Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

34 nömrəli Uşaq Musiqi Məktəbinin açılışı keçirilib

22 Dekabr 2017, 16:50 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən SalamNews-a verilən məlumata görə, Baş İdarənin rəisi Vuqar Zeynalov tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb. Qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.

Açılışda çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib. Bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib. Daha sonra nazir Əbülfəs Qarayev məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar məktəb binasında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 1985–ci ildən fəaliyyətə başlayan məktəb 7 otaqdan, 1987–ci ildən isə 16 sinif otağı, zal, qəbul otağı, direktor otağından ibarət olub. 2017-ci ildə məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, otaqlar genişləndirilib, yeni otaqlar və zəruri musiqi ədəbiyyatı ilə təchiz olunmuş kitabxana yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib.

Məktəbdə 16 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, saksafon, qoboy, vokal, tar, kamança, qanun, balaban, qarmon, nağara, xanəndə, saz ) 300 - ə yaxın şagird təhsil alır. 4 şöbə fəaliyyət göstərir ( fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, nəzəriyyə ) və 77 müəllim çalışır. Sonda musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.



Əlaqəli Xəbərlər

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yeni layihə həyata keçirir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi beynəlxalq festivalda iştirak edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yeni təyinatlar olub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

19 Yanvar 2018, 14:09 (GMT +4)
Milli Şuranın təşəbbüsü ilə “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir

19 Yanvar 2018, 14:03 (GMT +4)
Türkiyədə avtobusun aşması nəticəsində 6 nəfər ölüb

19 Yanvar 2018, 13:51 (GMT +4)
Müsahibə götürən jurnalist müsahibdir, müstəntiq deyil - iddialılıq yolverilməzdir - Natəvan Dəmirçioğlu

19 Yanvar 2018, 13:44 (GMT +4)
Moskvada 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)

19 Yanvar 2018, 13:31 (GMT +4)
Şamaxıda törədilən qətlin üstü açılıb

19 Yanvar 2018, 13:25 (GMT +4)
Kaliforniyada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

19 Yanvar 2018, 13:20 (GMT +4)
Sabah ölkə ərazisində havanın temperaturu aşağı düşəcək, şaxta olacaq

19 Yanvar 2018, 13:16 (GMT +4)
Müdafiə nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

19 Yanvar 2018, 13:10 (GMT +4)
Azərbaycanda daha iki hərbi zavod açılacaq

19 Yanvar 2018, 13:06 (GMT +4)
Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək

19 Yanvar 2018, 12:57 (GMT +4)
Özbəkistanda 20 yanvar şəhidləri anılıb

19 Yanvar 2018, 12:50 (GMT +4)
Vergilər naziri ABŞ səfiri ilə görüşüb

19 Yanvar 2018, 12:43 (GMT +4)
İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

19 Yanvar 2018, 12:36 (GMT +4)
20 yanvar şəhidləri xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar - rektor

19 Yanvar 2018, 12:30 (GMT +4)
Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir (FOTO)

19 Yanvar 2018, 12:26 (GMT +4)
Bakıda banka basqın edən şəxs tutulub

19 Yanvar 2018, 12:21 (GMT +4)
"CinemaPlus"da 20 yanvar hadisələrinə həsr olunan filmlər nümayiş olunacaq (VİDEO)

19 Yanvar 2018, 12:17 (GMT +4)
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

19 Yanvar 2018, 12:12 (GMT +4)
Nazirlik: “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı 48% artıb

19 Yanvar 2018, 12:08 (GMT +4)
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66