Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

27 Dekabr 2017, 16:57 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

AMEA-dan SalamNews-a verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün elmi müəssisənin direktorunun adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, iş yerindən xasiyyətnamə, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə), xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa) və şəxsiyyəti təsdiq edən sənədin surəti AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır.

 Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında yer alıb

AMEA prezidenti Kiyevdə səfərdədir

Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib

Doktorantura və dissertanturaya qəbul başlayıb

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

AMEA-nın adlı mükafatları fəxri medallarla əvəz ediləcək

Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

17 Dekabr 2018, 10:17 (GMT +4)
“Azəriqaz” Masazırda səyyar formada xidmətlər həyata keçirir

17 Dekabr 2018, 09:56 (GMT +4)
İranın yol və şəhərsalma naziri Bakıya rəsmi səfərə gəlir

17 Dekabr 2018, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 28 dəfə pozub

17 Dekabr 2018, 09:44 (GMT +4)
İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib

17 Dekabr 2018, 09:42 (GMT +4)
Brakonyerlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təhqiqat aparılır

17 Dekabr 2018, 09:29 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq bir ərəb lideri Suriyaya səfər edib (FOTO)

17 Dekabr 2018, 09:21 (GMT +4)
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb

17 Dekabr 2018, 09:11 (GMT +4)
Yol polisi istismara yararsız avtomobillərlə təhlükəli yüklər daşıyanları cəzalandıracaq

17 Dekabr 2018, 09:03 (GMT +4)
Suriyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb

17 Dekabr 2018, 09:01 (GMT +4)
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib

16 Dekabr 2018, 11:05 (GMT +4)
“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

16 Dekabr 2018, 10:37 (GMT +4)
Tahir Salahovun rəsmlərindən ibarət xüsusi təqvimin təqdimatı olub

16 Dekabr 2018, 09:05 (GMT +4)
FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər

16 Dekabr 2018, 08:51 (GMT +4)
Müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) doğum tarixidir

15 Dekabr 2018, 17:45 (GMT +4)
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscidini ziyarət edib (FOTO)

15 Dekabr 2018, 17:05 (GMT +4)
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

15 Dekabr 2018, 16:58 (GMT +4)
ABŞ Çin məhsullarına verginin artırılmasını martın 2-dək təxirə salıb

15 Dekabr 2018, 16:53 (GMT +4)
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb

15 Dekabr 2018, 16:49 (GMT +4)
Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

15 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan gömrükçüləri 185 qram kalium permanqanat aşkar edib

15 Dekabr 2018, 16:42 (GMT +4)
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik edib

15 Dekabr 2018, 16:38 (GMT +4)
Bakıda II Avrasiya Hüquq Qurultayı keçiriləcək

15 Dekabr 2018, 16:35 (GMT +4)
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edilib (SİYAHI)

15 Dekabr 2018, 16:30 (GMT +4)
İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

15 Dekabr 2018, 16:22 (GMT +4)
Bizim raketlərimiz müzakirə edilə bilməz – İran XİN rəhbəri

15 Dekabr 2018, 16:11 (GMT +4)
“Formula 1” üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçilib

15 Dekabr 2018, 15:54 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları yaxa kameralarından istifadə edəcək

15 Dekabr 2018, 15:46 (GMT +4)
Dövlət Agentliyi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına qoşulub

15 Dekabr 2018, 15:43 (GMT +4)
"Azercell" “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

15 Dekabr 2018, 15:22 (GMT +4)
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66