Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

"Bakmil" stansiyasında aparılan təmir-bərpa işlərinin birinci mərhələsi yekunlaşır (FOTOLAR)

27 Dekabr 2017, 13:58 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. 1970-ci ildə istismara verilən və 9 il sonra yenidən qurulan Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasında bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb.

Bakı Metropoliteni QSC-dən SalamNews-a verilən məlumata görə, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbinə çevrilib. Dövrün tələblərinə uyğun olaraq, "Bakmil" stansiyasında avqust ayından başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi artıq yekunlaşmaq üzrədir. 

Təmir müddətində fəaliyyətini davam etdirən stansiyanın yenidən qurulması üzrə işlər Bakı metropoliteninin təhlükəsizlik tələblərinə ciddi riayət edilməklə, tərtib edilmiş tədbirlər planına uyğun olaraq mərhələli aparılır.

Birinci mərhələdə stansiya platformasının qatarın üç vaqonunu əhatə edən 54 metrlik hissəsi bərpa edilir. Onu da qeyd edək ki, platformanın daha etibarlı, davamlı və uzunömürlü olmasını təmin etmək məqsədilə onu yenidən qurmaq lazım gəlir. Bu məqsədlə, döşəmə örtüyü tamamilə sökülərək, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulmaqla, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulur.
Plaftormaaltı sahədə kabel kollektoru yenidən tikilib. Döşəməsinin betonlanması işi aparılıb, su axıntısı üçün müvafiq maillik təmin edilib, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb.

Bu xüsusda onu da əlavə edək ki, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı da ləğv edilib. Hazırda burada park yollarına standartlara uyğun yeni keçid qapısı və pilləkən qoyulur. Həmçinin təmir aparılan hissənin gözləmə zalında da mərmər və qranit örtüyün sökülməsi planlı sürətdə davam etdirilir.

Yaxın günlərdə platformanın bu hissəsində xüsusi tamamlama və memarlıq-bərpa prosesinə başlanılacaq.

Qeyd edək ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, platformanın əks tərəfində təmir yalnız birinci 54 metrlik hissədə işlər tam başa çatdırıldıqdan sonra aparılacaq.
Gələcəkdə stansiyanın istismar funksionallığını artırmaq, infrastrukturun səmərəliyini və sərnişin rahatlığını təmin etmək məqsədilə bir sıra digər əhəmiyyətli yeniliklərin tətbiqi də nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" işçi axtarır

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Bakı Metropoliteni iş qrafikini dəyişir

"Bakı Metropoliteni”nin mətbuat xidmətinə təyinat olub

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

“Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən çıxır

ETSN Bakı Metropoliteninin cərimələnməsi üçün məhkəməyə müraciət edib

Bakı metropolitenində fləşmob keçirilib (VİDEO)

“Baki Metropoliteni” işçi axtarır

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim edib

FHN Bakı Metropoliteninin “Avtovağzal” stansiyasında yanğın-taktiki təlim keçirib

"Bakı Metropoliteni" Yeni il münasibətilə tədbirlər həyata keçirir (FOTOLAR, VİDEO)

“Bakı Metropoliteni” QSC-də növbəti dini maarifləndirmə tədbiri keçirilib

Bakı Metropolitenində təhlükəli anlar yaşanıb

"Bakı Metropoliteni" QSC-də "Şəhadət" sənədli filmi nümayiş etdirilib

"Bakı Metropoliteni"-nin 70 yaşlı mütəxəssisi vəfat edib

Bakı Metropoliteni yeni nəsil vaqonlar alacaq

Prezident Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub (FOTOLAR)

Bakı Metropolitenində milli və klassik musiqi səsləndiriləcək

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib (FOTO)

21 İyul 2018, 17:01 (GMT +4)
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib

21 İyul 2018, 16:51 (GMT +4)
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın yeni tərkibi təsdiqlənib

21 İyul 2018, 16:46 (GMT +4)
Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

21 İyul 2018, 16:40 (GMT +4)
“Mersedes” Bottas ilə yeni müqavilə imzalayıb

21 İyul 2018, 16:30 (GMT +4)
Məşədi Dadaş məscidində qanvermə aksiyası keçirilib

21 İyul 2018, 16:23 (GMT +4)
Çaylardakı suyun vəziyyəti açıqlanıb

21 İyul 2018, 16:12 (GMT +4)
İlham Əliyev Misirin prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib

21 İyul 2018, 15:58 (GMT +4)
Müdafiə naziri qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib

21 İyul 2018, 15:42 (GMT +4)
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66