Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“Made in Azerbaijan” brendinin təşviqində fərqlənən şirkətlər və iş adamları mükafatlandırılıb

23 Dekabr 2017, 12:40 (GMT +4)

Bakı, 23 dekabr, SalamNews.“Made in Azerbaijan” brendinin təşviqində fərqlənən şirkətlər və iş adamları mükafatlandırılıb.

 İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Bakı Biznes Mərkəzində rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkə başçısının rəhbərliyi ilə sistemli islahatların 2017-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyini, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ixrac potensialının böyük olduğunu və bu potensialın reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev tərəfindən yeni ixrac bazarlarına çıxışı təmin etməklə bağlı qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran İqtisadiyyat naziri qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda mövqelərimizin daha da gücləndirilməsi, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması kimi məsələlərin vacibliyini qeyd edib. İqtisadiyyat naziri “Made in Azərbaycan” brendinin təşviqi məqsədi ilə təşkil olunmuş dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər artıq nəticələrini verməkdədir.

Belə ki, başa vurduğumuz 2017-ci ildə Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanıı olmaqla 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib, “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair ” beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunub, il ərzində qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib. Azərbaycan məhsullarının müxtəlif xarici bazarlara ixracına dair ilkin razılıqlar əldə edilib, sifarişlər qəbul olunub, müqavilələr imzalanıb və bir sıra hallarda faktiki ixrac həyata keçirilib.

Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın və ixracın dəstəklənməsi üçün bu atılan addımlar Azərbaycan iqtisadiyyatında ixrac hədəfli məhsul istehsalının miqyasının bundan sonra da əhəmiyyətli dərəcədə artmasına, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına və həm yerli, həm də xarici bazarlarda rəqabətə davamlı yerli məhsulların çeşidlərinin genişlənməsinə gətirib çıxaracaqdır.

Şahin Mustafayev özəl bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət və qayğı gəstərildiyini vurğulayıb, qəbul olunmuş qərar və sərəncamlar, həyata keçirilən institusional islahatlar və kənd təsərrüfatı məhsulları istehsalçılarına yaradılan şərait, kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması tədbirlərindən danışıb. Aparılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan aqrar islahatların real nəticələr verdiyi və bu sektorda fəaliyyət göstərən sahibkarların rolu qeyd edilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələri, 2017-ci ildə bu sahədə həyata keçirilən islahatları və görülmüş işləri diqqətə çatdırıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb, sahibkarlığın dəstəklənməsi, dövlət - sahibkar münasibətlərinin daha da inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.  

Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev dövlət başçısının tapşırığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ötən il yaradılan Assosiasiya tərəfindən meyvə-tərəvəz istehsalı və ixracı istiqamətində görülən işləri diqqətə çatdırıb.

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov Azərbaycanda findıqçılığın inkişafı üçün geniş imkanların olduğunu və bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolunu vurğulayıb. Qeyd olunub ki, Assosiasiyaya üzv olan şirkətlər yeni dəstək mexanizmlərindən, xüsusilə ixrac təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən faydalanır, ixrac imkanlarını genişləndirirlər.

Tədbirdə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara və sahibkarlar təşkilatlarının nümayəndələrinə orden və medallar, 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş 8 şirkətə İqtisadiyyat Nazirliyi tərəfindən mükafatlar təqdim olunub.

 

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

Azərbaycanın yeni turizm brendi təqdim olunub

“Nar” yarım ilin hesabatını və yenilənmiş brendini təqdim edib

Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir

Azərbaycan brendi Uqanda Respublikasında tətbiq olunacaq

Azərbaycanda “First in Azerbaijan” investisiya təşviqi mexanizmi hazırlanacaq

“Apple” ən gəlirli brend seçilib

APA - bir Azərbaycan brendi

"Kapital Menecment" investisiya şirkəti rebrendinq edib

“İdeal” məşhur dünya brendini təqdim edib

"Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi" mövzusunda konfrans keçirilib

“Made in Azerbaijan-3” qalibləri Türkiyə texnoparklarının təcrübəsini öyrənirlər

Zaqatalada fındıq istehsalı və emalı təşviq olunur

"Apple" dünyanın ən bahalı  brendi seçilib

XİN: Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir

Ulduz Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə  ölkəmizi qürürla təmsil edir

UNEC-də “Made in Azerbaijan-3” müsabiqəsinin final mərhələsi keçirilib

Bakcell inklüziv idmanı təşviq edir

Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

23 Oktyabr 2018, 18:51 (GMT +4)
Vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb 

23 Oktyabr 2018, 18:40 (GMT +4)
“Siemens Gamesa” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

23 Oktyabr 2018, 18:18 (GMT +4)
ASCO ilə Columbia Shipmanagement şirkəti birgə müəssisə yaradır

23 Oktyabr 2018, 18:12 (GMT +4)
Birinci vitse-prezident İmam Hüseyn məscidinin açılışında iştirak edib (FOTOLAR)

23 Oktyabr 2018, 18:08 (GMT +4)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

23 Oktyabr 2018, 18:03 (GMT +4)
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

23 Oktyabr 2018, 17:50 (GMT +4)
BNA metro stansiyalarının ətrafında reyd keçirib

23 Oktyabr 2018, 17:48 (GMT +4)
“Azercell”in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb

23 Oktyabr 2018, 17:44 (GMT +4)
Azərbaycanın 41 rayonun ailə təsərrüfatları yaradılır

23 Oktyabr 2018, 17:42 (GMT +4)
Səudiyyə kralı Kaşıkçının iki oğlunu sarayda qəbul edib (FOTO)

23 Oktyabr 2018, 17:32 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

23 Oktyabr 2018, 17:20 (GMT +4)
DGK sədri Meksika səfiri ilə görüşüb

23 Oktyabr 2018, 17:08 (GMT +4)
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

23 Oktyabr 2018, 16:54 (GMT +4)
Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

23 Oktyabr 2018, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

23 Oktyabr 2018, 16:39 (GMT +4)
Ərdoğanın çıxışından sonra Səudiyyə Kaşıkçı ilə bağlı son mövqeyini açıqlayıb

23 Oktyabr 2018, 16:35 (GMT +4)
"Yelk" fraksiyası Baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb

23 Oktyabr 2018, 16:23 (GMT +4)
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

23 Oktyabr 2018, 16:10 (GMT +4)
Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018, 15:56 (GMT +4)
Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

23 Oktyabr 2018, 15:44 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

23 Oktyabr 2018, 15:30 (GMT +4)
Suriya və İraq sərhəd keçidlərini açmaq üçün danışıqlara başlayıblar

23 Oktyabr 2018, 15:26 (GMT +4)
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

23 Oktyabr 2018, 15:11 (GMT +4)
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutulub

23 Oktyabr 2018, 15:02 (GMT +4)
Kaşıkçı məsələsinin ört-basdırı üçün Səudiyyə Ərdoğana maraqlı təkliflər verib – New-York Times

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66