Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ikinci iclası keçirilib

23 Dekabr 2017, 11:12 (GMT +4)

Bakı, 23 dekabr, SalamNews. Bakı Biznes Mərkəzində İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının növbəti iclası baş tutub.

SalamNews xəbər verir ki, mədəniyyət və turizm naziri və İSESKO üzrə Milli Komissiyanın sədri Əbülfəs Qarayevin rəhbərliyi, İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, İSESKO üzrə Milli Komissiyanın və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda İSESKO-Azərbaycan münasibətləri, İSESKO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş tədbirlər və görülmüş işlər, eyni zamanda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən bu istiqamətdə görülən işlər müzakirə olundu.

Açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri və İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Əbülfəs Qarayev son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlıq, ölkə başçısı tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 2017-ci ildə Bakı şəhərində keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, onun çərçivəsində həyata keçirilmiş layihə və tədbirlər, növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESKO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırdı və 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi barədə məlumat verdi.

İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri İSESKO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusilə qeyd etdi.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planı və bu istiqamətdə görülmüş işlər haqqında məlumat verdi.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Milli Komissiyanın üzvü Vasim Məmmədəliyev çıxışında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasının əhəmiyyətini vurğulayaraq, qeyd etdi ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə malik olmalıdır. Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESKO üzrə Milli Komissiyanın baş katibi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamı ilə yaradılmış İSESKO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti, 2017-ci il İslam həmrəyliyi ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müvafiq tədbirlər, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar görülmüş işlər haqqında məlumat verdi. Daha sonra Vasif Eyvazzadə Azərbaycan Milli Komissiyasının saytını tədbir iştirakçılarına təqdim etdi.



Əlaqəli Xəbərlər

İSESKO-nun baş direktoru “Bakı Dövlət Universitetinin Dostu” adına layiq görülüb

ISESKO-nun Baş direktoru: BANM regionun ən nüfuzlu universitetidir

Azərbaycan İslam dünyasının aparıcı ölkəsinə çevrilir - İSESKO-nun baş direktoru

İSESKO Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına çevrilməsini dəstəkləyir

Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb

Mədəniyyət və Turizm Nazirliyində İSESKO üzrə Azərbaycanın Milli Komissiyasının Katibliyi yaradılıb

İSESKO üzrə Azərbaycan Milli Komissiyası yaradılıb

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub (FOTO)

İSESKO-da yekun bəyannamə qəbul edilib

Mehriban Əliyeva İSESKO-nun xoşməramlı səfiri seçildikdən sonra Azərbayanla İSESKO arasında əməkdaşlıq daha da genişlənib - nazir

Bakıda İSESKO-nun yeni loqosu qəbul edilib

İSESKO-nun baş direktoru Heydər məscidində olub (FOTOLENT)

Yaxın zamanlarda Bakıda İSESKO-nun regional mərkəzi yaradılacaq - İlham Əliyev

İlham Əliyev İSESKO-nun baş direktorunu “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan üç il ərzində İSESKO-nun baş konfransına sədr seçilib

Məhəmməd Bin Abdul Vahid Əlhamdi: "İSESKO bir təşkilat olaraq üzərinə düşən rolu artırmalıdır"

Əbdüləziz bin Osman əl-Tüveycri yenidən İSESKO-nun baş direktoru seçilib

İSESKO İcraiyyə Şurasının üzvləri uşaqların İslam dəyərlərinə həsr olunan rəsmlərinə baxıblar

Prezident İlham Əliyev İSESKO Baş Konfransının XII sessiyasının açılışında iştirak edir

İSESKO İcraiyyə Şurasının 36-cı iclası başa çatıb

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66