Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

25 Dekabr 2017, 17:53 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, iclasdan əvvəl Rusiya nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamikası müşahidə edilir. 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və bu baxımdan iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni mexanizmlərinin tətbiqi əhəmiyyətlidir. Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunu, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin və Azərbaycanda analoji Həştərxan İşgüzar Mərkəzinin yaradılması, bu gün açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyi belə mexanizmlərdəndir.

2016-cı ildə yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurası iş adamları arasında işgüzar əlaqələrin inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əlverişli platformadır. İşgüzar şuraların indiyədək gördüyü işləri müsbət qiymətləndirən nazir Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarını AZPROMO və Rusiyanın analoji qurumunun iştirakı ilə konkret əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmağa dəvə edib. Qeyd edib ki, Azərbaycandakı sənaye parklarında birgə müəssisələrin yaradılması, neft maşınqayırması sahəsində əməkdaşlıq, Rusiya bazarı üçün aqrar məhsulların istehsalı və s. belə əməkdaşlıq sahələrindən ola bilər.

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya nümayəndə heyətinin ölkəmizə səfər çərçivəsində Azərbaycan Republikasının Prezidenti tərəfindən qəbul edildiyini məmnunluqla vurğulayıb və iqtisadi sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına dair fikirlərini bölüşən Maksim Oreşkin Azərbaycan və Rusiya arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını qeyd edib. Bildirilib ki, bu gün Bakıda açılışı olmuş Rusiya İxrac Mərkəzinin nümayəndəliyi və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.

Azərbaycan-Rusiya İşgüzar Şurasının müdir müavini Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov işgüzar şuraların fəaliyyəri, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru Viktor İkonnikov və Rusiyanın “İntra Servis” şirkətinin direktoru Aleksandr Şilova iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Tədbir çərçivəsində AZPROMO və Rusiya İxrac Mərkəzi, həmçinin Azərbaycan və Rusiya şirkətləri arasında anlaşma memorandumları imzalanıb.

İclasın sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Prezidenti Putini Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Komitə sədri: "Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur"

Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Azərbaycan nefti 2 dollar bahalaşıb

Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının PR strategiyası hazırlanıb

Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib

Fuad Muradov Almaniyada azərbaycanlılarla görüş keçirib

Azərbaycanda neft hasilatı 1% artıb, qaz hasilatı 5% azalıb

Azərbaycan Alpaqut Federasiyası İdarə Heyətinin iclası keçirilib (FOTOLAR)

ABŞ 12 rusiyalıya qarşı ittiham irəli sürüb

Azərbaycanda metanol istehsalı 60 faizədək azalıb

Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

İranlı nazir: Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində Azərbaycanla əməkdaşlığa hazırıq

Azərbaycan prezidenti Gəncə hadisələrinə münasibət bildirib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

16 İyul 2018, 18:03 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 İyul 2018, 18:01 (GMT +4)
Narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir

16 İyul 2018, 17:51 (GMT +4)
Bakı İslam Universitetində elmi seminar keçirilib

16 İyul 2018, 17:42 (GMT +4)
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

16 İyul 2018, 17:35 (GMT +4)
Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub

16 İyul 2018, 17:33 (GMT +4)
Ərdoğan və Tramp arasında telefon danışığı keçirilib

16 İyul 2018, 17:27 (GMT +4)
Bizim dünyanın dilində danışacaq jurnalistlərimiz olmalıdır - Əflatun Amaşov

16 İyul 2018, 17:14 (GMT +4)
İran sanksiyaların tətbiqi ilə bağlı ABŞ-dan BMT-yə şikayət edib

16 İyul 2018, 17:09 (GMT +4)
Bakıda marşrut xətlərindən biri uzadılıb

16 İyul 2018, 16:50 (GMT +4)
Qəbələdə qanunsuz yolla əldə edilmiş fıstıqcinsli meşə materialı aşkarlanıb

16 İyul 2018, 16:35 (GMT +4)
Suraxanıda yolu keçən piyadanı maşın vurub

16 İyul 2018, 16:28 (GMT +4)
Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir

16 İyul 2018, 16:11 (GMT +4)
Türkiyədə tibb təhsili almaq istəyənlərə müraciət edilib

16 İyul 2018, 15:52 (GMT +4)
Helsinkidə Trampla Putin arasında görüş başlayıb

16 İyul 2018, 15:46 (GMT +4)
Bakıda daha bir qanunsuz tikinti faktı aşkarlanıb

16 İyul 2018, 15:37 (GMT +4)
Bakıda yolun çökməsinin ilkin səbəbləri açıqlanıb (FOTO)

16 İyul 2018, 15:29 (GMT +4)
Cəbrayıl haqqında ingilis dilində film istehsal edilib

16 İyul 2018, 15:22 (GMT +4)
Bakıda “Xocalıya ədalət” şüarı altında peşəkar kung fu və boks yarışına start verilib

16 İyul 2018, 15:17 (GMT +4)
Gürcüstanda matəm elan olunub

16 İyul 2018, 15:08 (GMT +4)
"Bakı Metropoliteni" işçi axtarır

16 İyul 2018, 14:56 (GMT +4)
Altı ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 240 milyon dollardan çoxdur

16 İyul 2018, 14:52 (GMT +4)
Putin Trampla görüşmək üçün Helsinkiyə gəlib

16 İyul 2018, 14:43 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb

16 İyul 2018, 14:35 (GMT +4)
“New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib

16 İyul 2018, 14:30 (GMT +4)
SalamNews-un əməkdaşı Dövlət Komitəsi tərəfindən təltif edilib

16 İyul 2018, 14:22 (GMT +4)
Prezident İlham Əliyev Kolinda Qrabar-Kitaroviçə məktub ünvanlayıb

16 İyul 2018, 14:16 (GMT +4)
Azərbaycan Prezidenti Putini Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib

16 İyul 2018, 14:11 (GMT +4)
Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

16 İyul 2018, 14:07 (GMT +4)
DİM iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirəcək

16 İyul 2018, 14:02 (GMT +4)
Rezidenturaya ixtisas seçimi bu gün başa çatır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66