzifəyə qəbul üzrə müsahibə elan edilib

ƏƏSMN və BDU arasında Memorandum imzalanıb

ƏƏSMN son bir ildə 12 mindən çox şəxsə sosial xidmət göstərib

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə ötən il 151,9 minə yaxın müraciət daxil olub

Ötən il "Elektron Hökumət" portalında ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

ƏƏSMN bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı azalıb

ƏƏSMN-də Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüş olub

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” keçirilib

ƏƏSMN tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb

ƏƏSMN bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur

23 Sentyabr 2018, 16:00 (GMT +4)
Kərbəla və Qarabağ şəhidləri anılıb

23 Sentyabr 2018, 13:25 (GMT +4)
ABAD iki yaşını qeyd edir (FOTOLAR)

23 Sentyabr 2018, 13:12 (GMT +4)
Yağışlı hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət açıqlanıb (FOTO, VİDEO)

23 Sentyabr 2018, 13:07 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejimində çalışır

23 Sentyabr 2018, 13:00 (GMT +4)
Bakıya aylıq normadan artıq yağıntı düşüb

23 Sentyabr 2018, 12:51 (GMT +4)
Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 24-dək davam edəcək

23 Sentyabr 2018, 12:40 (GMT +4)
Bakıda palçıq vulkanında püskürmə baş verib (FOTO, VİDEO)

22 Sentyabr 2018, 16:54 (GMT +4)
Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22 Sentyabr 2018, 16:40 (GMT +4)
Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib

22 Sentyabr 2018, 16:23 (GMT +4)
Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

22 Sentyabr 2018, 16:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

22 Sentyabr 2018, 16:04 (GMT +4)
İran hərbi parad zamanı 21 ballistik raketini nümayiş etdirib (FOTO)

22 Sentyabr 2018, 15:54 (GMT +4)
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

22 Sentyabr 2018, 15:39 (GMT +4)
Füzuli Dövlət Dram Teatrına ağır itki üz verib

22 Sentyabr 2018, 15:22 (GMT +4)
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

22 Sentyabr 2018, 15:05 (GMT +4)
Vladimir Putin Həsən Ruhaniyə başsağlığı verib

22 Sentyabr 2018, 14:55 (GMT +4)
Türkiyədə məktəblilərin olduğu avtobusun aşması nəticəsində 2 nəfər ölüb

22 Sentyabr 2018, 14:50 (GMT +4)
Müəllimə verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar - Aygün Məcidova

22 Sentyabr 2018, 14:46 (GMT +4)
Beyləqanda yandırılmış ağaclarla bağlı polisə müraciət olunub

22 Sentyabr 2018, 14:40 (GMT +4)
İranda hərbi parad zamanı törədilən terrorda ölənlərin sayı 24-ə çatıb (VİDEO)

22 Sentyabr 2018, 14:35 (GMT +4)
İranda hərbi parada hücum edən terror qruplaşması müəyyənləşib

22 Sentyabr 2018, 14:15 (GMT +4)
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

22 Sentyabr 2018, 14:08 (GMT +4)
İrandan Əhvaz terror hücumuna ilk reaksiya: Məsuliyyəti Amerika və bölgədəki terrorçu himayədarları daşıyır

22 Sentyabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək

22 Sentyabr 2018, 13:47 (GMT +4)
Polis əməliyyat keçirdi, qanunsuz silah-sursat yığıldı

22 Sentyabr 2018, 13:30 (GMT +4)
“Caspian Energy Forum Baku– 2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib 

22 Sentyabr 2018, 13:20 (GMT +4)
Azərbaycan Prezidenti Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

22 Sentyabr 2018, 13:16 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

22 Sentyabr 2018, 13:10 (GMT +4)
Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib

22 Sentyabr 2018, 12:53 (GMT +4)
Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66