Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Ömər Eldarovun fərdi sərgisi açılıb (FOTOLAR)

22 Dekabr 2017, 10:11 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.

SalamNews xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgidə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Birinci-vitse prezident Mehriban Əliyevanın Xalq Rəssamı Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq Rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur.

Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri Xalq Rəssamına təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.

Ömər Eldarov ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident Xalq Rəssamı Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib

Tbilisidə Ömər Eldarov və Merab Merabişvilinin monumental işlərinin fotoları sərgilənir 

ADU-da “Canlı Tarix-Ömər Eldarovla görüş” adlı tədbir keçirilib

16 Dekabr 2018, 11:05 (GMT +4)
“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

16 Dekabr 2018, 10:37 (GMT +4)
Tahir Salahovun rəsmlərindən ibarət xüsusi təqvimin təqdimatı olub

16 Dekabr 2018, 09:05 (GMT +4)
FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər

16 Dekabr 2018, 08:51 (GMT +4)
Müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) doğum tarixidir

15 Dekabr 2018, 17:45 (GMT +4)
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscidini ziyarət edib (FOTO)

15 Dekabr 2018, 17:05 (GMT +4)
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

15 Dekabr 2018, 16:58 (GMT +4)
ABŞ Çin məhsullarına verginin artırılmasını martın 2-dək təxirə salıb

15 Dekabr 2018, 16:53 (GMT +4)
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb

15 Dekabr 2018, 16:49 (GMT +4)
Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

15 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan gömrükçüləri 185 qram kalium permanqanat aşkar edib

15 Dekabr 2018, 16:42 (GMT +4)
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik edib

15 Dekabr 2018, 16:38 (GMT +4)
Bakıda II Avrasiya Hüquq Qurultayı keçiriləcək

15 Dekabr 2018, 16:35 (GMT +4)
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edilib (SİYAHI)

15 Dekabr 2018, 16:30 (GMT +4)
İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

15 Dekabr 2018, 16:22 (GMT +4)
Bizim raketlərimiz müzakirə edilə bilməz – İran XİN rəhbəri

15 Dekabr 2018, 16:11 (GMT +4)
“Formula 1” üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçilib

15 Dekabr 2018, 15:54 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları yaxa kameralarından istifadə edəcək

15 Dekabr 2018, 15:46 (GMT +4)
Dövlət Agentliyi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına qoşulub

15 Dekabr 2018, 15:43 (GMT +4)
"Azercell" “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

15 Dekabr 2018, 15:22 (GMT +4)
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib

15 Dekabr 2018, 15:09 (GMT +4)
Azərbaycanda daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edilib

15 Dekabr 2018, 14:54 (GMT +4)
Azərbaycan və Rusiya gömrük xidmətləri arasında işçi görüş keçirilib

15 Dekabr 2018, 14:49 (GMT +4)
“Sarı jiletlilər” 5-ci həftə olaraq Parisdə etiraz aksiyalarına başlayıblar (VİDEO)

15 Dekabr 2018, 14:40 (GMT +4)
AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

15 Dekabr 2018, 14:30 (GMT +4)
ETSN-nin ağacəkmə aksiyasına jurnalistlər də qoşuldu (FOTO)

15 Dekabr 2018, 14:17 (GMT +4)
Rasim Əliquliyev: Veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidir

15 Dekabr 2018, 14:09 (GMT +4)
“Azərişığ”ın yeni saytının təqdimatı keçirilib

15 Dekabr 2018, 13:53 (GMT +4)
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

15 Dekabr 2018, 13:46 (GMT +4)
İordan çayının qərbində vəziyyət gərginləşib – İsrail bir fələstinlinin evini partladıb (VİDEO)

15 Dekabr 2018, 13:41 (GMT +4)
Ağdaşın daha bir kəndinə təbii qaz verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66