Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

25 Dekabr 2017, 17:34 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews. Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar təbrik edib.

SalamNews-un məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

“Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirib.

Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılıb, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunub. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır.

Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcək. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”.



Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Prezident İlham Əliyev Davos forumunda iştirak edəcək

Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub

Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2 milyon manat ayırıb

Vladimir Putin Prezident İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini  qəbul edib

Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın maliyyə nazirini qəbul edib

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev Misir diyarının müftisini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

“Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri başlayıb

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66