Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

"Koroğlu" metro stansiyasının qarşısında tıxacın aradan qaldırılması üçün təkliflər hazırlanıb

27 Dekabr 2017, 17:28 (GMT +4)

Bakı, 27 dekabr, SalamNewsBakı Nəqliyyat Agentliyi metronun "Koroğlu" stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) SalamNews-a verilən məlumata görə, hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur.

Bununla əlaqədar BNA-nın 141 Çağrı Mərkəzinə və "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsinə şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər edilir. Əhalinin haqlı narazılığına səbəb olan bu hal Bakı Nəqliyyat Agentliyini də narahat edən əsas məsələlərdəndir. Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb.

Müəyyən edilib ki, “Koroğlu” metro stansiyası (piramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur. Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir.

Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər "Koroğlu" NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər.

Mütəxəssislərimizin hazırladığı təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib. Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə "Atletlər kəndi" yaxınlığında yaradılan NMM "Koroğlu" metro stansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın xaotik hərəkətin aradan qalxmasına səbəb olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Koroğlu" stansiyası bağlanır

ADGTT-də “Koroğlu” tamaşası hazırlanacaq

Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində görülən işlər yekunlaşır

İslamiadanın açılış və bağlanışında Bakı sərnişin stansiyasından “Koroğlu” stansiyasına pulsuz elektrik qatarları işləyəcək

"Bakı-2017”nin açılış və bağlanış günü tamaşaçılar “Koroğlu” stansiyasından pulsuz istifadə edəcəklər

“Koroğlu” tankeri “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb

"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdirilir

Koroğlu metrosunun yaxınlığında baş verən kütləvi davada üç Gürcüstan vətəndaşı bıçaqlanıb

"Koroğlu" metrosunun yaxınlığında bir nəfər soyuqdan donaraq ölüb (YENİLƏNİB-FOTO)

Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operası nümayiş olunacaq

Boluda Koroğlunun heykəli ucaldılacaq

“Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb

Milli qəhrəman Koroğlu Rəhimovun doğum günüdür

Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub

25 Aprel 2018, 18:09 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

25 Aprel 2018, 18:00 (GMT +4)
Sahibkarlar tikinti prosedurlarının sadələşdirliməsindən razıdırlar 

25 Aprel 2018, 17:53 (GMT +4)
Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

25 Aprel 2018, 17:50 (GMT +4)
"Whatsap"a yaş məhdudiyyəti tətbiq ediləcək

25 Aprel 2018, 17:45 (GMT +4)
Məhkəmə qərarlarının icrası prosesinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib

25 Aprel 2018, 17:41 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

25 Aprel 2018, 17:36 (GMT +4)
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti

25 Aprel 2018, 17:30 (GMT +4)
Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb

25 Aprel 2018, 17:24 (GMT +4)
İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardım 11 193 nəfərə şamil olunacaq

25 Aprel 2018, 17:10 (GMT +4)
Türkiyə, Rusiya və İranın XİN başçıları Moskvada görüşəcək

25 Aprel 2018, 16:58 (GMT +4)
Zakir Həsənov Çinə gedir

25 Aprel 2018, 16:45 (GMT +4)
Yerevanın mərkəzinə xüsusi texnika yeridildi

25 Aprel 2018, 16:33 (GMT +4)
Alonso: Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq

25 Aprel 2018, 16:20 (GMT +4)
İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

25 Aprel 2018, 16:12 (GMT +4)
Rusiya Türkiyə üçün S-400 istehsalına başlayıb

25 Aprel 2018, 16:01 (GMT +4)
Ərdoğan: Seçkilərindən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm

25 Aprel 2018, 15:53 (GMT +4)
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25 Aprel 2018, 15:45 (GMT +4)
Bütün təhlillər göstərir ki, son illərdə gənc kadrlar daha çox irəli çəkilir - MirHəsən Seyidov 

25 Aprel 2018, 15:36 (GMT +4)
Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

25 Aprel 2018, 15:28 (GMT +4)
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyini açıqlayıb

25 Aprel 2018, 15:17 (GMT +4)
Ankarada prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib

25 Aprel 2018, 15:16 (GMT +4)
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” konfransı keçirilib

25 Aprel 2018, 15:03 (GMT +4)
"BakuBus" H1 avtobusundan istifadə edən sərnişinlərə müraciət edib

25 Aprel 2018, 14:53 (GMT +4)
Göygöldə hər gün 20-dən çox xəstə dializ olunur

25 Aprel 2018, 14:45 (GMT +4)
Ermənistanlı nazir istefa verib, idmançıları xalqa qoşulmağa səsləyib

25 Aprel 2018, 14:30 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi təyin edilib

25 Aprel 2018, 14:21 (GMT +4)
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

25 Aprel 2018, 14:12 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

25 Aprel 2018, 14:06 (GMT +4)
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

25 Aprel 2018, 13:54 (GMT +4)
STP beynəlxalq sərgidə iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66