Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 96 faizi görülüb

22 Dekabr 2017, 13:07 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 96 faizi icra olunub.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

TANAP-ın baş direktoru qeyd edib ki, layihə üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlərin 96 faizi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 73 faizi icra edilib.

“TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində təxminən 9 min 200-dək işçi çalışır”, - deyə Saltuk Düzyol bildirib.

Xatırladaq ki, Faza-0 çərçivəsində TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də “Telecom-SCADA” binalarının inşası tamamlanıb. İnşası aparılan 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq.

Gələn ilin yanvar ayı ərzində isə genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlanacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz 2018-ci il iyulun 1-də veriləcək.

Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.

TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

TANAP boru kəməri bu ilin iyun ayında istifadəyə veriləcək-nazir

Dünya Bankı TANAP-a 668 milyon dollaradək vəsait sərf edib

TANAP-ın inşası planlaşdırılmış vaxtdan əvvəl başa çatacaq- Berat Albayrak

Gələn il “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq - İlham Əliyev

Dünya Bankı TANAP-ın inşası üçün Türkiyəyə 400 milyon dollar məbləğində kredit verəcək

TANAP-ın tikintisinin 60 faizi başa çatıb - Şahin Mustafayev

Heç bir regional layihə TANAP-la rəqabət apara bilməz - İlham Əliyev

Türkiyədə TANAP qazıntıları zamanı bölgənin tarixini dəyişdirəcək abidələr tapılıb

TANAP-ın inşası çərçivəsində rekorda imza atılıb

Rövnəq Abdullayev: "TANAP üzrə 850 kilometr borular qaynaq edilib"

Giorgi Kvirikaşvili: "TANAP, TAP və digər layihələr üçün heç bir təhlükə yoxdur"

Biz İran qazının TANAP boru kəməri vasitəsilə daşınmasını nəzərdən keçiririk - baş nazirin müavini  

Hazırda ən real layihə TANAP-dır - Türkiyənin XİN rəhbəri

İlham Əliyev türkiyəli nazirlə TANAP layihəsinin icra vəziyyətini müzakirə edib

Türkiyədə aşkarlanan maraqlı tapıntılar TANAP üzrə gedən qazıntıları dayandırıb

TANAP layihəsi çərçivəsində görüləcək işlərə dair zəruri sənədlər təsdiqlənib

Bu il TANAP üzrə qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur - Natiq Əliyev

TANAP layihəsi 2018-ci ildən tez icra ediləcək - Azərbaycan prezidenti

TANAP layihəsinin həyata keçirilməsi sürətlə davam etdirilir - Ərdoğan

25 Aprel 2018, 18:09 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25 Aprel 2018, 18:00 (GMT +4)
Sahibkarlar tikinti prosedurlarının sadələşdirliməsindən razıdırlar 

25 Aprel 2018, 17:53 (GMT +4)
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

25 Aprel 2018, 17:50 (GMT +4)
"Whatsap"a yaş məhdudiyyəti tətbiq ediləcək

25 Aprel 2018, 17:45 (GMT +4)
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib

25 Aprel 2018, 17:41 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

25 Aprel 2018, 17:36 (GMT +4)
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti

25 Aprel 2018, 17:30 (GMT +4)
Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb

25 Aprel 2018, 17:24 (GMT +4)
İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardım 11 193 nəfərə şamil olunacaq

25 Aprel 2018, 17:10 (GMT +4)
Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

25 Aprel 2018, 16:58 (GMT +4)
Zakir Həsənov Çinə gedir

25 Aprel 2018, 16:45 (GMT +4)
Yerevanın mərkəzinə xüsusi texnika yeridildi

25 Aprel 2018, 16:33 (GMT +4)
Alonso: Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq

25 Aprel 2018, 16:20 (GMT +4)
İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

25 Aprel 2018, 16:12 (GMT +4)
Rusiya Türkiyə üçün S-400 istehsalına başlayıb

25 Aprel 2018, 16:01 (GMT +4)
Ərdoğan: Seçkilərindən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm

25 Aprel 2018, 15:53 (GMT +4)
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Aprel 2018, 15:45 (GMT +4)
Bütün təhlillər göstərir ki, son illərdə gənc kadrlar daha çox irəli çəkilir - MirHəsən Seyidov 

25 Aprel 2018, 15:36 (GMT +4)
Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

25 Aprel 2018, 15:28 (GMT +4)
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyini açıqlayıb

25 Aprel 2018, 15:17 (GMT +4)
Ankarada prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib

25 Aprel 2018, 15:16 (GMT +4)
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” konfransı keçirilib

25 Aprel 2018, 15:03 (GMT +4)
"BakuBus" H1 avtobusundan istifadə edən sərnişinlərə müraciət edib

25 Aprel 2018, 14:53 (GMT +4)
Göygöldə hər gün 20-dən çox xəstə dializ olunur

25 Aprel 2018, 14:45 (GMT +4)
Ermənistanlı nazir istefa verib, idmançıları xalqa qoşulmağa səsləyib

25 Aprel 2018, 14:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi təyin edilib

25 Aprel 2018, 14:21 (GMT +4)
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

25 Aprel 2018, 14:12 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

25 Aprel 2018, 14:06 (GMT +4)
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

25 Aprel 2018, 13:54 (GMT +4)
STP beynəlxalq sərgidə iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66