Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » HADİSƏLƏR

Bakı Elektrik Şəbəkəsindən oğurluq edən dəstə üzvləri tutulub

21 Dekabr 2017, 15:02 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Yollarda və körpülərdə quraşdırılan divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Əlaqəli Xəbərlər

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

18 Yanvar 2018, 13:23 (GMT +4)
Azər Türk Bankın aktivləri açıqlanıb

18 Yanvar 2018, 13:16 (GMT +4)
Rusiya Çinə S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb

18 Yanvar 2018, 12:58 (GMT +4)
Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır - Azərbaycan MN

18 Yanvar 2018, 12:54 (GMT +4)
Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub

18 Yanvar 2018, 12:49 (GMT +4)
DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

18 Yanvar 2018, 12:43 (GMT +4)
Balakəndə piyadanı vuraraq qaçan sürücü tutulub

18 Yanvar 2018, 12:39 (GMT +4)
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb

18 Yanvar 2018, 12:30 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi fransız qida şirkətinin Azərbaycana idxal etdiyi məhsullarla bağlı araşdırma aparıb

18 Yanvar 2018, 12:22 (GMT +4)
Bakının məşhur "Çapayev" küçəsi 10 il sonra təmir edilir

18 Yanvar 2018, 12:13 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti olacaq

18 Yanvar 2018, 11:58 (GMT +4)
Paytaxt əhalisi ən çox pulu ərzağa xərcləyir (SORĞU)

18 Yanvar 2018, 11:51 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub

18 Yanvar 2018, 11:40 (GMT +4)
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib

18 Yanvar 2018, 11:27 (GMT +4)
Avropada davam edən münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər - Lukas Parizek

18 Yanvar 2018, 11:18 (GMT +4)
İsveçdə polis məntəqəsinin qarşısında güclü partlayış olub

18 Yanvar 2018, 11:05 (GMT +4)
Qazaxıstanda avtobusun yanması nəticəsində 52 nəfər ölüb

18 Yanvar 2018, 10:53 (GMT +4)
Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

18 Yanvar 2018, 10:45 (GMT +4)
Bakıda yük maşını 20 metr hündürlükdən aşıb (FOTOLAR, VİDEO)

18 Yanvar 2018, 10:41 (GMT +4)
Ötən il sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

18 Yanvar 2018, 10:37 (GMT +4)
Sabah paytaxt məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

18 Yanvar 2018, 10:31 (GMT +4)
Edvard Nalbandyan Polşada həmsədrlərlə görüşüb

18 Yanvar 2018, 10:25 (GMT +4)
Prezident İlham Əliyev Davos forumunda iştirak edəcək

18 Yanvar 2018, 10:20 (GMT +4)
Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

18 Yanvar 2018, 10:12 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

18 Yanvar 2018, 10:09 (GMT +4)
Nəzarətçi-müəllimlər üçün seminar məşğələlər keçirilir

18 Yanvar 2018, 09:58 (GMT +4)
Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur

18 Yanvar 2018, 09:49 (GMT +4)
“YARAT” Müasir İncəsənət Mərkəzində Zabit Səmədovla görüş keçirilib

18 Yanvar 2018, 09:43 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Yanvar 2018, 09:39 (GMT +4)
Xalq artisti Eldar Quliyevin doğum günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66