Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqi hazırlanıb

27 Dekabr 2017, 15:21 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Caspian Energy International Media Group Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.

Bu barədə SalamNews-a Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Sözügedən reytinq Caspian Energy jurnalının yekun nömrəsində dərc olunacaq.

“Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır”, - deyə Telman Əliyev bildirib.  

O vurğulayıb ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri Caspian Energy jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, Naxçıvan rəhbərliyinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını bildiriblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

“Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.

Ermənistan tərəfindən tamamilə işğal olunmuş rayonlar üzrə statistikanın göstərilməsi qeyri-mümkün olduğundan onlarla müqayisə aparılmamışdır. İşğal faktı ayrıca təsvir olunmuşdur ki, bu da öz növbəsində həmin mühüm problemi bir daha jurnalın geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırmaq imkanı yaradır.

18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

“Caspian Energy jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacaq”, - deyə Telman Əliyev qeyd edib.

O əlavə edib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc olunacaq.

“Bizim təşəbbüsümüzü dəstəkləyən və jurnalın səhifələrində fəaliyyət göstərdikləri iqtisadi regionların qarşısında öz müəssisələrinin reklamını, həmçinin fəaliyyətləri ilə bağlı məlumatların əks olunduğu məqalə və müsahibələri yerləşdirməyə razılıq verən bütün şirkətlərə minnətdarlığımızı bildiririk. Biz sözügedən nəşrimizin səhifələrində təqdim olunmaq istəyən yeni şirkətlərlə də əməkdaşlığa  açığıq”, - deyə Telman Əliyev vurğulayıb.  

O bildirib ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqalə və müsahibələrin hər biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə, potensial partnyorların, həmçinin Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.

“Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytinqini http://caspianenergy.net/ru portalında ayrıca dərc edəcəyik”, - deyə o söyləyib.

“Sözügedən buraxılışı əldə etmək istəyən hər kəs rating@caspianenergy.org ünvanı vasitəsilə Caspian Energy jurnalının redakisyasına müraciət etməlidir” – deyə Telman Əliyev əlavə edib.  

Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 18 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur.

Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

Əlavə məlumat üçün:

E-mail:   rating@caspianenergy.org

URL:      www.caspianenergy.net


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gələn ay Tbilisidə Caspian Energy Forum Kvemo Kartli keçiriləcək

Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib

“Caspian Energy Forum Baku– 2018” çərçivəsində 8 şirkət əməkdaşlıqla bağlı razılıq əldə edib 

Bakıda 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku 2018” tədbiri keçirilir

Elqar Bağırov "Caspian Energy USA"nın baş icraçı direktoru təyin olunub

Brücke GmbH Caspian Energy Forum Baku-2018-in Avropa partnyoru olub

Mürsəl Rüstəmov "Caspian Energy Germany"nin baş icraçı direktoru təyin olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Caspian Energy Forum Baku 2018”ə rəsmi dəstək göstərir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Caspian Energy Forum Baku– 2018"ə rəsmi dəstək göstərir

Gömrük Komitəsi “Caspian Energy Forum Baku – 2018”ə rəsmi dəstək göstərir

DMX “Caspian Energy Forum Baku - 2018” rəsmi dəstək verir

Noyabrda Praqada “Caspian Energy Forum” keçiriləcək

"Caspian Energy Forum Baku-2018"də 1500 nümayəndə iştirak edəcək

Caspian Energy jurnalının xüsusi buraxılışı işıq üzü görüb

“Caspian Energy Forum Nakhchivan– 2018” iyunun 14-də keçiriləcək

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi” keçirilib (FOTO)

Caspian Energy Türkiyənin Baş nazirinin eksklüziv müsahibəsini dərc edib

Caspian Energy jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib

Naxçıvana həsr olunmuş “Caspian Energy” jurnalının təqdimatı keçiriləcək

"Caspian Energy Forum Tbilisi 2018"in vaxtı dəyişdirilib

19 Oktyabr 2018, 20:05 (GMT +4)
Tanrıverdi Mustafayev ölkə başçısı tərəfindən təltif edilib

19 Oktyabr 2018, 18:41 (GMT +4)
Qərargah: Sürüşmə sahəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb

19 Oktyabr 2018, 18:30 (GMT +4)
“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçirilib (FOTOLAR)

19 Oktyabr 2018, 18:18 (GMT +4)
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edilib

19 Oktyabr 2018, 18:10 (GMT +4)
Bakı Marşal Klubu növbəti uğura imza atıb (VİDEO)

19 Oktyabr 2018, 18:00 (GMT +4)
Məktəblilərə təhlükəsizlik qaydaları öyrədilir

19 Oktyabr 2018, 17:50 (GMT +4)
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

19 Oktyabr 2018, 17:45 (GMT +4)
Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

19 Oktyabr 2018, 17:36 (GMT +4)
Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb

19 Oktyabr 2018, 17:34 (GMT +4)
Trampın yəhudi kürəkəni Kaşıkçı məsələsində Bin-Salmana dəstək verilməsini istəyib

19 Oktyabr 2018, 17:30 (GMT +4)
Dolların oktyabrın 22-ə olan məzənnəsi açıqlanıb

19 Oktyabr 2018, 17:25 (GMT +4)
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTOLAR)

19 Oktyabr 2018, 17:20 (GMT +4)
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirilir

19 Oktyabr 2018, 17:16 (GMT +4)
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi artıb

19 Oktyabr 2018, 17:09 (GMT +4)
Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub

19 Oktyabr 2018, 16:56 (GMT +4)
Avropa və İran SWIFT-in alternativi olan yeni sistemdən istifadəyə başlayacaqlar

19 Oktyabr 2018, 16:51 (GMT +4)
Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar

19 Oktyabr 2018, 16:49 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri neft emalı zavodunun açılışnda iştirak ediblər

19 Oktyabr 2018, 16:48 (GMT +4)
Run2Help komandası: “Öz ideyalarınızı həyata keçirməkdən qorxmayın” 

19 Oktyabr 2018, 16:42 (GMT +4)
Əlcəzayir hökuməti dövlət orqanlarında işləyənlərin niqab taxmasını qadağan edib

19 Oktyabr 2018, 16:30 (GMT +4)
Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

19 Oktyabr 2018, 16:21 (GMT +4)
Teleqüllə ətrafında sürüşmə təhlükəsi aşkarlanıb

19 Oktyabr 2018, 16:12 (GMT +4)
Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

19 Oktyabr 2018, 16:05 (GMT +4)
Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə yatıracaq

19 Oktyabr 2018, 15:53 (GMT +4)
Kinorejissor Oqtay Mirqasımovun yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

19 Oktyabr 2018, 15:47 (GMT +4)
“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

19 Oktyabr 2018, 15:40 (GMT +4)
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub

19 Oktyabr 2018, 15:38 (GMT +4)
Neynəvada vaxtilə İŞİD-in olduğu bölgələrdən 851 uşağın meyiti çıxarılıb

19 Oktyabr 2018, 15:34 (GMT +4)
AQTA yeni Anlaşma Memorandumu imzalayıb

19 Oktyabr 2018, 15:25 (GMT +4)
Vladimir Putinin İstanbulda keçiriləcək zirvə görüşündə iştirakı təsdiqlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66