Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Seyid Camal 2017-ci ilin dini mühitini dəyərləndirib

25 Dekabr 2017, 17:05 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews. Bu il Azərbaycanın siyasi-ictimai həyatında, iqtisadiyyatında və digər sahələrdə yadda qalan hadisələrin şahidi olduq.

SalamNews xəbər verir ki, təbii ki, dövlətimizin əsas prioritet istiqamətlərindən biri də dövlət-din münasibətlərinin tənzimlənməsidir. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli 2017-ci ildə ölkənin dini mühitində baş verən mühüm hadisələri dəyərləndirib. O qeyd edib ki, ən yadda qalan hadisələrdən biri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi oldu: “Müasir dövrümüzdə İslam dünyasının dini müstəvidə birlik və bərabərliyə ehtiyac olduğu qədər müsəlman dövlətlərinin də mənəvi cəhətdən həmrəyliyinə daha çox zərurət yaranmışdır. Belə bir həssas məqamda dövlət başçısı tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunması tarixi uğur kimi qiymətləndirilməlidir. Ölkəmizdə tarixən mövcud olan İslam həmrəyliyinin dövlət tərəfindən mühafizə olunması bütövlükdə dünya müsəlmanlarının birlik və bərabərliyinə səslənən uğurlu bir nümunə oldu. İstər inkişaf etməkdə olan, istərsə də dünyanın bir çox aparıcı ölkələrində konfessiyalararası münasibətlərin kəskinləşdiyi, islamafob meyllərin artdığı bir vaxtda Azərbaycan İslam dünyasının bir parçası olaraq bunun əksini sübut etdi. Ölkədəki dinlərarası, məzhəblərarası, eləcə də xalqlararası mehribanlığın, birgə yaşayışın mümkün olması nümunəsini bir daha ortaya qoydu”.

C.Əzimbəyli qeyd etdi ki, bu il Bakıda IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi də Azərbaycan dövlətinin və xalqının növbəti uğuru kimi yaddaşlarda qaldı: “O cümlədən müxtəlif adda və istiqamətlərdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanın tolerant siyasəti geniş şəkildə təbliğ olundu. Bu günlərdə Bakının ev sahibliyi etdiyi “2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransla Azərbaycan dövləti növbəti dəfə bütün dünyaya sülh və həmrəylik çağırışını etdi”.

Şərqşünas, 2017-ci ildə dini mühitdə maarifləndirmə işinin daha uğurla planlı şəkildə həyata keçirildiyini vurğuladı. C.Əzimbəylinin sözlərinə görə, il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkə boyunca milli və mənəvi dəyərlərin təbliği ilə bağlı ardıcıl səmərəli tədbirlər keçirilib: “Xüsusilə, bu maarifləndirmə tədbirləri radikal dini cərəyanlara qoşulanların qarşısının alınmasına uğurlu zəmin yaratdı. Burada önəmli məqamlardan biri də komitə tərəfindən ərsəyə gələn “Fitnə” və “Şəhadət” filmləridir. Bu sənədli filmlərdə milli vətənpərvərlik ruhunun təbliğ olunması, o cümlədən radikal dini cərəyanlara qoşulan bir qrup gənclərin acı sonluğu öz əksini tapıb.

Ölkədə maarifləndirmə işinin təşkilində komitə tərəfindən nəşr olunan dini ədəbiyyatın, mətbu nümunələrin və yayımlanan televiziya verilişlərinin də ayrıca rolu var. Xüsusilə, bu il Prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərman dövlətin mənəvi dəyərlərin həqiqi təəsübkeşi olduğunu bir daha sübut etdi. Həmçinin dövlət başçısı tərəfindən dini icmalara maliyyə yardımının ayrılması onları xarici qüvvələrin təsir dairəsindən uzaqlaşdırdı və maarifləndirmə işinə təkan verdi.

Onu da qeyd edim ki, bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə gördüyü işlər dini mühitə öz müsbət təsirini göstərdi”.

C.Əzimbəyli əlavə etdi ki, 2017-ci il maarifləndirmə tədbirləri ilə yanaşı, din adı altında pərdələnmiş radikal dini qrupların zərərsizləşdirilməsi istiqamətində də hüquq-mühafizə orqanlarının uğurlu addımlarının şahidi olduq: “Dövlət Təhlükəsizlik Xidmətinin radikal təkfirçi qrupların vaxtında zərərsizləşdirilməsi istiqamətində keçirdikləri uğurlu əməliyyatları da ayrıca qeyd etmək istəyirəm. Bu da onu göstərir ki, istər ideoloji, istərsə də güc strukturları tərəfindən Azərbaycan dövlətinin milli maraqları hər an yüksək peşəkarlıqla müdafiə olunur”.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

DİM: Yuxarı yaş intervalına aid kişi və qadın namizədlər uğur qazana bilməyib

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib

“Quba Palace” bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Aydın Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

Cəmiyyət dini ekstemizmlə mübarizədə fəal olmalıdır - Səyyad Salahlı

Bu gün İmam Zeynəlabidinin (ə) mövlud günüdür

MHP prezidentliyə namizədini açıqlayıb

"Hacı Cavad" məscidində Quran Gecəsi keçiriləcək

Türkiyədə azərbaycanlı qadın öldürülüb

Rusiya müsəlmanlarının dini lideri İlham Əliyevi təbrik edib

Müharibə istəmirik, amma buna hazırıq - Bəşər Əsədin müşaviri

“Azərbaycan Dəmir Yolları” bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Seçkilərdən sonra məscidin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir - prezident

Prezident Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı 808-ə çatıb

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq 

Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir - Səyavuş Heydərov

ABŞ Meksika sərhədinə qoşun göndərib

DİN: Axtarışda olan 26 nəfər saxlanılıb

26 Aprel 2018, 17:30 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

26 Aprel 2018, 17:22 (GMT +4)
Lavrov və Nalbandyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti müzakirə edib

26 Aprel 2018, 17:10 (GMT +4)
İtaliyada terror aktı hazırlayan miqrant saxlanılıb

26 Aprel 2018, 16:58 (GMT +4)
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək

26 Aprel 2018, 16:45 (GMT +4)
Nikol Paşinyan Yerevanda yollar bağlı olduğundan aksiyaya gecikib

26 Aprel 2018, 16:29 (GMT +4)
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

26 Aprel 2018, 16:15 (GMT +4)
Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb

26 Aprel 2018, 16:01 (GMT +4)
Uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir - Toro Rosso komandasının pilotu

26 Aprel 2018, 15:49 (GMT +4)
"Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub

26 Aprel 2018, 15:40 (GMT +4)
İran müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb

26 Aprel 2018, 15:30 (GMT +4)
İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:22 (GMT +4)
Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:15 (GMT +4)
Ramiz Mehdiyev Soçidə beynəlxalq tədbirdə iştirak edir

26 Aprel 2018, 15:07 (GMT +4)
NETTY 2018 müsabiqəsində iştirak etmək üçün əsas səbəblər

26 Aprel 2018, 14:59 (GMT +4)
BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

26 Aprel 2018, 14:52 (GMT +4)
Ermənistanda daha bir neçə nazir istefa verib

26 Aprel 2018, 14:43 (GMT +4)
Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb

26 Aprel 2018, 14:40 (GMT +4)
“CinemaPlus”da “Ol” filminin qalası keçirilib

26 Aprel 2018, 14:33 (GMT +4)
Ermənistanda baş nazirin seçimi mayın 1-nə təyin olunub

26 Aprel 2018, 14:21 (GMT +4)
Dramatik anların, sürət və cəsarətin şahidi olacağımıza əminik - Azad Rəhimov

26 Aprel 2018, 14:10 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 14 hərbçi həlak olub

26 Aprel 2018, 14:05 (GMT +4)
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb (FOTO)

26 Aprel 2018, 13:49 (GMT +4)
Heydər Əliyev prospektində ağır yol qəzası baş verib (FOTO)

26 Aprel 2018, 13:41 (GMT +4)
Qusarda beynəlxalq elmi konfrans keçirilir

26 Aprel 2018, 13:32 (GMT +4)
Bakı sakinləri komediya janrında çəkilmiş filmləri seçir (SORĞU)

26 Aprel 2018, 13:25 (GMT +4)
May ayı üçün qeyri-iş günləri açıqlanıb

26 Aprel 2018, 13:18 (GMT +4)
Havanın temperaturu yüksəlir, Bakıda 23, rayonlarda 27 dərəcə isti olacaq

26 Aprel 2018, 13:12 (GMT +4)
Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

26 Aprel 2018, 13:05 (GMT +4)
Angela Merkel Prezident İlham Əliyevi təbrik edib

26 Aprel 2018, 12:58 (GMT +4)
Ermənistanda etiraz aksiyaları yenidən başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66