Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

22 Dekabr 2017, 14:21 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təmsilçiləri ilə (Azerbaijan Public Relations Association-APRA) görüş keçirilib.

SalamNews xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov toplantı iştirakçılarını salamlayaraq bildirib ki, ictimaiyyətlə əlaqələrin düzgün qurulması son dərəcə vacibdir. Azərbaycan qanunvericiliyində bununla əlaqədar xüsusi müddəalar var. Bu müddəalara əməl edilməsi mütləqdir. Ancaq ictimaiyyətlə əlaqələrin düzgün qurulması eyni zamanda peşəkarlıq məsələsidir. «Söhbət yalnız ondan getmir ki, cəmiyyət informasiya ilə təmin edilsin. Bu sahə elmi yanaşma da tələb edir. İnanıram ki, yeni təsis edilmiş Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyi mövcud istiqamətdə faydalı işlər görəcək. Çünki qurumda öz sahəsinin biliciləri olan şəxslər toplaşıblar. Onların təşkilatlanması yenilikdir. Yeniliyin əməli iş müstəvisində özünü göstərməsi vacibdir. Buna görə də Mətbuat Şurası quruma hər cür dəstək göstərməyə hazırdır», - deyə Ə.Amaşov vurğulayıb.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin sədri, Veysəloğlu şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov rəhbərlik etdiyi birliyin məqsəd və vəzifələri barədə söz açıb. O bildirib ki, APRA ölkəmizin dövlət qurumlarının, tanınmış şirkətlərinin cəmiyyətə informasiya verilməsinə məsul strukturlarının rəhbərlərinin birləşərək yaratdıqları qurumdur. Təşkilatın yaranmasında məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaq, mövcud istiqamətdəki proseslərə dəstək göstərməkdir.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə eyni zamanda bildirilib ki, ölkəmizdə bu sahə yeni olduğundan PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirəcək və fəaliyyətini əlaqələndirəcək təşkilata ehtiyac var.

Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkarlığa və etik standartlara riayət edilməsinə kömək edəcək. Qurum habelə ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına şərait yaradacaq.

Görüşdə həmçinin 2018-ci ilin aprel ayında Bakı birinci PR Forumunun keçiriləcəyi və prosesə APRA-nın da müvafiq dəstək göstərcəyi vurğulandı.



Əlaqəli Xəbərlər

Yunanıstanda yağan aramsız yağışlar daşqınlarla nəticələnib

Amsterdamdan Peruya uçan təyyarəni ildırım vurub

Kriminal xəbərlərin yayımlanması cəmiyyətdə sosial gərginliyi artırır - AMŞ sədri

AMŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

AMŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

AMŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

Mətbuatda ixtisaslaşma aparılmalıdır - AMŞ sədri

Aramsız yağan yağışlar sürüşmə zonalarını aktivləşdirib

"Samsung" şirkətinin varisi 5 il müddətinə həbs edilib

AMŞ "KİV-də mühasibat uçotu və vergi sahəsində yeni tətbiqlər və risklər" adlı seminar keçirəcək

AMŞ-in Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Qarabağ cəbhəsində atəşkəsin pozulması və itkilərin olması "status-kvo"nun davamsızlığını sübut edir - Aİ rəsmisi 

“PAŞA Həyat Sığorta” vaxtilə Azərbaycanda sığortaya olan inamsızlığın səbəblərini açıqlayıb

AMŞ və “Veysəloğlu” Şirkətlər Qrupu jurnalistlər üçün müsabiqə elan edib

AMŞ IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş konfrans keçirib

Deputat Elmira Axundova: Banklara olan inamsızlıq intihar hallarını artırıb

Bəzi saytlar yalan məlumatları qabardaraq cəmiyyətdə çaşqınlıqlar yaradırlar - AMŞ

İnternet media hüquqi baxımdan KİV kimi çıxış etmir - AMŞ

Samsung şirkəti Galaxy S8 smartfonunun təqdimat tarixini açıqlayıb

Amsterdamda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq keçirilib (FOTOLAR)

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66