Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” bu il 150 min unsiyayadək qiymətli metal ixrac edib

27 Dekabr 2017, 14:29 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews.“AzerGold” QSC cari ildə 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib.

QSC-nin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, bu ilin aprel-dekabr ayları ərzində “AzerGold” həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan çox gəlir gətirib. Qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (“Know Your Customer”) və təhlil (“due diligence”) prosedurlarını uğurla keçərək “AzerGold” QSC cari ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.

2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində bir sıra əhəmiyyətli işlərin görülməsinə nail olub. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən çox ağac və kol əkilib və digər işlər görülüb. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi bütün işlər görülüb və infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edilir.

“AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır.

Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahəsində isə kompleks geofiziki tədqiqatlar aparılıb və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulur.

Daşkəsən-Göygöl ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümunələri beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək.

Cəmiyyətin fəaliyyətinin təşkili üçün bu gün 300-ə yaxın insan daimi işlə təmin olunub. “AzerGold” QSC-nin sosial məsuliyyət üzrə siyasətinin reallaşdırılması, o cümlədən yerli icmaların ehtiyaclarının öyrənilməsi və ödənilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılıb. Eyni zamanda, təcrübə mübadiləsinın aparılması və kadr potensialının formalaşdırılması üçün ASC elm və təhsil ocaqları ilə əməkdaşlıq etməkdədir.

Qısa müddət ərzində əldə olunan yüksək göstəricilər “AzerGold” QSC-yə qeyri-neft sektorunun ixracında lider mövqeləri qazandırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Muxtar Babayev “AzerGold”un sədri ilə görüşüb

"AzerGold" geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirir

“AzerGold” QSC və “ADA” Universiteti əməkdaşlıq memorandumu imzalayıblar

“AzerGold” Londonda beynəlxalq dağ-mədən konfransında təmsil olunub

"AzerGold" YAP-ın 25 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib (FOTOLAR)

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzerGold” Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC tələbələrə sertifikatlar təqdim edib

Tələbələr "AzerGold"un Daşkəsəndəki filiz emalı sahəsində təcrübə proqramı keçirlər

“AzerGold” QSC ikinci böyük qızıl və gümüş ixracını həyata keçirib

ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başlayıb

"AzerGold" 5 illik ortamüddətli strategiya planı hazırlayıb

AMEA və “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Prezident İlham Əliyev "AzerGold" QSC-yə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb

Prezident “AzerGold” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb

21 Sentyabr 2018, 18:25 (GMT +4)
Müdafiə naziri Rusiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

21 Sentyabr 2018, 18:16 (GMT +4)
Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

21 Sentyabr 2018, 18:12 (GMT +4)
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

21 Sentyabr 2018, 18:09 (GMT +4)
“Bakcel”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

21 Sentyabr 2018, 18:03 (GMT +4)
“Nar” tələbələr üçün təqaüd proqramı elan edib

21 Sentyabr 2018, 18:00 (GMT +4)
Azərbaycan brendi Uqanda Respublikasında tətbiq olunacaq

21 Sentyabr 2018, 17:54 (GMT +4)
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

21 Sentyabr 2018, 17:44 (GMT +4)
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropoloji mərkəz yaradılacaq

21 Sentyabr 2018, 17:33 (GMT +4)
Azərbaycanın sığorta bazarı 40% böyüyüb

21 Sentyabr 2018, 17:27 (GMT +4)
Üç milyonluq Aşura mərasiminin təhlükəsizliyi yüksək səviyyədə olub (VİDEO)

21 Sentyabr 2018, 17:21 (GMT +4)
Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

21 Sentyabr 2018, 17:15 (GMT +4)
Baş prokuror Qubada vətəndaşları qəbul edib

21 Sentyabr 2018, 17:04 (GMT +4)
BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

21 Sentyabr 2018, 16:56 (GMT +4)
Almaniya və İspaniya Səudiyyəyə silah ixracına yenidən start veriblər

21 Sentyabr 2018, 16:53 (GMT +4)
"Azərenerji" yeni struktur üzərində işləyir

21 Sentyabr 2018, 16:40 (GMT +4)
AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

21 Sentyabr 2018, 16:31 (GMT +4)
AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

21 Sentyabr 2018, 16:18 (GMT +4)
Türkiyə İdlibdəki  hərbi kontingentini artıra bilər - Türkiyə rəsmisi

21 Sentyabr 2018, 16:10 (GMT +4)
Türkiyə parlamentinin sədri Bakıda cümə namazına qatılıb

21 Sentyabr 2018, 16:04 (GMT +4)
Haçana qədər Trampın boks kisəsi olacağıq?! - MAQATE-nin sabiq sədri 

21 Sentyabr 2018, 16:03 (GMT +4)
ETSN 16 tikinti obyekti ilə bağlı tədbirlər görüb

21 Sentyabr 2018, 15:56 (GMT +4)
Nyu-Yorkda uşaq bağçasına hücum nəticəsində 6 nəfər xəsarət alıb 

21 Sentyabr 2018, 15:43 (GMT +4)
Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

21 Sentyabr 2018, 15:40 (GMT +4)
Azərbaycan Prezidenti: Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir

21 Sentyabr 2018, 15:36 (GMT +4)
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

21 Sentyabr 2018, 15:27 (GMT +4)
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2018, 15:18 (GMT +4)
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib

21 Sentyabr 2018, 15:09 (GMT +4)
Azərbaycan məktəblərinə təhsil robotları paylanılıb

21 Sentyabr 2018, 14:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb -YENİLƏNİB

21 Sentyabr 2018, 14:52 (GMT +4)
Səudiyyə 2 il öncə Tehrandakı səfirliyinə hücumu özü planlayıb – İran rəsmisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66