Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-da Həsən Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

26 Dekabr 2017, 17:13 (GMT +4)

Bakı, 26 dekabr, SalamNewsBakı Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

SalamNews xəbər verir ki, universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb. Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin xidmətlərindən bəhs edib və akademikin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələr həyata keçirdiyini söyləyib. Bildirib ki, əməkdar elm xadimi adına, Dövlət mükafatı laureatı, Vavilov adına medala da layiq görülən Həsən Əliyevin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olub. Alimin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini bildirən rektor əlavə edib ki, bu gün onun tələbələri və aspirantları, kitablarından təbiəti, xalqı sevməyi öyrənən minlərlə insan ildən-ilə çiçəklənən, inkişaf edən ölkəmizdə ekoloji mühitin saflaşdırılması, gələcək nəsillərə daha yaxşı vəziyyətdə çatdırılması üçün Həsən Əliyev ənənələrini davam etdirmək əzmindədirlər. 

“Elmi axtarışlarla keçən ömür” mövzusunda məruzə edən Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Bildirib ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. BDU-nun Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı “Akademik Həsən Əliyevin həyat dərsləri” mövzusunda çıxışında Həsən Əliyevin görkəmli alim, elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətindən danışıb.

Daha sonra Təhsil Nazirliyinin aparat rəhbəri Yaqub Piriyev, AMEA-nın Coğrafiya İnstitutunun laboratoriya müdiri İsmayıl Quliyev akademikin həyat və fəaliyyətindən, Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.
Sonda akademik Həsən Əliyevin oğlu, Azərbaycan Respublikasının əməkdar memarı Rasim Əliyev konfransın keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib və hər kəsi təbiəti sevməyə, qorumağa çağırıb.

Plenar iclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, iki gün davam edəcək konfransda 300-dən çox məruzə dinləniləcək. Bölmənin sədrləri akademik Qərib Məmmədov, professor Şövqi Göyçaylı, professor Sevinc Hacıyeva və professor Nərminə Sadıqovadır.



Əlaqəli Xəbərlər

ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Koreyanın Azərbaycandakı səfiri BDU-da olub

ƏƏSMN və BDU arasında Memorandum imzalanıb

Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

BDU-da “Açıq qapı” günü keçirilib

BDU “Milli Nüvə Tədqiqatları Mərkəzi” ilə niyyət protokolu imzalayıb

Ərdoğan: Abdullah Gülün partiya haqqında söz söyləməyə haqqı yoxdur

Abdulla Gülün "Mən namizədəm" deyə ortaya çıxması izah edilə biləcək vəziyyət deyil - MHP sədri

Məşhur kikboksçu, dünya çempionu Pərviz Abdullayevin doğum günüdür

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

BDU-da “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilib

BDU-nun Hüquq fakültəsi dəyirmi masa keçirib

“CinemaPlus”da “Viktoriya və Abdul” premyerasından 3 gün öncə nümayiş olunub

BDU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Media reytinq - Azercell, BDU, Excelsior Otel birincidir

ADU-nun rektoru Kamal Abdulla ABŞ səfiri ilə görüşüb

Misirli jurnalistlər BDU-da olub

BDU-nun 100 illik yubileyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək

BDU işçilərinin əməkhaqları artırılıb

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66