Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Həsən Əliyev–110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

23 Dekabr 2017, 10:55 (GMT +4)

Bakı, 23 dekabr, SalamNews. AMEA-nın Əsas binasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-dan SalamNews-a verilən məlumata görə, öncə konfrans iştirakçıları Fəxri Xiyabanda akademiklər Həsən Əliyev və Rəfiqə Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov konfransın Prezident İlham Əliyevin "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Akademik Həsən Əliyevin həyat və yaradıcılığından danışan natiq qeyd edib ki, görkəmli alimin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində müstəsna xidmətləri olub.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov görkəmli alimlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, respublikanın hər bölgəsini qarış-qarış gəzən Həsən Əliyev Vətənə, torpağa, xalqa bağlı insan olub, ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib.

Təbirdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Həsən Əliyevin də elmi yaradıcılığı müasir dövrdə dünyanın ən mühüm qlobal məsələsi olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına həsr edilib. O, insan müdaxiləsi nəticəsində təbiətdəbaş verən mənfi prosesləri müəyyən edib, onların qarşısının alınması üçün təxirəsalınmaztəbirlərin görülməsi məqsədilə həyəcanını bəyan edib.

"Akademik Həsən Əliyevin zəngin elmi yaradıcılıq yolu" mövzusunda məruzə ilə çıxış edən AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Həsən Əliyevin 1953-cü ildə rus dilində işıq üzü görmüş "Azərbaycan SSR-nin torpaqları" monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri olduğunu deyən natiq bildirib ki, kitabda respublikada torpaqəmələgəlmə şəraiti dərindən təhlil edilib, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilib.

Məruzəçi vurğulayıb ki, H.Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. Qeyd edib ki, torpaqşünaslıq elminin elmi-nəzəri və praktiki problemlərini incəliklərinə kimi bilən alim, torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirib. Q.Məmmədov bildirib ki, akademik Həsən Əliyev respublikanı qarış-qarış gəzib onun gözəlliklərini lentə köçürərək dünyanın bir sıra ölkələrinə səfərləri zamanı nümayiş etdirib. Bununla o, insanlarda təbiətə məhəbbət hissini aşılayıb.

Akademik Həsən Əliyevin sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı olduğunu deyən natiq alimlə bağlı xatirələrini də bölüşüb.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin "Akademik Həsən Əliyevlə bağlı xatirələr" adlı məruzəsi dinlənilib. Akademikin həyat və elmi fəaliyyətindən danışan natiq onun vətənpərvər, qayğıkeş, həssas bir alim olduğunu, hər zaman insanlara təbiətə sevgi hissləri aşıladığını söyləyib.

Ə.Quliyev bildirib ki, alim 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib, 1974-cü ildə Azərbaycan Respublikası Əməkdar elm xadimi, 1978-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı olub. Ə.Quliyev görkəmli alimin 1944-1949-cu illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdığını xatırladıb. Akademik Həsən Əliyevin institutun inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüb.

Sonra AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev "Akademik Həsən Əliyev mənim xatirələrimdə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, sadəliyi ilə fərqlənən akademik Həsən Əliyev mənəvi saflığa, aydın təfəkkürə, geniş dünyagörüşə malik idi.

Ə.Əliyev görkəmli alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə sədrliyini də xüsusi qeyd edib. Vurğulayıb ki, o zaman Azərbaycanda bu sahədə aidiyyati dövlət qurumunun fəaliyyət göstərməsinə baxmayaraq, bölgələrdə cəmiyyəti daha çox tanıyırdılar, təşkilatın çağırışlarına əməl edirdilər.

Natiq Həsən Əliyevin novator alim olduğunu, 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz rəsədxanasının yaradılmasının və 25 il fəaliyyət göstərməsinin onun xidmətlərinin nəticəsi olduğunu söyləyib.

İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiri, akademik Məhərrəm Babayev, Bakı Dövlət Universitetinin Coğrafi ekologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Allahverdi Dolxanov və digərləri çıxış edərək akademik Həsən Əliyevin həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən mərhum akademikin oğlu Əməkdar memar Rasim Əliyev atası ilə bağlı xatirələrini bölüşüb. O, elmi konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Tədbir "Ümumi torpaqşünaslıq", "Torpaqların aqroekoloji problemləri, səmərəli istifadəsi, kadastrı və qiymətləndirilməsi" "Aqrokimya və torpaq münbitliyi", "Torpaqların meliorasiyası, rekultivasiyasi, mühafizəsi və eroziyası" mövzusunda seksiya iclasları ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb

"Elm günü”nün təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur: Nərgiz Qəhrəmanova

AMEA-nın adlı mükafatlarına layiq görülmüş alimlərin adları açıqlanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı Çinin “Hua Pei” şirkəti ilə əməkdaşlıq edəcək

AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub

AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək

AMEA Geologiya və Geofizika İnstitutunda “Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun yubileyi keçiriləcək

AMEA-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib

AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

General-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub

Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunacaq

AMEA-nın ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrləri işıq üzü görüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Azərişıq" borca görə AMEA-nın işığını kəsib

AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Aprel 2018, 20:00 (GMT +4)
Dövlət Turizm Agentliyinə sədr təyin olunub

23 Aprel 2018, 19:46 (GMT +4)
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib

23 Aprel 2018, 19:41 (GMT +4)
BMT-nin Əhali Fondu media üçün praktiki seminar elan edir

23 Aprel 2018, 19:30 (GMT +4)
Aydın Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

23 Aprel 2018, 19:26 (GMT +4)
Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

23 Aprel 2018, 19:21 (GMT +4)
Prezident daha 6 nazir, 6 Komitə sədri, 2 Agentlik və 2 Xidmət rəisi təyin edib

23 Aprel 2018, 18:03 (GMT +4)
“Babək” tankeri istismara qaytarılıb

23 Aprel 2018, 17:50 (GMT +4)
Azərbaycanda zəlzələ olub

23 Aprel 2018, 17:40 (GMT +4)
Ermənilər Serj Sarqsyanın istefasını sevinclə qarşılayıb

23 Aprel 2018, 17:36 (GMT +4)
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

23 Aprel 2018, 17:25 (GMT +4)
Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

23 Aprel 2018, 17:14 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

23 Aprel 2018, 17:11 (GMT +4)
Bakıda üç ayda baş verən yol qəzalarında 52 nəfər ölüb

23 Aprel 2018, 16:42 (GMT +4)
Məhkəmə "MTN işi" ilə bağlı DTX-nın mülki iddiasını təmin edib

23 Aprel 2018, 16:34 (GMT +4)
Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir

23 Aprel 2018, 16:25 (GMT +4)
Serj Sarkisyan istefa verdi

23 Aprel 2018, 16:25 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 16 hərbçi və polis öldürülüb

23 Aprel 2018, 16:10 (GMT +4)
MTN generallarına hökm oxunub

23 Aprel 2018, 16:03 (GMT +4)
Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

23 Aprel 2018, 15:58 (GMT +4)
Cənubi Koreya: KXDR-lə sammit Koreya yarımadasında yeni eranın başlanğıcını qoyacaq

23 Aprel 2018, 15:43 (GMT +4)
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb

23 Aprel 2018, 15:33 (GMT +4)
Cəmiyyətin dini ekstemizmlə mübarizədə fəal olmakldlr - Səyyad Salahlı 

23 Aprel 2018, 15:25 (GMT +4)
UNEC-də İstiqlal Muzeyinin eksponatlarından ibarət sərgi açılıb (FOTO)

23 Aprel 2018, 15:17 (GMT +4)
Moskvada imamların mövludu günü qeyd olunub (FOTOLAR)

23 Aprel 2018, 15:14 (GMT +4)
Əli Həsənov ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib

23 Aprel 2018, 15:12 (GMT +4)
Azərbaycanın yeni kənd təsərrüfatı naziri kollektivə təqdim edilib

23 Aprel 2018, 15:03 (GMT +4)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib

23 Aprel 2018, 15:02 (GMT +4)
Yerevanda etirazçılara hərbçilər də iştirak edir

23 Aprel 2018, 14:56 (GMT +4)
Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

23 Aprel 2018, 14:50 (GMT +4)
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə reys açır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66