Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

SalamNews-un əməkdaşı ATGTİ tərəfindən mükafatlandırılıb (FOTOLAR)

27 Dekabr 2017, 10:16 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

SalamNews xəbər verir ki, Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov il ərzində təşkilatın reallaşdırdığı layihələrdən danışıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söz açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz, o cümlədən tələbələr tam şəkildə bəhrələnirlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsabiqəyə qatılan tələbələrin əksəriyyətinin Fondun reallaşdırdığı layihələrin iştirakçıları arasında olduqlarını bildirərək qeyd edib ki, bu gün Azərbaycanda yüksək intellektli, bilikli gənclər formalaşıb. Bu gənclər ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edir, yüksək nailiyyətlər qazanırlar. ATGTİ-nin həyata keçirdiyi bu müsabiqədə də məhz ən fəal tələbələr, tələbə gənclər təşkilatları seçiliblər.

Prezident Administrasiyasının əməkdaşı Kənan Firdovsioğlu çıxışında gənclər təşkilatlarının, o cümlədən tələbə gənclər təşkilatlarının, tələbələrin ölkəmizin ictimai-siyasi həyatında fəallığından danışıb, il ərzində gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, ATGTİ-nin həyata keçirdiyi layihələrin tələbələrin həyatındakı önəminə də toxunub, müsabiqənin qaliblərinə uğurlar arzulayıb.

Sonra mükafatlandırma mərasimi olub.

ATGTİ-nin həyata keçirdiyi layihələri il ərzində yüksək səviyyədə işıqlandırdıqlarına görə bir qrup jurnalist təşəkkürnamə ilə təltif edilib. Təltif olunanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da var.



Əlaqəli Xəbərlər

İndoneziyanın Azərbaycandakı səfiri ATGTİ-nin qonağı olub

19 Yanvar 2018, 09:42 (GMT +4)
İgid Azərbaycan zabiti Fərid Əhmədovun doğum günüdür

19 Yanvar 2018, 09:37 (GMT +4)
Elmar Məmmədyarov: “Həmsədrlər münaqişənin həllinə dair bir sıra kreativ fikirlər irəli sürüb”

19 Yanvar 2018, 09:29 (GMT +4)
Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

19 Yanvar 2018, 09:20 (GMT +4)
Dənizçilər həyatlarını riskə atıb, vətən uğrunda ölümlərini gözə alıblar - Rauf Vəliyev

19 Yanvar 2018, 09:14 (GMT +4)
Atəşkəs rejimi 116 dəfə pozulub

19 Yanvar 2018, 09:09 (GMT +4)
Dünya birjalarında neft ucuzlaşıb

19 Yanvar 2018, 09:02 (GMT +4)
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar

18 Yanvar 2018, 18:33 (GMT +4)
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb

18 Yanvar 2018, 18:00 (GMT +4)
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında müzakirələr aparılıb

18 Yanvar 2018, 17:52 (GMT +4)
Əfqanıstanda polisə hücum: səkkiz nəfər ölüb, iki nəfər yaralanıb

18 Yanvar 2018, 17:46 (GMT +4)
Özbəkistanda İslam Akademiyası yaradılıb

18 Yanvar 2018, 17:39 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir - səfir

18 Yanvar 2018, 17:30 (GMT +4)
Ötən il Azərbaycanda 16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib

18 Yanvar 2018, 17:22 (GMT +4)
Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

18 Yanvar 2018, 17:17 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Yanvar 2018, 16:52 (GMT +4)
Suriya XİN: Türkiyənin hər hansı bir hərbi əməliyyatı ölkəyə hücum olaraq dəyərləndiriləcək

18 Yanvar 2018, 16:40 (GMT +4)
Rusiyada qaz sızması səbəbindən məktəb təxliyə olunub

18 Yanvar 2018, 16:26 (GMT +4)
Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

18 Yanvar 2018, 16:08 (GMT +4)
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18 Yanvar 2018, 16:05 (GMT +4)
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66