Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

27 Dekabr 2017, 16:10 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu dekabrın 27-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib.

 SalamNews xəbər verir ki, 100-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.                                  

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2017-ci ildə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilən kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4% müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib. Qeyd edilib ki, 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Şirzad Abdullayev bildirib ki, 2018-ci ildə aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaqdır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 8,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.  

Tədbir çərçivəsində Suraxanı rayonunun Hövsan qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış aqroparka baxış keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Arıçılar saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya alacaqlar

Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb

Prezident Qubada avtomobil yolunun tikintisinə 10,8 milyon manat ayırıb

Azərbaycanda nizamnamə kapitalı 70 min manat olan şirkət yaradılıb

Bakı–Quba–Rusiya ilə dövlət sərhədi–Masazır–Novxanı avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayrılıb

Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara xəbərdarlıq edib

Səkkiz ayda pərakəndə ticarət şəbəkəsində 23 milyard manatlıq məhsul satılıb

Bakıda evdən 7500 manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub

Gömrük Komitəsi yeni büdcə proqnozunu 140 milyon manat çox yerinə yetirib

Sabirabadda yol tikintisinə 15,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Oğuzda yol tikintisinə 9,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayırıb

İcazəsiz ova cəhd edənlər 1000 manat cərimələnib

İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şabranda yol tikintisinə 8,6 milyon manat ayırıb

Azərbaycanda orta aylıq əmək haqqı 542 manatı keçib

Ötən ay Gömrük Komitəsi dövlət büdcəsinə 330 milyon manatadək vəsait köçürüb

Beyləqanda evdən 6600 manat oğurlanıb

21 Sentyabr 2018, 16:31 (GMT +4)
AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

21 Sentyabr 2018, 16:18 (GMT +4)
Türkiyə İdlibdəki  hərbi kontingentini artıra bilər - Türkiyə rəsmisi

21 Sentyabr 2018, 16:10 (GMT +4)
Türkiyə parlamentinin sədri Bakıda cümə namazına qatılıb

21 Sentyabr 2018, 16:04 (GMT +4)
Haçana qədər Trampın boks kisəsi olacağıq?! - MAQATE-nin sabiq sədri 

21 Sentyabr 2018, 16:03 (GMT +4)
ETSN 16 tikinti obyekti ilə bağlı tədbirlər görüb

21 Sentyabr 2018, 15:56 (GMT +4)
Nyu-Yorkda uşaq bağçasına hücum nəticəsində 6 nəfər xəsarət alıb 

21 Sentyabr 2018, 15:43 (GMT +4)
Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

21 Sentyabr 2018, 15:40 (GMT +4)
Azərbaycan Prezidenti: Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir

21 Sentyabr 2018, 15:36 (GMT +4)
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

21 Sentyabr 2018, 15:27 (GMT +4)
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2018, 15:18 (GMT +4)
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib

21 Sentyabr 2018, 15:09 (GMT +4)
Azərbaycan məktəblərinə təhsil robotları paylanılıb

21 Sentyabr 2018, 14:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb -YENİLƏNİB

21 Sentyabr 2018, 14:52 (GMT +4)
Səudiyyə 2 il öncə Tehrandakı səfirliyinə hücumu özü planlayıb – İran rəsmisi

21 Sentyabr 2018, 14:51 (GMT +4)
Gəmiçilikdə rəhbər şəxslər üçün təlim keçirilib

21 Sentyabr 2018, 14:49 (GMT +4)
“Rahibənin lənəti” premyeradan 2 gün öncə “CinemaPlus”da nümayiş olunub

21 Sentyabr 2018, 14:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir

21 Sentyabr 2018, 14:25 (GMT +4)
Azərbaycanda daha 119 qanunsuz miqrant saxlanılıb

21 Sentyabr 2018, 14:12 (GMT +4)
Bakıda mənzildə meyit tapılıb

21 Sentyabr 2018, 14:07 (GMT +4)
Ermənilər tərəfindən girov götürülən mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb

21 Sentyabr 2018, 14:02 (GMT +4)
Afrika ölkələrində Aşura mərasimləri keçirilib (VİDEO)

21 Sentyabr 2018, 13:52 (GMT +4)
“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib

21 Sentyabr 2018, 13:33 (GMT +4)
FHN Xətaidə baş verən yanğınla bağlı məlumat yayıb

21 Sentyabr 2018, 13:22 (GMT +4)
Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb

21 Sentyabr 2018, 13:13 (GMT +4)
Elmar Məmmədyarov Nyu-Yorka gedib

21 Sentyabr 2018, 13:10 (GMT +4)
Donald Tramp yenidən OPEC-i günahlandırıb

21 Sentyabr 2018, 12:43 (GMT +4)
DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb

21 Sentyabr 2018, 12:30 (GMT +4)
İran Trampa görüş təklifi verilməsi iddiasını təkzib edib

21 Sentyabr 2018, 12:30 (GMT +4)
Etimad İsmayılov Nardaranda dəfn olunub (FOTO)

21 Sentyabr 2018, 12:25 (GMT +4)
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66