Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Türkiyə və Azərbaycan arasında mal və nəqliyyat vasitələrinin məlumat mübadiləsi aparılacaq

26 Dekabr 2017, 12:20 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews. Türkiyə və Azərbaycan arasında hərəkət edən mal və nəqliyyat vasitələri barədə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə texniki işlərə başlanılıb və pilot variantda 2018-ci il mart ayınadək tranzit yükdaşımaları haqqında məlumat mübadiləsi həyata keçiriləcək.

Dövlət Gömrük Komitəsindən (DGK) SalamNews -a verilən məlumata görə, bu barədə DGK-da Türkiyə Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüşdə bildirilib.

Görüşdə ölkələr arasında bütün sahələrdə dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bildirilib ki, bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da rolu danılmazdır. O da vurğulanıb ki, son illərdə regionda iki ölkənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcək.

Daha sonra görüşdə gündəlikdə duran bir sıra məsələlər - "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in Texniki Təminat Sənədinin hazırlanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gömrük məsələləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin növbəti 2-ci iclasının gündəliyindəki mövzular və iki ölkə arasında risklərin idarə olunması məsələləri müzakirə edilib.

Həmçinin, qeyd olunub ki, iki ölkə arasında hərəkət edən mal və nəqliyyat vasitələri barədə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə texniki işlərə başlanılıb və pilot variantda 2018-ci il mart ayınadək tranzit yükdaşımaları haqqında məlumat mübadiləsi həyata keçiriləcək.

Görüşdə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi Faiq Seyidov, Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, Türkiyə Gömrük və Ticarət Nazirliyinin İkitərəfli Gömrük Əməkdaşlığı İdarəsinin rəisi Adəm Yazıcı, həmin idarənin uzmanı Cizem Asma Şenel, informasiya texnologiyaları üzrə mütəxəssis Alperen Kethudaoğlu və digər şəxslər iştirak ediblər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

Türkiyədə hakim AKP-nin  üzvlərinə silahlı hücum olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Vladimir Putin Ermənistanın baş nazirini Azərbaycan prezidenti ilə tanış edib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Türkiyənin müdafiə naziri: ABŞ-ın hərəkəti təhlükəlidir 

Həsən Ruhani Azərbaycan Prezidentinə məktub göndərib

KOICA Azərbaycan XİN-in əməkdaşları üçün təlim keçirəcək

Azərbaycan bankları sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan səfiri Filippinin xarici işlər üzrə katibi ilə görüşüb

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başlayıb

Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib

Azərbaycan iqtisadiyyatı artıb

FED-in uçot dərəcəsini artırması Azərbaycan bazarına birbaşa təsir etmir - Elman Rüstəmov

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

15 İyun 2018, 09:58 (GMT +4)
DÇ-2018: Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

15 İyun 2018, 09:45 (GMT +4)
Marneulinin icra başçısı həbs olunub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66