Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Fərdi jurnalist yazıları müsabiqəsində qalib olanlar mükafatlandırılıb

27 Dekabr 2017, 09:36 (GMT +4)

Bakı, 27 dekabr, SalamNewsAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

SalamNews xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqənin qalibi olan jurnalistlər iştirak ediblər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

O, bu ilin Azərbaycan üçün uğurlu olduğunu, IV İslam Həmrəyliyi Oyunları keçirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini diqqətə çatdırıb. "İslam Həmrəyliyi İli" ilə bağlı KİVDF tərəfindən keçirilən tədbirlərdən danışan V.Səfərli bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda, jurnalistlər üçün üçüncü binanın təməlinin qoyulması ilə yadda qaldığını deyib. KİVDF-nin icraçı direktoru Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb. Bildirib ki, müsabiqəyə 66 KİV-dən 19 istiqamət üzrə 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub.

Sonra mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Prezidentin köməkçisi Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. 2017-ci il "İslam Həmrəyliyi İli" elan olunduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, başa çatmaqda olan ildə İslam ölkələri arasında həmrəyliyi gücləndirmək üçün Azərbaycan tərəfindən xaricdə və ölkə daxilində mühüm tədbirlər keçirilib. Bu sırada İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək lazımdır.

Prezidentin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bütün dünyada yaşayan soydaşlarımızın birliyinə nail olunması üçün mühüm amil kimi dəyərləndirib. Azərbaycanda dövlət ilə xalqın birliyinə nail olunmasında medianın rolundan danışan Əli Həsənov deyib ki, mətbuat dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır.

Yola saldığımız ilin jurnalistika üçün uğurlu olduğunu vurğulayan Əli Həsənov deyib: "Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. 2017-ci ildə 255 jurnalist ailəsi yeni mənzillə təmin olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, jurnalistlərə qayğı davam etdiriləcək".

Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən Xocalı və digər soyqırımları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması 2018-ci ildə də KİV-in diqqət mərkəzində olmalıdır.

Sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar təqdim edilib.

Daha sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək 2017-ci ildə Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını söyləyib. 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral 2017-ci ilin Azərbaycanın İslam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib. O, qarşıdan gələn ilin Azərbaycan üçün daha uğurlu olacağına inandığını deyib. Səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan jurnalistlərinə təbriklərini çatdırıb.

Tədbir bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF 33 qəzetə pul ayırıb (SİYAHI)

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

12 Dekabr 2018, 18:25 (GMT +4)
Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

12 Dekabr 2018, 18:11 (GMT +4)
Nazirliyin kollektivi ulu Öndərin əziz xatirəsini yad ediblər

12 Dekabr 2018, 18:04 (GMT +4)
AQTA Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmişi zərərsizləşdirib

12 Dekabr 2018, 17:58 (GMT +4)
“Nar”dan Yeni il ərəfəsində sərfəli rouminq təklifləri

12 Dekabr 2018, 17:56 (GMT +4)
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb

12 Dekabr 2018, 17:50 (GMT +4)
Ötən ay qlobal neft tədarükü sutkalıq 100,6 milyon barrelə çatıb

12 Dekabr 2018, 17:44 (GMT +4)
Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

12 Dekabr 2018, 17:35 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu oynayır

12 Dekabr 2018, 17:23 (GMT +4)
Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

12 Dekabr 2018, 17:22 (GMT +4)
ABŞ Yəmən müharibəsində Səudiyyə və BƏƏ-ə verdiyi dəstəyin xərcini geri alır

12 Dekabr 2018, 17:10 (GMT +4)
BMT baş katibi Yəmən üzrə siyasi məsləhətləşmələrdə iştirak edəcək

12 Dekabr 2018, 16:52 (GMT +4)
Misirin Sinay Yarımadasında əməliyyat zamanı 27 silahlı zərərsizləşdirilib

12 Dekabr 2018, 16:47 (GMT +4)
Naxçıvan yenidən investisiya reytinqinin lideri olub

12 Dekabr 2018, 16:27 (GMT +4)
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırıb

12 Dekabr 2018, 16:15 (GMT +4)
Ermənistanda hərbçi intihara cəhd edib

12 Dekabr 2018, 16:12 (GMT +4)
Saxta sənədlərlə Azərbaycana keçmək istəyən 5 əcnəbi saxlanılıb

12 Dekabr 2018, 16:01 (GMT +4)
ABŞ İran qarşısında yeni tələb irəli sürüb: Süni peyk istehsal etməsinlər

12 Dekabr 2018, 15:58 (GMT +4)
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12 Dekabr 2018, 15:48 (GMT +4)
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

12 Dekabr 2018, 15:31 (GMT +4)
Ərdoğan: Suriyanın şimalında yeni hərbi əməliyyat üç gün ərzində başlayacaq

12 Dekabr 2018, 15:13 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti Atatürk parkında aparılan söküntü işləri ilə bağlı məlumat yayıb

12 Dekabr 2018, 15:06 (GMT +4)
Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı yeni layihəyə start verilib 

12 Dekabr 2018, 15:02 (GMT +4)
Tereza Mey vəzifəsi uğrunda mübarizə aparacağını bəyan edib

12 Dekabr 2018, 14:52 (GMT +4)
Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

12 Dekabr 2018, 14:51 (GMT +4)
Danışıqlara baxmayaraq Səudiyyə koalisiyası son 2 sutkada Yəmənə 52 aviazərbə endirib

12 Dekabr 2018, 14:37 (GMT +4)
MEK-də Heydər Əliyevin irsinə dair ümumilikdə 1000-dən çox sənəd mühafizə olunur

12 Dekabr 2018, 14:30 (GMT +4)
Gömrükçülər ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

12 Dekabr 2018, 14:23 (GMT +4)
UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb

12 Dekabr 2018, 14:16 (GMT +4)
Yol polisi texniki baxışa görə sürücülərə müraciət edib

12 Dekabr 2018, 14:06 (GMT +4)
Tereza Meyə qarşı etimadsızlıq göstərilə bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66